Əməkdar artist: "Niyə "18+" edirsiniz ki, açıq şəkildə..."

Əməkdar artist: "Niyə "18+" edirsiniz ki, açıq şəkildə..."Mən proqramda heç nə deməmişəm. Söyləmişəm ki, Xatirə, üzünü niyə çevirirsən? Başqa söz ola bilməz!

Bunu tədbirlərin birində qonaq qismində iştirak edən Əməkdar artist Vasif Məhərrəmli Oxu.Az-ın əməkdaşı ilə söhbətində dilə gətirib.

Sənətçi ATV telekanalında yayımlanan "Şou ATV" səhər proqramında həmkarı Xatirə İslamla söhbəti zamanı söylədiyi qeyri-etik ifadəyə belə aydınlıq gətirib:

"Bu məsələyə gülüb keçirəm. Mən hər yerdə sözümü-söhbətimi bilən adamam. Xüsusilə də canlı efirdə. Belə şeylər ola bilməz. Bu, mənə qarşı edilən təxribatdır. Bu məsələ haqqında çox da sərt çıxışlar etmək istəmirəm.

Çox qabartmaq da istəmirəm. Adi "necəsiniz?" sözünün üstünə "səs" qoyub sanki qeyri-etik bir ifadə işlətmişəm kimi qərəzli şəkildə məsələni şişirtmək olar. Niyə "18+" edirsiniz ki, açıq şəkildə verin, getsin".

"ATV-nin "Youtube"dakı rəsmi kanalı sizin "Şou ATV"dəki qalmaqala səbəb olan çıxışınızı silib" sözlərimizə isə V.Məhərrəmlinin cavabı belə oldu:

"Nə gözəl. Bitdi bu iş. Əla!" (gülür)

Həmkarı X.İslamla aralarında yaşanan sevgi iddialarına isə Əməkdar artist belə münasibət bildirib:

"Bir kişi müğənni əgər xanım sənət yoldaşı ilə duet oxuyursa, "onların aralarında sevgi münasibəti var" kimi dedi-qodular dolaşır. Mənim həyat yoldaşım bilir ki, biz Xatirə ilə dostuq. Xatirənin həyat yoldaşı Fəxrəddin də bilir ki, bizi Xatirə ilə yalnız dostluq birləşdirir. Aramızda 20 illik dost münasibəti var".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1929   Tarix: 21 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Xalq artisti Zemfira Nərimanova: "Heç nə yoxdursa, çıxıb özümü göstərmək istəmirəm"

Hələ kiçik yaşlarımızdan onun efirdəki obrazı, siması və səsi yaddaşımıza əbədi həkk olunub. O "Züleyxa", "Təhminə", "Kleopatra", "Şölə" və sairə bu kimi obrazları ilə səhnəyə çıxan Xalq artisti, Akademik Milli Dram Teatrının aparıcı aktrisası Zemfira Nərimanovadır

21.04.2024 512
.

"Jolly Joker"in ilk qlobal məkanı "Jolly Joker Bakı"da Yıldız Tilbe izdihamı

Bakının mərkəzində 3.00 nəfərlik zala sahib "Jolly Joker Bakı" Azərbaycanda Yıldız Tilbe konserti ilə qapılarını sevənlərinə açdı. "Jolly Joker"in əvəzedilməz simalarından ən öndə gələn və hər konsertdə biletləri günlər öncə tükənən Yıldız Tilbe Azərbaycanda da eyni maraqla qarşılandı

24.04.2024 289
.

"Sibel Canın verilişi kimi layihə edəcəyəm"

Müğənni Aygün Şükürova yenidən aparıcılıq edəcəyini deyib. OLAY yazır ki, ifaçı ötən il apardığı verilişdən bəhs edərkən, həyata keçirmək istədiyi yeni layihəsindən söz açıb. O, bu barədə "Xəzər axşamı" proqramında danışıb. "Nuşi can" verilişi idi. 9 ay apardıq. 5 gün canlı efir idi

24.04.2024 131
.

Fahriye Evcen və Burak Özçivit oğlu Karanın uşaqlar günü tamaşasında- FOTO

Aktrisa Fahriye Evcen və aktyor Burak Özçivit oğulları Karanın 23 Aprel Uşaqlar günü tədbirində iştirak edib. xəbər verir ki, bu barədə Fahriye Evcen sosial şəbəkədə paylaşım edib. "Fəxr edən valideynlər" ,- deyə o şəklə qeyd edib

22.04.2024 2098
.

"Onun ölümünə sevinmək nədir?"

Şair Nazilə Səfərli ötən gün 70 yaşında vəfat edən Əməkdar artist Cavanşir Məmmədovla bağlı paylaşım edib. Axşam.az xəbər verir ki, o, sosial şəbəkədə mərhum sənətçi haqda pis rəy yazanlara iradını bildirib:. "Deyirəm, gör hansı zəmanəyə gəldik. Ölən insana bir rəhmət deməyə dilləri gəlmir. Cavanşi

21.04.2024 974
.

Efirdə gərgin anlar: Lalə o qadını studiyadan QOVDU - VİDEO

Xəzər TV-də yayımlanan "Təsir dairəsi" verilişində növbəti dəfə gərgin anlar yaşanıb. Ölkə.Az xəbər verir ki, efirə üz tutan şikayətçinin yalan danışdığı deyilib. Ekspertlər bununla bağlı onu qınayıb. Verilişin aparıcısı Lalə Azərtaş həmin qadına qapını göstərərək studiyanı təkr etməsini tələ

24.04.2024 624
.

"Mədəniyyət Nazirliyi məni qapıdan içəri buraxmır"

Aktyor Elməddin Cəfərov Mədəniyyət Nazirliyi ilə bağlı qalmaqallı açıqlamalar edib. Axşam.az xəbər verir ki, sənətçi bu barədə -a müsahibəsində danışıb. Cəfərov bir çox qurumlara layihələr təqdim etdiyini, lakin qəbul edilmədiyini deyib:. "O qədər etmişəm ki! Heç nazirliyin özünə buraxmadılar, şöbəd

22.04.2024 618
.

"Mən itirdikcə qazandım"

"İnsan itirdikcə qazanır. Mən qazandım. Allaha min şükür olsun. Hər zaman dayağınız Allah olsun, dostlar, o hər şeyi bilir və görür, etibar edin ona. Ümüdünizi ondan üzməyin. Axşam.az xəbər verir ki, bu sözləri rəqqasə-aktrisa Oksana Rəsulova sosial şəbəkədə yazıb. "Allahın adını pis əməllər

24.04.2024 172
.

Cavanşir Məmmədovun son sözü bu olub - VİDEO

Cavanşir Məmmədovun ölümü ilə bağlı şok detallar məlum olub. bildirir ki, bu barədə ATV kanalında yayımlanan "Bizimləsən" verilişinin canlı yayımında açıqlama verilib. Müğənni Firuzə İbadova bildirib ki, həmin vaxt ona zəng gəlib. "Ona kimsə zəng edib. Telefon əlindən düşüb. Deyib ki

24.04.2024 1127