MSK sədri: "Parlament seçkilərində bir yerə 10-12 namizəd var"

MSK sədri: "Parlament seçkilərində bir yerə 10-12 namizəd var"

Mərkəzi Seçki Komissiyası Azərbaycanda fevralın 9-na təyin edilmş növbədənkənar parlament seçkiləri ilə əlaqədar yaxın günlərdə bülletenlərin çapına başlayacaq.

BiG.AZ Trend-ə istinadən bildirir ki, bunu Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov jurnalistlərə açıqlamasında deyib.

M.Pənahov bildirib ki, namizədliyi qeydə alınan şəxslərin bir qismi bülletenlər çap edilənə qədər öz namizədliklərini geri götürürlər. o vurğulayıb ki, MSK istəyir ki, namizədlər mübarizəni indi dayandırmasın: "Amma bu, bütün dünya praktikasında olan, xüsusi keçmiş postsovet ölkələrində, Şərqi Avropa ölkələrində tez-tez baş verən hallardır. Son finiş xəttinə yanaşanda, adların bülletenlərə daxil olma mərhələsndə namizədlərin müəyyən qədəri öz namizədləriklərini geri götürürlər. Hazırda biz bu məsələ ilə məşğuluq. Müəyyən qism namizədliyini geri götürsə də, parlametdə bir yerə 10-12 namizəd var".

MSK sədri vurğulayıb ki, fevralın 9-da səsvermə zamanı seçicilər bülletnlərdə Azərbaycanq ictimaiyyətinin müxtəlif təbəqələrini təmsil edən nümayəndələrin olduğunu görəcək və istədikləri seçimi edə biləcəklər: "19 siyasi partiyanın siyahısı əsasında irəli sürülən 260-dan artıq deputatlığa namizəd var. Ümumilikdə, 28 siyasi partiyanın təmsilçiləri iddiaçıları arasındadı".

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 236 Tarix: 22.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər