Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldü

Bakıda gənc binada liftlə şaxtanın arasında qalaraq öldüBakıda çoxmərtəbəli yaşayış binasında ölüm hadisəsi baş verib.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, H.Əliyev prospekti 115 saylı ünvanda qeydə alınıb.

Həmin ünvandakı yaşayış binasında "İKMA services" MMC tərəfindən liftin quraşdırılması zamanı qurğu qəfil hərəkətə gəlib.

Hadisə nəticəsində şirkətdə quraşdırıcı işləyən 1998-ci il təvəllüdlü Dəmirov Musa Azər oğlu liftlə şaxtanın arasında qalaraq ölüb.

Faktla bağlı Nizami rayon Prokurorluğunda cinayət işi başlanıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 738   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş