Azərbaycanın mərkəzə çevrilmək strategiyası Davosda böyük marağa səbəb olub - YENİLƏNİB - VİDEO

Azərbaycanın mərkəzə çevrilmək strategiyası Davosda böyük marağa səbəb olub - YENİLƏNİB - VİDEO

Davosda işinə başlayan sayca 50-ci Dünya İqtisadi Forumu çərçivəsində “Qlobal dəyişikliklər fonunda Xəzər nəqliyyat dəhlizi” adlı sessiya keçirilib.

“Report”un Davosa ezam olunmuş müxbiri xəbər verir ki, dünyanın müxtəlif bölgələrindən gələn ekspertlər regionun inkişafı perspektivləri, iqtisadiyyatlarının gələcəyi ətrafında müzakirələr keçiriblər.

Tədbirdə ekspert qismində iştirak edən "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin Baş direktoru Taleh Ziyadov Çinin “Bir kəmər və bir yol” layihəsi istiqamətində Azərbaycan xüsusilə də Bakı limanında görülən işlər haqqında danışıb.

O digital koridor rəqəmsallaşma sahəsində regionun portları ilə həyata keçirilən layihələr haqqında da ətraflı məlumat verib. Sessiya zamanı ekspertlər logistik şirkətləri ilə Çindən Avropaya gedən xüsusilə Orta koridorun inkişafı ilə bağlı bir çox mövzulara toxunublar. Azərbaycanın həyata keçirdiyi mərkəzə çevrilmək strategiyası xarici ekspertlərin böyük marağına səbəb olub.

Taleh Ziyadov Bakı limanının 34 "yaşıl" limandan biri olduğunu və keçən il regionda ilk "yaşıl liman" statusu aldığını iştirakçıların diqqətinə çatdırıb.

Qeyd edək ki, ekspertlər arasında ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza, İsveçrə parlamentinin keçmiş prezidenti Felipe Lombardi, Əfqanıstanın iqtisadiyyat naziri Mustafa Məstur, Rusiyanın Almaniyadakı keçmiş səfiri Vladimir Kotenev, "A+A" şirkətlər qrupu prezidenti Andreas Baumqartner, “Fiata” şirkətinin keçmiş prezidenti Baber Badat və digər şəxslər olublar.

Xatırladaq ki, “Caspian Week" forumunun başlıca məqsədi Böyük Xəzər Re-gionu (Xəzər və Qara dəniz hövzələri ölkələri) ilə Avropa arasında iqtisadi, mədəni, təhsil, elmi əlaqələri genişləndirmək, habelə adı çəkilən regiona sərmayələr, rəqəmsal və digər yeni texnologiyaları cəlb etməkdən ibarətdir.

**** 05.41

İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumunda “Xəzər nəqliyyat dəhlizləri qlobal dəyişikliklər fonunda” panel müzakirəsində “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC-nın baş direktoru Taleh Ziyadov çıxış edib.

QSC-dən "Report"-a bildirilib ki, Taleh Ziyadov Bakı Limanının “Şərq–Qərb” nəqliyyat dəhlizində (Orta dəhliz) mühüm yer tutduğunu deyib.

Qeyd edilib ki, beynəlxalq logistika və nəqliyyat şirkətləri ilə əməkdaşlıq edərək Çinə və Mərkəzi Asiyaya daha çox yüklərin Venlo (Niderland) – İstanbul (Türkiyə) - Bakı Limanı (Azərbaycan) - Çin marşrutu ilə yollanması nəzərdə tutulub.



Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 312 Tarix: 22.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər