2 milyon azərbaycanlı bu ölkəni seçib

2 milyon azərbaycanlı bu ölkəni seçib

2019-cu ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı əvvəlki illə müqayisədə 12% artaraq 2 milyon 15 min 435 nəfərə çatıb.

BiG.AZ report.az-a istinadən xəbər verir ki, bu barədə Gürcüstan Daxili İşlər Nazirliyinin illik hesabatında deyilir.

Bu göstərici ilə Azərbaycan hesabat ilində Gürcüstana ən çox xarici ziyarətçi göndərən ölkə olub. 2018-ci ildə Gürcüstana səfər edən Azərbaycan vətəndaşlarının sayı isə 1 milyon 807 min 185 nəfər təşkil edib.

Hesabat dövründə “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsindən Gürcüstan ərazisinə 1 milyon 988 min 986 dəfə giriş, 1 milyon 989 min 109 dəfə çıxış qeyd alınıb. “Qırmızı Körpü” sərhəd-keçid məntəqəsi Gürcüstanın ən aktiv ikinci sərhəd-keçid məntəqəsi olub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 1932 Tarix: 21.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər