İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?

İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?Əmək Məcəlləsinin 160-cı maddəsində müxtəlif işlər üzrə əmək funksiyasının yerinə yetirilməsi zamanı əməyin ödənilməsi prinsipləri əksini tapıb. Maddənin 2-ci hissəsində göstərilib ki, işəmuzd işçilərin əməyi görülən işin işəmuzd qiymətləri üzrə ödənilir.

BiG.AZ-ın e-huquq.az-a istinadən verdiyi xəbərə görə, mövzunu müstəqil auditor Altay Cəfərov şərh edir.

Təsərrüfat subyektinin hər hansı sahəsində işçilərə verilmiş ixtisas (peşə) dərəcələrindən aşağı tarif müəyyən edilən işlərin istehsalat xarakterinə görə işəmuzd işçilərə tapşırılarsa, həmin işləri yerinə yetirən işçilərə dərəcələr arasındakı fərq ödənilir. Əgər işçi hasilat normasını yerinə yetirərsə, lakin onun ixtisas dərəcəsi ilə yerinə yetirilən işin dərəcəsi arasında ən azı 2 dərəcə fərq olarsa, ona həmin dərəcələr arasındakı fərq ödənilir.

Əmək Məcəlləsinin 149-cu maddəsində isə əməyin işəmuzd ödənilməsində qiymətlər müəyyən edilmiş iş dərəcələri, əməyin ödənilmə dərəcələri, tarif (vəzifə) maaşları və hasilat normaları (vaxt normaları) əsas götürməklə müəyyən edildiyi göstərilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşın (və ya saatlıq tarif maaşının) gündəlik (və ya saatlıq) hasilat normasına bölünməsi yolu ilə müəyyən edilir. İşəmuzd qiymət görülən işin dərəcəsinə uyğun olan gündəlik tarif maaşının (və ya saatlıq tarif maaşının) günlə (və ya saatla) müəyyən edilmiş vaxt normasına vurulması yolu ilə də müəyyən edilə bilər. Gündəlik tarif (vəzifə) maaşları, (saatlıq tarif maaşları) əməyin ödənilmə dərəcəsinə uyğun olan aylıq tarif (vəzifə) maaşının aylıq iş günü (aylıq iş saatı) normasına bölünməsi yolu ilə tapılır.

İşəmuzd çalışan vətəndaşların gəlirləri və vergi öhdəliklərinə gəldikdə isə, "İşəmuzd" sözünün mәnasına fikir versәk, görәrik ki, bu halda әmәkhaqqı işçinin işlәdiyi işә әsasәn ödәnilir. Belә ödәnişlәr, әsasәn, tәmir-tikinti tәşkilatlarında, müәyyәn montaj-quraşdırma işlәrindә işlәyәnlәrә tәtbiq olunur. İşәmuzd ödәniş, tәbii ki, tәkcә tikinti tәşkilatları ilә mәhdudlaşmır. İşәmuzd әmәkhaqqında artıq iş saatı yox, iş norması әsas götürülür. Tutaq ki, işçi bәnnadır vә әmәk müqavilәsi bağlayan zaman işәgötürәn ilә razılaşır ki, hörülәcәk hәr kvadratmetr hörgü üçün ona 5 manat әmәkhaqqı ödәnilsin. İşçi bir ay әrzindә 60 kvadratmetr hörgü işi görәrsә, bu zaman onun aylıq әmәkhaqqı 300 manat (5 manat x 60m2) tәşkil edәcәk. İşәmuzd әmәkhaqqı bu formada hesablanmalıdır. Başqa bir misal. Rәngsaz bağladığı әmәk müqavilәsinә әsasәn, rәnglәdiyi hәr kvadratmetr üçün 3 manat, suvaq vurduğu hәr kvadratmetr üçün isә 4 manat әmәkhaqqı alacaq. Ay әrzindә işçi 70 kvadratmetr rәngsaz işi, 60 kvadratmetr isә suvaq işi görüb. Bu zaman onun aylıq әmәkhaqqı 450 manat (3 manat x 70m2 + 4 manatx 60 m2 = 210 manat + 240 manat) olacaq".

Vergi ödəyicilərində işəmuzd iş yerində gəlir vergisinin hesablanılmasına gəlincə, bu iş rejimində işləyən işçilərin gəlir vergisi Vergi Məcəlləsinin 101.1-ci və 101.1-1-ci maddələri ilə hesablanır. 101.1-ci maddəyə əsasən, bu Məcəllənin 101.1-1-ci maddəsinin müddəaları nəzərə alınmaqla, fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi aşağıdakı cədvələ uyğun tutulur:

İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?Vergi Məcəlləsinin 101.1-1-ci maddəsinə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən aylıq gəlirlərindən vergi 2019-cu il yanvarın 1-dən 7 il müddətində aşağıdakı cədvələ uyğun olaraq tutulur:

İşəmuzd çalışanların vergi yükü necə müəyyənləşir?Göründüyü kimi, işəmuzd qaydasında işləyən işçilərin gəlirləri işəgötürənin neft-qaz sahəsində fəaliyyəti olub-olmamasından və qeyri-dövlət sektoruna aid edilib-edilməməsindən asılı olaraq 101-ci və ya 101.1-1-ci maddəsinə uyğun olaraq gəlir vergisinə cəlb olunur.

Eyni zamanda, Vergi Məcəlləsinin 102.1.6-cı maddəsinə əsasən fiziki şəxsin əsas iş yerində (əmək kitabçasının olduğu yerdə) hər hansı muzdlu işlə əlaqədar əldə edilən aylıq gəliri 2.500 manatadək olduqda, 200 manat, illik gəliri 30.000 manatadək olduqda isə 2.400 manat məbləğində olan hissəsi vergidən azaddır.

Yuxarıdakı misallarda qeyd edilən 300 manat və 470 manat əməkhaqqlarını ödəyən işəgötürən neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid edilən vergi ödəyicisi olduqda Vergi Məcəlləsinin 101.1-1-ci maddəsi tətbiq olunur və gəlir 8000 manatdan aşağı olduğundan vergi 0 dərəcə ilə hesablanır. Əgər işəgötürən neft-qaz sahəsində fəaliyyəti olan və qeyri-dövlət sektoruna aid edilməyən vergi ödəyicisidirsə, bu zaman Vergi Məcəlləsinin 101.1.-ci maddəsi tədbiq olunur və gəlir 2500 manatadək olduğundan vergi 200 manat azadolma nəzərə alınmaqla 14 faiz dərəcə ilə hesablanır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 665   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Uçot dərəcələrinin real iqtisadiyyata təsiri yetərincə deyil"- Ekspert

Azərbaycan Mərkəzi Bankının İdarə Heyəti (AMB) uçot dərəcəsi ilə bağlı növbəti qərarını açıqlayıb.AMB uçot faiz dərəcəsini 7,75%-dən 7,5%-ə endirib. Faiz dəhlizinin aşağı həddi 6,25% saxlayıb. Faiz dəhlizinin yuxarı həddi isə 8,75%-dən 8,5%-ə endirilib. İqtisadçı ekspert Emin Qəribli -a bildirib ki

14:00 0
.

Liftdəki ölümə görə yüksəkvəzifəli şəxsə şiddətli töhmət verildi - FOTO

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı ilə əlaqədar ümumi lift təsərrüfatının vəziyyəti təhlil edilib. Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən məlumat verilib. Qeyd edilib ki, Bakı Şəhər İcra Hakimiyyətind

14:11 0
.

İftar süfrəsi üçün dadlı reseptlər

İftar menyusunu təqdim edirik:. Pendirli əriştə şorbası. Ərzaqlar:. Süd - 2,5 st. Yumurta - 3 ədəd. Duru pendir - 3 st. Kərə yağı - 1 x Ət bulyonu. Duz zövqə görə. Un apardığı qədər. Soğan - 1 ədəd. Hazırlanması:. Süd, yumurta, 2 stəkan pendir və undan ibarət xəmir yoğur. Xəmirləri əriştə formasınd

17:16 0
.

"Azneft"in baş direktoru işdən çıxarıldı - Yeni təyinat

Əli Qurban oğlu Qurbanov Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) "Azneft" İstehsalat Birliyinin yeni baş direktoru təyin edilib. Bu barədə "Report"a SOCAR-dan məlumat verilib. Bildirilib ki, o, bu vəzifədə Şahmar Hüseynovu əvəz edib. Ş.Hüseynov 2019-cu ilin dekabr ayından Birliy

12:53 0
.

Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb

Aktrisa Merlin Monronun məzarının yaxınlığındakı yer satışa çıxarılıb. xəbər verir ki, bu barədə xarici media bildirib. Məzarın 400 dollara satılacağı gözlənilir

20:30 0
.

İsrail qüvvələri 2 fələstinlini yaralayıb

İsrail əsgərlərinin işğal altındakı Şərqi Qüdsün şimalında yerləşən Kalendiya Qaçqınlar Düşərgəsinə təşkil etdiyi hücumda 2 fələstinli yaralanıb. xəbər verir ki, Fələstin Qızıl Aypara Cəmiyyətindən verilən açıqlamaya görə İsrail əsgərləri Kalendiya Qaçqınlar Düşərgəsinə basqın zamanı 2 fələstinlini güllələrl

21:30 0
.

Müğənnilər faciədə zərər çəkənlərə görə bu addımı atdılar

Rusiyada müğənnilər bir araya gələrək Müslüm Maqomayevin mahnılarından ibarət "Səsimi eşit" xeyriyyə albomu yazdırıblar. Axşam.az xəbər verir ki, sənətçilər layihəni "Crocus city hall"da baş verən terror aktında əziyyət çəkənlərə həsr ediblər. Albomda 12 trek yer alıb. Mahnını səsləndirənlə

17:38 0
.

"Azərbaycan dünyanın ən təhlükəsiz ölkələrindəndir" - Deputat

"Bu gün həyata keçirilən siyasət nəticəsində Azərbaycan dünyanın ən təhlükəsiz və əmin-amanlıq olan ölkələrindəndir". Bu sözləri Milli Məclisin deputatı Ceyhun Məmmədov -a deyib. O qeyd edib ki, insanlarımızın təhlükəsizliyinin təmin olunması və qorunması dövlətimizin əsas prioritetlərində

16:18 0
.

"Simpsonlar" bunu da bildi - Davamı gəlsə bütün dünyada fəlakət yaşanacaq - FOTO

Böyük hadisələri baş verməmişdən öncə proqnozlaşdırmağı ilə məşhurlaşan cizgi filmi Simpsonlar yeni proqnozları ilə gündəmdədir. -ə istinadən bildirir ki, cizgi filmdə bu dəfə yaxın keçmişdə baş verən Günəşdəki güclü partlayışlar öncədən müəyyən edilib. Son illərin ən güclü geomaqnit qasırğası olara

22:45 0