İTV "Səs Azərbaycan"ın arxivini sildi - Foto

İTV "Səs Azərbaycan"ın arxivini sildi - Foto

2015-ci ildə AzTV-də yayımlanan səs-küylü “Səs Azərbaycan” layihəsinin bütün videoları rəsmi “Youtube” kanalından silinib.

Axşam.az-ın məlumatına görə, sözügedən kanalın adı da dəyişdirilərək “Səs uşaqlar”la əvəz olunub.

İTV-də yayımlanması planlaşdırılan “Səs uşaqlar” yarışmasının 26 yanvardan start götürəcəyi bildirilirdi. Lakin verilişin anonsları yayımlanmayıb və nə vaxt başlayacağı barədə məlumat yoxdur. “Səs Azərbaycan” “Youtube” kanalının adının dəyişdirilməsi də məhz bu layihə ilə bağlıdır.

Məsələ ilə bağlı sosial şəbəkədə müzakirə yaranıb. İTV-nin İctimaiyyətlə Əlaqələr şöbəsindən isə arxivin hansı səbəbdən silinməsi barədə məlumat verilməyib.

Qeyd edək ki, həmin “Youtube” kanalında iştirakçılarla yanaşı Xalq artistləri Tünzalə Ağayeva, Mübariz Tağıyev, Faiq Ağayev, Əməkdar artist Manananın da çıxışları yer alırdı.

İTV "Səs Azərbaycan"ın arxivini sildi - Foto
İTV "Səs Azərbaycan"ın arxivini sildi - Foto

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 954 Tarix: 23.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.042