Bakıda restorandan çıxan şəxs dəhşət saçdı: Ətrafdakı insanlara bıçaqla hücum etdi - VİDEO

Bakıda restorandan çıxan şəxs dəhşət saçdı: Ətrafdakı insanlara bıçaqla hücum etdi - VİDEOBakının Nərimanov rayonunda xuliqanlıq zəminində hadisə baş verib.

APA-nın məlumatına görə, Əhməd Rəcəbli küçəsində yerləşən "Karvan Pub"da mübahisə düşüb.

Mübahisə zamanı orta yaşlı şəxs (şəxsiyyəti hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən müəyyənləşdirilir) iaşə obyektindən çölə çıxaraq əlbəyaxa dava edib. Daha sonra o, 90-PC-375 dövlət qeydiyyat nişanlı, "Khazar" markalı avtomobildən bıçaq götürərək digər insanlara hücum edib və nalayiq sözlər işlədib.

O daha sonra "Khazar" markalı avtomobilə minərək ərazidən uzaqlaşıb. Əraziyə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları gəlib. Şahidlərin izahatı alınıb. Həmin şəxsin axtarışına başlanılıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 809   Tarix: 22 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş