"Cənnət anaların ayağı altında deyil, əsas kişilərdir"

"Cənnət anaların ayağı altında deyil, əsas kişilərdir""Qadın olmaq kişi olmaqdan çətin deyil. Kişi olmaq daha çətindir. Hərdən kişi doğulduğumu hiss edirəm. Özümə deyirəm, Kəmalə, yavaş, yerişinə, duruşuna nəzarət et, sən qadınsan. Özümə "stop" qoymaqdan çəkinmirəm".

Axşam.az xəbər verir ki, bu sözləri Əməkdar artist Kəmalə Müzəffər "Ağ və qara" verilişində deyib. Aktrisa kişilərdən bəhs edib. O, qadınların güclü cinsin nümayəndələrindən aşağı olduğunu söyləyib:

"Elə bir sahəni göstərin ki, orada ancaq qadın öndədir. Aşpazlıqdan tutmuş bütün sahələrdə kişilər öndədir. "Qadın böyük qüvvədir", "Cənnət anaların ayağı altındadır", "Əsas qadındır" - yox. Əsas kişilərdir.

Kişi birinci yaradılıb. Yaradıcılıqdan tutmuş, beyinə qədər hər şeydə kişi öndədir. Bunu demək mənim üçün şərəfvericidir. Başımızı qoymağa çiyin, dəstək, kölgəsində dincəlməyə kişi axtaranda yaxşıdır? "Kişilər bizdən öndədir" deyəndə pis? Kişiləri sevmək lazımdır. Onları nə qədər çox sevsək, əzizləsək, sığallasaq, o qədər ipə-sapa yatacaqlar. Gənc xanımlar var ki, kişi bir deyəndə, iki cavab verir. Onu sevəndə yaxşı olur, bir balaca səsini qaldıranda pisdir? Bir kişinin qulluğunda dayanmağın, onun sevdiyi yeməyi bişirməyin, onun üçün hər şey etməyin nəyi pisdir?".

K.Müzəffər boşanmaların əleyhinə olduğunu bildirib:

"Qızıma dedim ki, ərə gedirsən, bu evə ancaq qonaq kimi gələ bilərsən. Ərinlə dava edib, qayıtmaq yoxdur. Oğluma da dedim ki, ailədə dava, narazıçılıq ola bilər. Amma qətiyyən boşanmaq olmayacaq. Ailələrin dağılmağının əleyhinəyəm. Yalnız 1 faiz halda boşanma olar: ailələrdən biri pisdirsə, uşaq düzgün tərəfdə qalmalıdır. Qadınlar səbr etməlidir".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 2539   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Məna xəstəliyi haqda danışdı

Meyxanaçı Namiq Mənanın müğənni oğlu Məna Əliyev xəstəliyindən danışıb. Axşam.az xəbər verir ki, "Rəngarəng səhər" proqramında qonaq olan ifaçı bir müddət əvvəl xəstəxanadan olan görüntülərini yayımlamasının səbəbini açıqlayıb:. "Hər kəs həyatını paylaşır. Kimi əşyasını, getdiyi yeri paylaşır

17.04.2024 1035
.

İlhamə Quliyeva ilə küsülü olmalarının səbəbini açıqladı

Xalq artisti Nazpəri Dostəliyeva mərhum həmkarı, Xalq artisti İlhamə Quliyeva ilə küsülü olma səbəbini illər sonra açıqlayıb. Axşam.az xəbər verir ki, bu barədə sənətçi ilk dəfə "Tarixin bir günü" verilişində danışıb:. "Xalq artisti Faiq Ağayevin "Gülüstan" sarayında toyu idi

19.04.2024 226
.

Ülviyyə Muradla boşanması xəbərlərinə son qoydu

"Hər ailədə çətinliklər və problemlər olur. Bir dəfə əsəbimin pik nöqtəsində bir paylaşım etdim, bu da xəbər olundu. O paylaşımı 20 dəqiqə saxlamışdım". Axşam.az xəbər verir ki, bu sözləri aktrisa Ülviyə Xəlilbəyova "Xəbərin var?" verilişində deyib. Sənətçi aktyor həyat yoldaşı Mura

19.04.2024 1452
.

"Kurtlar Vadisi"nin Nesrini:"Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim"

"Mən evdən çıxmaq üçün evləndim. Ata və məhəllə təzyiqi olmasaydı,evlənməzdim". xəbər verir ki, bu sözləri "Kurtlar Vadisi" serialında Nesrin rolu ilə tanınan aktrisa İpek Tenolcay deyib. "Həmilə ikən ayrıldıq. Boşanma doğumdan sonra oldu. Evliliyimiz bitəcəkdi, amma mən taktik

19.04.2024 272
.

Serenay Sarıkaya Nyu-Yorkda - FOTOLAR

Türkiyəli aktrisa Serenay Sarıkaya Nyu-Yorka səyahət edib. xəbər verir ki, aktrisa səyahətdən görüntüləri sosial şəbəkədə paylaşıb. Görüntülərə minlərlə bəyənmə və şərh gəlib

19.04.2024 246
.

Gülay bağının görüntüsünü paylaşdı

Müğənni Gülay Zeynallı bağının görüntülərini paylaşıb. Axşam.az xəbər verir ki, sənətçi həyətindən videonu sosial şəbəkə hesabında paylaşıb. "Yay gəlir. Deməli, xərc gəlir" deyə, Gülay paylaşımında yazıb

19.04.2024 833
.

Firəngiz Mütəllimova vəfat edən qardaşından yazdı - "Sənsiz bir il"

Xalq artisti Firəngiz Mütəllimova dünyasını dəyişən qardaşı İlhamla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, aktrisa qardaşının ölümündən bir il ötdüyünü yazıb. "Sənsiz bir il. Bunu qardaşını qəfil itirən bacılar bilər. Ürəyimin parçası, canım qardaşım, məkanın cənnət olsun. Allah sənə rəhmə

14.04.2024 587
.

"Xanbabayeva" soyadından heç xoşum gəlmirdi"

"Atamgil ailədə 10 uşaq olublar. Uşaqlardan səkkizinin soyadı Hacıyev, ikisi isə, yəni əmim Akif və atam Güloğlanın soyadı Xanbabayevdir. Amma bu niyə belədir, xəbərim yoxdur. Öyrənib deyərəm". Axşam.az xəbər verir ki, bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayeva "Söhbət var" verilişind

17.04.2024 1394
.

Zülfiyyə Xanbabayeva: "Səhnədə ölmək istəmirəm"

"Əvvəl fikirləşmişəm ki, 50 yaşın varsa, get otur evdə, oxuma. Bu da mənim səhvim olub. Özüm o yaşa gəlib çatandan sonra düşündüm, ağlıma belə gəlməzdi ki, bu yaşlarımda səhnəyə çıxım. Demək ki, başımdan böyük danışmışam. Bu isə mənim səhvim olub". Bu sözləri Xalq artisti Zülfiyyə Xanbabayev

19.04.2024 669