Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı - BU ƏRAZİDƏ

Bakıda daha bir metrostansiyanın tikintisi üçün hazırlıq başlandı - BU ƏRAZİDƏ

Bakıda bu il daha bir metro stansiyasının tikintisinə başlanılacaq.

Bu barədə BiG.AZ-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.

Məlumatda bildirilir ki, bu il "Bənövşəyi" xətt üzrə şərti adı B-4 olan stansiyanın tikintisi planlaşdırılır:

"B-4 stansiyası paytaxtın Cəlil Məmmədquluzadə küçəsində Heydər Əliyev adına İdman-Konsert Kompleksinin arxasında inşa ediləcək. Artıq yeni stansiyanın tikintisi üçün ilkin hazırlıq işləri aparılır. Ərazidə metro stansiyasının tunelləri qazılıb. Şərti adı B-3 olan yeni stansiya bu il istifadəyə veriləndən sonra B-4 stansiyasında tikinti işlərinə başlanılması planlaşdırılır".

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1270 Tarix: 22.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol