Ən böyük qələbə özünə qalib gəlməkdir

Ən böyük qələbə özünə qalib gəlməkdirNiyə ən böyük qələbə özünə qalib gəlməkdir? Bu cümlə bizə nə demək, nəyi izah etmək istəyir? Mənim üçün niyə bu qədər əhəmiyyətli olub, həyat fəlsəfəsinə çevrildi?

Birinci sualdan başlayaq: Niyə ən böyük qələbə özünə qalib gəlməkdir?

İnsan tükənmək bilməyən istəklərə malik, rəqabət ruhlu, daim biriləri ilə yarışan və ya yarışmaq məcburiyyətində qalan bir varlıqdır.

Həyatı idman kimi təsəvvür edib, ömrü marafon yarışlarına bənzədib, insanları da yarışçılar qismində göstərsək, izah etmək daha da asanlaşar. Yarışda hər kəs birinci olmağı arzulayır. Hər kəs digərlərindən daha yaxşı olmağa çalışır. Bəzən bəziləri ən yaxşı, ən gözdə, tək seçilən də olmaq istəyir. Bu çox normaldır.

Onların o qaçış yolunu ömür deyə adlandırsaq, çox uzun bir yol qət etmələri lazım olduğu faktını da nəzərə alsaq, eynən bir ömrü başa vurmaq kimi əziyyətli yoldan keçdiklərini görə bilərik.

Əgər marafon yarışları haqqında nə vaxtsa oxuyub, məlumatlanmısansa, sən də bilirsən ki, bu göründüyündən də çətin işdir. Ən adı misal: qanayan barmaqlar, qırılan dırnaqlar, şiddətli ağrılardan və s. xəbərdarsan deməkdir.

Ömür də onun kimidir. Barmaqlarımızı deyil, amma gözlərimizi tükənmiş göz yaşları ilə qızardaraq qanadır, dırnaqlarımız qırılmır, amma qəlblərimizi qıra-qıra, parçalayır. Zehnimizi, qəlbimizi, ruhumuzu keyiləşmiş ağrılarla baş-başa buraxır.

Odur ki, marafon yarışları, zənnimcə, bənzətmə üçün uğurlu seçim oldu.

Sualımızın cavabına qayıtsaq, görərik ki, insan başqası ilə rəqabətə girdiyində qalib gəlmə ehtimalı yüksəlir. Ən birinci, ən yaxşı olmaq, alqış sahibinə çevrilmək üçün əzmlə, təkidlə, bacarmasa belə, "bacarmalıyam" deyərək, uğurla davam edir.

İndi düşünək ki, ortada yarış yoxdur. Rəqabət apara biləcəyin digər yoldaşların yoxdur. Özünü göstərəcəyin və səni alqışlamağa hazır izləyicilərin də yoxdur. Bəs indi? Bir dəqiqə düşün...

Gücünün, potensialının nə qədərindən istifadə edərsən?
Hara qədər davam edərsən?
Hansı mərhələdə dayanarsan?

Bax, bütün məsələ sadəcə və sadəcə bundan ibarətdir. Başqaları ilə yarışmaq çətin görünsə də, əslində çox asandır. Çətin olan ÖZÜN ilə yarışmaqdır. Özün ilə öz istəklərinə, istəksizliklərinə, tənbəlliyinə, iradəsizliyinə, ingilislərin "bad habits" dediyi pis vərdişlərinə qarşı yarışmaqdır.

Bax, çətin olan da, böyük bir iradə tələb edən də, insanı həqiqi uğura aparan və təkcə o yarışı deyil, bütün yarışları qazandıran da budur! Özünün ən yaxşı nümunəsi olmaq! Məsələ bu qədər bəsit, eyni zamanda bu qədər qəlizdir.

İkinci suala baxaq: Bu cümlə bizə nə demək, nəyi izah etmək istəyir?

Bu cümlə bizə başqaları ilə hər mənada yarışı buraxıb, sadəcə özümüzə fokuslanmaq, öz həyatlarımıza baxıb, arzularımızın həyatına sahib ola bilmək üçün ehtiyac varsa, özümüzlə mübarizə aparmağın zəruriliyindən bəhs edir. Eyni zamanda dünənki SƏN ilə, bu günkü SƏN arasında yaxşı mənada fərq yaratmağa sövq etdirir. Qələbənin bizim bilmədiyimiz, bəlkə də, bilsək belə, fikir vermədiyimiz bir üzünü göstərir. Əslində bizim üçün əsl qələbənin nə olduğunu aşkar edir.

Son olaraq, bu cümlənin "həyat fəlsəfəm" olma səbəbi nədir?

Yüksək səviyyədə təzyiqlərə baxmayaraq, heç vaxt başqaları ilə yarışan, başqalarından daha yaxşı olmaq istəyinə sahib olan və bu yolda əlindən gələni edən biri olmamışam. Bunun üçün xüsusi bir səy göstərməmişəm.

Məni başqaları ilə müqayisələndirən, başqaları ilə rəqabətə sövq edən bütün səsləri, sözləri, məsləhətləri eşitmədən, dinləmişəm. Lakin ən böyük qələbənin özünə qalib gəlmək olduğu cümləsi ilə də, bu cümlənin altında yatan məna ilə də, Brayan Treysinin "Daxili İntizam Gücü" kitabını oxumayanadək rastlaşmamış, bu barədə düşünməmiş, bilməmişəm.

Sadəcə bir an… Cümləni oxudum, bir daha və bir daha təkrarladım, düşündüm...

Əslində mənim həyatımı dəyişdirən Brayan Treysinin "Daxili İntizam Gücü" kitabından çox, o kitabdakı bu cümlə oldu. Bu cümlənin həyat fəlsəfəm olma səbəbi isə həmin gündən başladı.

Yuxarıda da qeyd etdiyim kimi, başqaları ilə yarışmağı sevən biri olmamışam. Bu səbəbdən, bu cümlə ilə tanış olduğum vaxta qədər marafon yarışlarında auditoriya oturacaqlarının birində əyləşib, yarışanları seyr etmişəm. Yarışmaqda məna görmədiyim üçün oradan səhnəyə atılıb, yarışçılardan biri olmaq ambisiyasına sahib olmamışam.

Bu cümlədən sonra isə yarışçılardan biri olmaq üçün onlarla birlikdə o səhnəyə çıxıb, onlarsız o yolu qət etməyi hədəfləyib, marafona qoşulanlardan biri oldum.

Bu cümlə mənə yeni bir həyat, yeni bir can, yeni bir ruh, ondan sonrakı bütün yarışlarda qalib gələ bilmə adına sarsılmaz bir həyat fəlsəfəsi verdi.

Ən əsası da iradəsizliyimlə başa çıxa bilmə adına daxili motivasiya yaratdı.

Bu möhtəşəm cümlə üçün əvvəl Platona, bu kitabı məsləhət gördüyü üçün Nurtac müəlliməmə, bu sətirləri kitabında qələmə alaraq, istifadə etdiyi üçün Brayan Treysiyə (Brian Tracy) öz dərin minnətdarlığımı bildirirəm!

Həqiqi qələbəni müəyyənləşdirə bilməyin adına, SEVGİLƏR!

Şahanə Dostəliyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 849   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Qızıldan hazırlanan unitaz iki ildir tapılmır - FOTO

İngiltərənin Blenheim sarayından iki il əvvəl oğurlanan qızıldan hazırlanan unitaz hələ də tapılmayıb. -a istinadən xəbər verir ki, 2019-cu il sentyabrın 14-də sarayda sənət sərgisinin keçirildiyi vaxt oğurlanan qızıl unitazın dəyəri 1 milyon funt sterlinqdir (2 300 00 manatdan çox). Xatırladaq ki, unitaz

16.09.2021 3329
.

Kosmosda nəgəng "it sümüyü" tapdıldi - FOTO

Kosmik fəzada nəhəng "it sümüyü"nə bənzər "Kleopatra" asteroidi aşkarlanıb. BİG.AZ "Live Science"a istinadən xəbər verir ki, alimlərin marağına səbəb olan bu asteroidin uzunluğu 270 kilometr, çəkisi 3,27 kvadrilyon ton, sıxlığı isə hər kub santimetrə 3,4 qramdır. Hazırd

11.09.2021 1188
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

Bu üçəmlər "TikTok"da səs salıb, amma oğlanlar... - FOTO-VİDEO

İngiltərənin Qreyvzend şəhərindən olan 18 yaşlı Şerena, Keyli və Eliza Terri üçəmləri aktiv "TikTok" istifadəçiləridirlər. BİG.AZ xəbər verir ki, onlar barədə "Daily Mirror" yazır. Qızlar əks cinslə münsibətlərindən danışarkən bildiriblər ki, oğlanlar çox vaxt bacıların gözəlliyin

16.09.2021 3201
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Necə bilək ki, kərə yağı təbiidir? - 10 ÜSUL

Kərə yağı ən çox istifadə olunan məhsullardan biridir. Bəziləri hətta əksər yeməklərin bişirilməsi zamanı kərə yağından istifadə edirlər. Bəs bu qədər çox üstünlük verilən kərə yağının təbii olub-olmadığını necə bilmək olar?. Kərə yağının ziyanlı olması barədə fikirlər olsa da, təbii kərə yağının A

11.09.2021 3168
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627