Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEO

Bakının bu ünvanındakı mənzillər plana düşdü - VİDEOBakıda bir müddət əvvəl damı uçan yataqxana binası söküləcək.

BiG.AZ APA TV-yə istinadla xəbər verir ki, təxminən bir ay ərzində yeni binanın tikintisi ilə bağlı sənədləşmə işləri artıq bitəcək.

Söhbət Nərimanov rayonu Nazim Hacıyev küçəsindəki vaxtilə Səttarxan adına zavodun yataqxanası olmuş qəzalı binadan gedir. O binadan ki, 2019-cu il noyabrın 11-də gecə saatlarında 4-cü mərtəbənin dam örtüyü çöküb.

Xoşbəxtlikdən həmin vaxt xəsarət alan olmayıb. Amma Cəbrayıl rayonundan olan məcburi köçkün Həbib İbayevin mənzili yaşayış üçün tamamilə yararsız vəziyyətə düşüb.

Nərimanov Rayon İcra Hakimiyyəti başçısının müavini Şahmar İbadov təhlükədən xəbərdar olduqlarını və sakinlərin ərazidən köçürüləcəyini deyir. Binanın sökülməsi ilə bağlı Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq akt da verilib. Şahmar İbadovun sözlərinə görə, investorla razılıq əldə edilib və yaxın günlərdə işlərə başlanacaq:

"Binada yaşayan 118 ailə yeni binada mənzillərlə təmin ediləcək. Razılıq əldə edilən şirkətin rəhbərliyi də artıq sakinlərlə görüşüb. Onların əvvəlki mənzillərinin sahəsi ölçülüb, müqavilə şərtləri razılaşdırılıb".

Şahmar İbadov onu da bildirib ki, hazırda sözügedən binada 17 məcburi köçkün ailə yaşayır. Həmin ailələr Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin xətti ilə inşa edilən və bu təbəqədən olan vətəndaşlar üçün nəzərdə tutulan şəhərciklərdə müvəqqəti mənzillə təmin ediləcək.

Məcburi köçkün olmayan 118 ailəyə isə mənzillər tikilib tam başa çatana kimi sahibkar aylıq kirayə pulu ödəyəcək. Vətəndaş pulu bank vasitəsilə alacaq və yaşayış yerini özü seçə biləcək.

Rayon rəsmisinin ümidverici çıxışından sonra yollandıq adı çəkilən ünvana. Günorta saatları olduğundan, yataqxanada tək-tük sakin gözə dəyirdi. Əvvəlcə düşündük ki, yəqin sakinlər artıq burdan köçürülüb. Amma yataqxanaya daxil olanda gördüyümüz mənzərə tam fərqli oldu. Yır-yığış edilmiş çamadanlar, əşyaları boşaldılmış mənzillər sakinlərin yol üstündə olduğundan xəbər verirdi.

Öyrəndik ki, uçqunun baş verdiyi gündən ötən iki ay ərzində yataqxananı bir nəfər də olsa, sakin tərk etməyib. Hamı əşyalarını yığıb start vəziyyətində gözləyir. Dekabrın sonunda Nərimanov Rayon İcra Hakimiyyətinin nümayəndələri və binanın ərazisini alan şirkət rəsmiləri sakinlərlə görüşüblər.

Bina sakini Tahirə İsgəndərovanın sözlərinə görə, ilk və son görüş də elə o zaman olub. İndi nə gələn var, nə də sakinlərin hal-əhvalını soruşan: "Bizə dedilər ki, dekabr ayının 20-nə kimi heç kim bu binada qalmayacaq. Biz də sevindik, əşyalarımızı yığdıq hazırlaşdıq ki, şükür, köçəcəyik. Biz sevinə-sevinə gedib müqavilə bağladıq ki, nəhayət, buradan çıxacağıq. Amma o gün-bu gün heç kim gəlib bir söz demir. Deyirlər, yanvar ayında olacaq, amma yanvarın ortasına gəlib çatmışıq, hələ ki, bir xəbər yoxdur".

Şirkət rəhbərinin təklifinə razılaşanlar da var, razılaşmayanlar da. Onlardan biri də evinin damı uçan Cəbrayıl rayonundan olan məcburi köçkün Həbib İbayevdir. O deyir ki, tikinti şirkətinin təklif etdiyi məbləğlə razı olmadığından, hər hansı müqaviləni imzalamayıb.

Köçürülməsi planlaşdırılan yataqxanada məskunlaşan 17 məcburi köçkün ailəsinin taleyinə aydınlıq gətirmək üçün Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ilə də əlaqə saxladıq. Komitədən bildirdilər ki, noyabrın 11-də Bakı şəhəri Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 6 ünvanında yerləşən yataqxananın dam örtüyünün bir hissəsinin çökməsindən dərhal sonra Komitəsinin nümayəndələri hadisə yerində olublar.

Burada müvəqqəti məskunlaşmış 17 məcburi köçkün ailəsinin vəziyyəti ilə bağlı yerində araşdırma aparılıb. Araşdırma nəticəsində Dövlət Komitəsi yataqxana binasının qəzalı vəziyyətdə olmasını nəzərə alaraq, həmin ailələrin yeni mənzillə təmin edilənədək müvəqqəti mənzillərdə yerləşdirilməsini təklif edib. Lakin ailələr bu təklifi qəbul etməyib. Qeyd edilən ünvanda müvəqqəti məskunlaşmış məcburi köçkün ailələri növbəti mərhələdə istifadəyə veriləcək yaşayış kompleksində yeni mənzillərlə təmin ediləcək.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4168   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

Türkiyə milli müdafiə naziri Hulusi Akar Qazilər Günü münasibətilə təşkil edilən mərasimdə Azərbaycana dəstək çıxışı edib. Bu barədə məlumat Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi saytında yerləşdirilib. Qəhrəman Türkiyə ordusunun sivilizasiyanın və tarixin yüklədiyi məsuliyyət hissi ilə dost və qarda

18.09.2021 233
.

Azərbaycanda istehsal ediləcək avtomobillərin qiyməti açıqlandı - 17 min manata...

Hacıqabul Sənaye Məhəlləsində istehsal ediləcək minik avtomobillərinin qiyməti 17-20 min manat təşkil edəcək. Bu barədə "Azərbaycan Avtomobil İstehsalçıları Assosiasiyası" İctimai Birliyinin rəhbəri Emin Axundov deyib. "Minik avtomobillərinin növbəti aydan satışa çıxarılması planlaşdırılır

18.09.2021 1109
.

Metro ilə bağlı YENİ XƏBƏR: 2030-cu ilədək Bakıda...

"2011-ci ildə təsdiqlənmiş "Bakı Metropoliteni xətlərinin konseptual inkişaf sxemi"nə uyğun olaraq 2030-cu ilədək stansiyaların sayı 77-dək artırılacaq. Hazırda metroda 26 stansiya var. Yəni hələ 51 stansiya da tikilib istifadəyə veriləcək. Ümumilikdə, Bakı metrosu 5 ayrı xəttdən ibarə

18.09.2021 2589
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

İsveçdə Azərbaycan vətəndaşı itkin düşüb

İsveçin Arvika şəhərində azərbaycanlı itkin düşüb. "Report"un Avropa bürosunun məlumatına görə, Azərbaycan vətəndaşı, 39 yaşlı İltimas Mirzəyevdən sentyabrın 15-dən etibarən xəbər almaq mümkün olmayıb. O, evdən çıxdıqdan bir qədər sonra əlaqə kəsilib. Hazırda polis azərbaycanlının axtarışın

18.09.2021 443
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Lətafət 14 yaşlı qızından danışdı: "Atası ilə görüşmək istəmir" - VİDEO

ARB TV-nin "YouTube" layihəsi olan "Özümüz danışaq" verilişinin növbəti qonağı aparıcı Lətafət Ələkbərova olub. Tanınmış aparıcı tək övlad böyütməyin çətin olduğunu deyib:. "Qızım artıq məni başa düşür. Çox yaxşı dost olmuşuq. Musiqini çox sevir. Vokal dərsi alır. Qızımın 1

18.09.2021 3133
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865