Məhkəmə Bergüzar Korelin xadimə işləyən bacısı haqqında qərar verdi

Məhkəmə Bergüzar Korelin xadimə işləyən bacısı haqqında qərar verdi

Türkiyəli aktrisa Bergüzar Korelin bacısı Zeynep Korel məhkəmədə qalib gəlib.

BiG.AZ publika.az-a istinadən xəbər verir ki, Zeynep Korel atası Tanju Korel 2005-ci ildə vəfat etdikdən sonra mirasdan heç bir pay ala bilmədiyini iddia edib. Ailə üzvləri ilə qalmaqal yaşayan Zeynəb Korel atası Tanju Korelin mirasının bölüşdürülməsi ilə bağlı ailəsini məhkəməyə verib.

Məhkəmə 8-ə bölünmüş mirasın 2 hissəsinin anası Hülya Darcan, qalan 3 hissənin isə iki bacı Bergüzar Korel və Zeynep Korel arasında bölüşdürülməsi barədə qərar qəbul edib.

Xatırladaq ki, bir neçə ay əvvəl tanınmış aktrisanın bacısının Amerikada xadiməlik etməsi xəbərləri gündəmə gəlmişdi. Boğaziçi Universitetinin Turizm və Otel Menecmenti fakültəsini bitirən, Texasda Rays Universitetində təhsil alan, bir çox şirkətdə menecer olaraq çalışan, iki kitab yazan aktrisanın bacısının xadiməlik etdiyi barədə xəbərlər yayıldıqdan sonra o, mətbuatda ailəsi ilə bağlı şok açıqlamalar vermişdi.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 1861 Tarix: 22.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər

0.033