Zamanı necə düzgün idarə edək?

Zamanı necə düzgün idarə edək?Zaman bir göz qırpımında bir ömür bəxş edərək, gözlə görülməz surətdə uçub gedir. Və əslində ömür deyə adlandırdığımız zaman sadəcə həmin andan, həmin gündən ibarət olur.

Bəs əgər belədirsə, nə üçün zamanımızı idarə etməyə çalışırıq? Nə üçün sadəcə həmin anlarda ürəyimiz istəyən kimi yaşamırıq?

Bu sualın cavabı hər zaman mənim üçün maraqlı olub. Hər zaman dilemma arasında qalaraq, fərqli yanaşmalarla məsələyə nəzər yetirib, biraz əvvəl dediyimi daha fərqli bir yanaşma ilə inkar edib, daha sonra müdafiə etmişəm. Və beləcə bu məsələ ilə bağlı beynimdə maraqlı məqamlar toplusu yaranıb.

Zamanın idarə edilməsi məsələsinə qayıtsaq, görərik ki, əslində bizlər zamanı deyil, özümüzü idarə edirik. Özümüzü, gün, həftə, ay və hətta il ərzində öz hərəkətlərimizi nəzarət altında saxlayıb, əslində əlçatmaz olan zamandan maksimum dərəcədə faydalanmağa çalışırıq. Zaman bir ləhzədə ötüb keçmədən, onun hər saniyəsini "dolu-dolu yaşadım" deməyi arzulayırıq.

Beləliklə, mənim baxış bucağımdan zamanın idarə edilməsinin əslində nə üçün zəruri olduğunu aydınlaşdırmış oluram.

Əgər sən də, zamanından düzgün istifadə etmək, "çatdırmıram" problemindən yaxa qurtarmaq, maksimum dərəcədə həyatının hər hissəsində (şəxsi, akademik, ailə və s.) balansı qorumaq istəyirsənsə, bu yazımı oxumağa davam et.

Həyatımdakı hər şeyi, ən başda da özümü nəzarət altında saxlamağı sevən biri olaraq, əslində bunun yazıldığı kimi asan və tez əldə edilə bilinən olmadığını bilirəm. Bunun üçün mütəmadi olaraq, psixoloji cəhətdən beyni oyaq saxlamaq, bir çox hallarda özümüzə şəxsi psixoloqluq etmək və bu mövzu haqqında kitablar oxuyub, video-çəkilişlər izləyib, məqalələrə nəzər yetirməliyik.

Nə qədər sıxıcı səslənsə də, əslində öyrənilməsi və nail olunması bir o qədər zövq vericidir.

Günün sonunda bütün bir günə və özünə nəzər yetirdiyində həyatının əslində boşa ömür sürməkdən ibarət olmadığını görmək, şəxsi iradəyə sahib olub, lazımi səviyyədə disiplinli qalmaq, məsuliyyətlərimizin fərqində olaraq, hobbilərimizi də əlavə edərək, dolu bir gün keçirtmək bizim əlimizdədir.

Bəs buna nail olmaq üçün nə etmək lazımdır?

Şəxsi təcrübələrim sayəsində müəyyənləşdirdiyim və günlük həyatımda istifadə etdiyim 5 üsulu diqqətinə çatdırmaq istəyirəm:

"Yaşamaq üçün oyanmaq lazımdır"

Səhərlər erkən oyanmaq istəksizlik səbəbi ilə davamlı olmaya bilər. Bu, çox normaldır və hər kəsin yaşadığı ortaq hissdir. Lakin oyanmadan günə vaxtında başlamaq da qeyri mümkündür.

- Səhərlər enerjili dura bilmək üçün ilk qayda gecələr vaxtında yatmaq, yuxu rejimini nəzarət altında saxlamaqdır.

- Səhəri gün ediləcəklər haqqında, yazılı olmasa da, kiçik bir plan qurmaq, sabahın əsas prioritetlərini müəyyənləşdirmək lazımdır. Bunun sayəsində beyin artıq proqramlaşdırılaraq, səhəri günün öhdəliklərinin icrasına yönəlir.

- Səhər durar-durmaz ilk etdiyin şey nədir? Bunu reallaşdıraraq, əslində səni erkən oyanmağa ruhlandıracaq və zehni cəhətdən oyaq qalmağına kömək edəcək SƏHƏR RUTİNİ yarat.

Günlük plan dəftərinə o günün əsas olan öhdəliklərini qeyd et

Mümkünsə, maksimum dərəcədə sistemli yaşa. Zamanın idarə edilməsi nə qədər sistemli yaşama sahib olmağınla ölçülür. Bunun üçün günlük plan dəftəri tutaraq, hər səhər həmin günün əsas prioritetlərini: gediləsi yerləri, ediləsi tapşırıqları, öyrəniləsi dərsləri qeyd etməklə başlaya bilərsən. Dəftər tutmağa alternativ bir vasitə olaraq aşağıdakı telefon proqramlarını məsləhət görə bilərəm:

Any.do
Todoist
Wunderlist

Daim nizamlı yaşa

Nizam həm zamanı idarə edə bilməkdə, həm də planlı həyat tərzinə keçid etməkdə ilkin mərhələ sayılır. Nizam sayəsində artıq vaxt, eyni zamanda enerji itkisi probleminin qarşısı alınır. Nizamlı insan nəyi hara qoyduğunu, nəyin harada olduğunu rahatlıqla tapa bildiyi üçün bir çox tələsik məqamlarda əlavə enerji, əsəb, təzyiq, stress sərf etmədən, vaxtına qənaət edərək işlərini yoluna qoyur.

Təqvim və Zaman cədvəllərindən istifadə

Mütləq stolüstü təqvimin olsun. Beləcə, günlərin və həftələrin nə zaman gəlib-keçdiyini asanlıqla izləyə biləcəksən. Stolüstü təqvimi özün yarada və ya hazır təqvimlərdən istifadə edə bilərsən. Hər günün sonunda "x" şəklində qırmızı qələm ilə "həyatından bir gün daha ötüb keçdi" deyə işarələməyin mütləqdir. Bu işarələr hər gün səninlə təmasda olaraq, zamana və ömrünə qarşı şüurlu qalmağına, ötüb keçən saatların, günlərin fərqində olaraq yaşamağına köməkçi olacaq.

Özün üçün həftəlik zaman cədvəli yarat (aşağıda paylaşdığım hazır cədvəldən də istifadə edə bilərsən).

Yaxşı olar ki, hər ay üçün yeni bir zaman cədvəli hazırlayaraq, monotonluqdan çıxıb, yeniliklərə açıq olasan. Beləcə, hər ay üzrə fərqli aylıq hədəflərin səni daha fərqli istiqamətlərə və yeniliklərə sövq edər.

Həftəlik zaman cədvəlində hər gün üçün əsas öhdəliklərini qeyd et. Əgər tələbəsənsə, həftə içi günlərinin əvvəlində "dərs" və ya "universitet", işçisənsə, "iş günü" yazmaqla başlaya bilərsən.

Ardınca həftə içi xüsusi məşğuliyyətlər üçün xüsusi günlər ayırıb, qısa şəkildə həftəlik rutinlərini yarat.

Bu sənə həftə ərzində ən rahat və boş günlərindən tutmuş, ən qarışıq və dolu günlərini müəyyənləşdirməyə kömək edərək, zamanına nəzarət edib, vacib olan öhdəliklərini vaxtında tamamlamağına, plana uyğun olaraq hərəkət etməyinə köməkçi olacaq. Eyni zamanda özün, ailən, dostların üçün zaman yaratmaqda işini asanlaşdıracaq. Yaratdığın zaman cədvəlini də hər gün təmasda olduğun stolüstü təqviminin yanında və ya çevrəsində yerləşdir.

Zamanı necə düzgün idarə edək?Zamanı necə düzgün idarə edək?Zamanı necə düzgün idarə edək?Məqsəd və hədəflərinə bağlı yaşayaraq, fəaliyyətlərini əlaqələndir

Məqsəd və hədəflərə bağlı qalmağın ilkin yolu daim fəaliyyətləri və edilənləri sorğulamaqdan keçir.

Məsələn: Mən bu gün filan şeyi etdim. Bunu niyə etdim? Bunun mənə nə kimi köməyi və ya təsiri oldu, yaxud olacaq? Bundan nə qazandım? Bunu eləməsəm, nə baş verərdi?

Şəxsi sorğulama insanı bir çox cəhətdən oyaq və disiplinli saxlayaraq, səhv və lazımsız işlərdən çəkindirərək, bu günün işini sabaha qoymaq kimi pis vərdişdən uzaqlaşdıraraq, bilincli, şüurlu yaşamağa kömək edərək, şəxsi dəyərləndirməni artırır və motivasiyalı qalmağa, eyni zamanda məhsuldar olmağa kömək edir.

Son olaraq, bu başlıq altında vacib saydığım bir məqama toxunmaq istəyirəm.

Rəqabət gözəldir, əgər keçmiş "SƏN"lə, bugünki "SƏN" arasında yaşanırsa.

Başqaları ilə rəqabətə girərək, kiməsə çatmağa, kiməsə oxşamağa, kimsə kimi olmağa çalışma. Sən sadəcə özünün ən yaxşı nümunəsi ol. Başqaları kimi olmağa çalışıb, başqalarını təqlid etsən, özündən uzaqlaşacaqsan. Rəqabətin də bir mənası olmayacaq.

Halbuki nə gözəl deyib Platon: "Ən böyük qələbə özünə qalib gəlməkdir".

Özünə qalib gəlməyin ümidi ilə, SEVGİLƏR!

Şahanə Dostəliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 952   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Yeni Zelandiyanın adı dəyişdirilir?

Yeni Zelandiya parlamentində yerli xalqı təmsil edən "Maori" partiyası ölkənin rəsmi adının dəyişdirilməsi üçün parlamentə təqdim edəcəyi petisiyanı onlayn imza üçün açıb. -a istinadən xəbər verir ki, petisiyada ölkənin adının Aotearoa olaraq dəyişdirilməsi, şəhərlərin, qəsəbələrin və yerləri

15.09.2021 1222
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Türkiyədə İLK: 3D printerlə insan beyninin nüsxəsi hazırlandı - VİDEO

Nevrologiya mütəxəssisi professor Sultan Tarlacı Türkiyədə ilk dəfə olaraq 3D printerlə insan beyninin dəqiq nüsxəsini hazırlayıb. Oxu.a-a istinadən xəbər verir ki, keçmişdə beyinin içindəki quruluşu anlamaq üçün silikon yerləşdirmə kimi xam üsullar istifadə olunurdu, ancaq bu inkişafla beyinin xaric

13.09.2021 490
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Duz istifadəsi zamanı diqqətli olun, yoxsa...

Sağlam və düzgün qidalanma zamanı gündəlik qəbul edilən duzun miqdarına diqqət yetirilməlidir. Gündəlik duzun normal qəbulu üçün aşağıdakılara diqqət yerirmək lazımdır:. * Duz qəbulu və arterial təzyiq arasında bir yaxınlıq var. Belə ki, çox duz qəbulu artıq mayenin qəbuluna və təzyiqin yüksəlməsin

18.09.2021 882
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185
.

Cəmi 2 kilo kökəldiyi üçün işini itirdi - FOTOLAR

"Emirates Airline" şirkətində 3 ilə yaxın stüardessa işləyən Duyqu Karaman cəmi 2 kilo kökəldiyi üçün işdən çıxmalı olub. BİG.AZ xəbər verir ki, bu barədə "Mirror" yazır. Belə ki, iş yoldaşlarından biri onun çox "iri" olduğunu bildirərək rəhbərliyə şikayət edib. Şikayətdə

11.09.2021 2925
.

Zooloqlar inəklərə görün nəyi öyrətdilər

Alimlər inək fermalarından çıxan tullantıların ətraf mühitə təsirini azaltmağın yolunu tapıblar. -a istinadən xəbər verir ki, məlum olduğu kimi, inəklər hər gün çox miqdarda peyin və sidik xaric edir. Buna görə də fermerlər gündəlik olaraq böyük təsərrüfatlarda tullantıların sanitariya problemi yaratmamas

15.09.2021 960