Dəmir Yolundan şikayət: "Qatarda otura bilmirik"

Dəmir Yolundan şikayət: "Qatarda otura bilmirik""Hər gün işdən çıxıb evə getmək üçün dəmir yollarından istifadə edirəm. Hər dəfə də qatara minəndə boş yer olmasına baxmayaraq, ayaq üstə dayanmağa məcbur oluram".

Bu barədə Oxu.Az-a daxil olan vətəndaş müraciətində qeyd olunub.

Dəmir yollarından istifadə edən sərnişinlərdən biri digər sərnişinlərin növbəti stansiyalarda minəcək sərnişinlər üçün yer saxlamalarından narazı olduğunu deyib.

Sərnişinin sözlərinə görə, bələdçilər sürət qatarlarında qayda-qanunlara əməl olunmasına düzgün və effektiv nəzarət etmirlər:

"Şikayətim "Azərbaycan Dəmir Yolları" QSC-dəndir. Sürət qatarına minirsən, sərnişinlər tərəfindən hər vaqonda təxminən 10 yer, onların dili ilə desək, növbəti stansiyada minəcək sərnişinlər üçün məşğul edilib.

İşdən yorğun çıxıram, vaqona çatmaq üçün tələsirəm. Nə üçün məndən 15 dəqiqə sonra vaqona minəcək kiməsə görə mən ayaq üstə getməliyəm? Belə olanda mənim hüquqlarım pozulur. O qədər yolu onlara görə ayaq üstə getməli oluram".

Sərnişin onu da qeyd edib ki, dəmir yolları metroya bənzəməyə başlayıb:

"Camaat bir-birini ayaqlayır. Yaxşı olar ki, yerlər dolduqdan sonra sərnişinlər digər qatarı gözləsinlər".

Məsələ ilə bağlı "Azərbaycan Dəmir Yolları" QSC ilə əlaqə saxladıq. Qurumun mətbuat xidmətindən məsələ ilə bağlı redaksiyamıza bildirdilər ki, Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlarda bələdçilərin sərnişinlərin yer seçiminə müdaxilə etməsi "Sərnişin vaqonu bələdçisinin vəzifə təlimatı"na ziddir:

"Bakı-Sumqayıt və şəhərətrafı hərəkət edən qatarlardakı ekonom vaqonlara biletlərdə yer qeyd olunmur. Ona görə də bələdçilər bu barədə sərnişinlərə yer seçimi ilə bağlı hər hansı müdaxilə edə bilməz.

Sərnişinlər oturacaqları yeri öz seçimləri əsasında müəyyənləşdirirlər. Bələdçilərin, sərnişinlərin öz yaxınları və tanışları üçün yerləri məşğul etmələrinə dair iradları isə mübahisənin daha da genişlənməsinə yol aça bilər. Bu həm də "Sərnişin vaqonu bələdçisinin vəzifə təlimatı"na ziddir.

Təlimata əsasən, vaqon bələdçiləri, vaqonlarda sərnişinlər arasında konflikt hallarının yaranmasına yol verməməklə yanaşı, onlarla nəzakətli və diqqətli davranmalıdırlar. Odur ki, onların əlavə müdaxiləsi yarana biləcək mübahisənin daha da dərinləşməsinə səbəb ola bilər. Fürsətdən istifadə edib, bu məsələdə sərnişinlərimizdən də diqqətli davranmağı və mübahisəli vəziyyət yaradan belə addımlardan çəkinmələrini xahiş edirik".

Məlumat üçün bildirilib ki, bu qatarlar şəhərətrafi elektrik qatarı olduğu üçün, burada 800-ə qədər ayaqüstü, 396 oturacaq yerləri var. Yəni, bu qatarlarda ayaq üstə də sərnişin daşına bilər.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1256   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Əməkdar artistdən şok açıqlama: "Oğlan adı ilə mənlə danışırdı…" - VİDEO

Əməkdar artist Gülüstan Əliyeva açılaması ilə diqqət çəkib. -a istinadən xəbər verir ki, "Onun sirri" proqramına qonaq olan sənətçi, məşhur prodüserlərdən birinin oğlan adı ilə ona tez-tez zəng vuraraq telefonla danışdığını bildirib:. "Mənə tez-tez zəng edirdi. Oğlan adı ilə danışırdı

16.09.2021 4875
.

Günel yenə İMİCİNİ DƏYİŞDİ - VİDEO/FOTOLAR

Müğənni Günel Zeynalovadan xəbər var. xəbər verir ki, Günel sosial media hesabında yeni fotolar paylaşıb. Fotolarda müğənninin yeni imici izləyicilərin diqqətin çəkib. O, saçlarının rəngində və formasında dəyişiklik edib. İzləyiciləri onun yeni görünüşünü bəyəniblər. Həmin görüntüləri təqdim edirik:

17.09.2021 3949
.

Toydan 3 ay sonra ayrıldılar

Aparıcı Ece Erken 3 ay əvvəl ailə qurduğu Şafak Mahmutyazıcıoğlu ilə ayrılıb. Axşam.az-a istinadən xəbər verir ki, o, birlikdə olan fotolarını sosial şəbəkədən silib. Ece eyni zamanda soyadını da dəyişdirib. İyunda vəkil sevgilisi ilə uzun müddət davam edən münasibətini rəsmiləşdirən Erkenin bu addım

18.09.2021 5366
.

41 yaşlı Nigar Camal görünüşü ilə heyran etdi - VİDEO

Müğənni Nigar Camal sosial şəbəkədə yeni paylaşım edib. xəbər verir ki, sənətçi instaqram hesabında idmanla məşğul olduğu görüntülərini yayımlayıb. 41 yaşlı müğənni fit və qüsursuz bədən qurluşu ilə diqqət çəkib. Camalın bu görüntüləri izləyiciləri tərəfindən maraq və rəğbətlə qarşılanıb

16.09.2021 6043
.

Pandemiyada ikinci restoranını açdı

Aşıq Zülfiyyə pandemiya ərəfəsində biznesini gücləndirib. Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bundan əvvəl yaşadığı binada restoran açmışdı. Bir neçə gün əvvəl isə aşıq yenidən restoran açıb. Onun açılış mərasiminə sənət dostları da qatılıblar. Qeyd edək ki, Zülfiyyə bundan əvvəl daha bir restoranını

17.09.2021 3697
.

"Kalp yarası"nda yeni aktyor - Foto

Reytinqlərdə ilk sırada yer alan "Kalp yarası" serialına yeni aktyor daxil olub. Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, ekran işində Görkem Mertsöz rol alacaq. Aktyor serialda psixoloq obrazına həyat verəcək

17.09.2021 3104
.

Yusif Mustafayev: "260 manat pensiya alıram, buna da şükür"

"Toy yox, düyün yox, bütün günü evdəyəm. Çalışıram ki, evdən bayıra çıxmayım. Bəladan qorunmağın yolu ancaq budur". Bunu Qaynarinfo-ya açıqlamasında Əməkdar artist Yusif Mustafayev deyib. Müğənni yaşı ilə əlaqədar toylara az dəvət aldığını bildirib:. "Məhərrəmlikdən əvvəl bir-iki toy

16.09.2021 2063
.

Damla plastik əməliyyatdan sonra - FOTOLAR

Müğənni Damladan xəbər var. xəbər verir ki, Damla buxaq əməliyyatından sonra yeni fotolarını sosial media hesabında paylaşıb. izləyiciləri onun yeni görünüşünü bəyənərək xoş rəylər yazıblar. Həmin fotoları təqdim edirik:

16.09.2021 9193
.

Fahriye Karan üçün 15 dayə dəyişdi

Türkiyəli aktrisa Fahriye Evcen oğlu Karan üçün yenidən dayə axtarışına başlayıb. Axşam.az-a istinadən xəbər verir ki, bu barədə "2.Sayfa" verilişində məlumat verilib. Aparıcıların sözlərinə görə, aktrisa artıq 15-ci dayə ilə də yollarını ayırıb. Qeyd edək ki, Fahriye Evcen bu il "Alparslan"

16.09.2021 2609