Qara yanvar - 30 yaşlı dərdim mənim ...

Qara yanvar - 30 yaşlı dərdim mənim ...70 illik imperiya zülmünə qarşı çıxıb, öz müsəqilliyinə can atan xalqın qan yaddaşı...

Abbasov Sabir, Həsənov Əli , İbrahimov İlqar, Məmmədova Larisa, İlham və Fərizə, Oqtay Kərimov, Babayeva Sürəyya, Bədəlov Rövşən... Uzun- uzadı yaza biləcəyim 147 can, 147 şəhid. Sadaladıqlarım bu gün tarixi 30 ilə dayanan Şəhidlər Xiyabanının "sakinləri", hər dəfə addım-addım irəlilədikcə mərmər məzarlardan qeyri-ixtiyari oxuyub səsləndirdiyim adlardan bir neçəsidir. Onlar azadlığın mübarizə və qanla alına biləcəyinin ən bariz nümunəsini tarixə yazanlardır.

O tarix ki, indi bizi ağrıtmaqdan daha çox qürur verir. Haqqında kitablar, əsərlər, şeirlər yazılır.
Oxuduqlarımı, danışılanları, yazılanları xəyalımda canlandıra bildiyim ən real yerdi bura. Qış fəsli, külək, şaxta və Bakının ən soyuq yerlərindən biri, ürəyimi qızdıran ən isti yerə çevrilə bilərmiş.

Soyuq, şaxtalı yanvarı qanları bahasına isitdi xalqım.

Bəli... 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə keçmiş Sovet qoşunları və onların havadarlarından ibarət qüvvələrinin Bakıya yeridilməsi nəticəsində dinc əhaliyə divan tutuldu, yüzlərlə insan qətlə yetirildi. Bu başqaları üçün yalnız insanın insana qarşı edə biləcəyi vəhşiliyin, amansızlığın, terrorun, qaniçən hakimiyyətin iç üzünün göstəricisi idisə, ölkəmiz, xalqımız üçün mübarizlik yolunda atdığı addımlardan biri idi.

Xiyabanın bu başından, o başına gedərkən düşünürdüm.

"Çünki bu addım nə ilk idi, nə də son".

Başını alan qara buludlar xalqıma hələ 31 mart 1918-ci ildən tanış idi. Bakıda başlayan soyqırımı ətraf rayonlardan da yan keçməmişdi. Nəticədə 12 minə yaxın insan soyqırımının qurbanı olmuşdu. Bəs 31 mart 20 yanvarla bitmişdimi? Ruhu mübarizə ilə yoğrulan xalqın faciəsi sona çatmışdımı? Hələ onun 1992-ci il 26 fevralda soyqırımına məruz qalan Xocalısı var. 1998-ci ildə başlanan Qarabağ döyüşləri var, şəhid verdiyi minlərlə igidləri var.

Hər faciə bir başqa cür yazılırdı tarixə. 20 Yanvar faciəsi də tək amal uğrunda əliyalın insanların tankların qarşısına sipər olması, qorxmadan, çəkinmədən ölümə gözü açıq addımlaması kimi qalıb yaddaşımızda. İnsanlar nə istədiklərinin, kimlərdən və necə istədiklərinin fərqində idi. Lakin qorxmadan bir əqidə uğurunda sona qədər müqavimət göstərdilər. Təbii ki, mübarizənin fərqində olmadan iştirakçısına çevrilən qurbanlar da vardı. Elə 13 yaşlı məktəblilər Larisa və İlqar kimi..

Lakin şübhəsiz ki, 70 illik imperiya heç zaman öz qarşısında bu qədər güclü müqavimət görməmişdi. Bu müqavimət illərlə azadlığı əlindən alınıb, haqq səsi boğulan digər xalqlar üçün də təkan oldu. Çünki hər şey imperiyanın planladığı kimi baş vermədi. Uzun illər müxtəlif xalqları müti köləsi halına çevirən imperiya öz qarşısında belə birlik, azadlıq eşqli, möhkəm iradəli xalq kütləsi görməmişdi.

Tanklar, silahlar gücünə törətdiyi qırğının zahiri qələbəsi, daxildə bütöv bir xalqın qarşısındakı məğlubiyyətini gizlədə bilməmişdi. Elə bu məğlubiyyətdən sonra da dağılmağa məhkum olan imperiya layiqli sonunu yaşadı.

Hələ də düşünürdüm. Bu qədər insan, fərqli həyat hekayələri, kim bilir qurulmuş nə qədər arzu, yaşamaq eşqi...
Amma bir gecədə öz həyatları üzərindən xətt çəkib, xalqın taleyini düşünmək. Bu qədər yarıda qalmış yaşam, lakin bir o qədər də tarix yazıb yaddaşlarda qalmaq. Bu ki, hər kəsə nəsib olmur.

Hər dəfə rahatlıqla gəzib, Dağüstü parkdan açılan Bakının möhtəşəm mənzərəsini heyranlıqla izləyirəm. Məni bura çəkən özləri əbədiyyət yuxusunda, ruhları bu xiyabanda dolaşan şəhidlərin mübarizə tarixi, vətən sevgisidir.
Bura mübarizə qoxusu, azadlıq eşqidir. Elə buna görə də, bizim mübarizəmizi yarıda qoymağa, qürurlu tariximizi unutmağa haqqımız yoxdur. Axı keçmişini, özünü, amalını unutmayanlarındır bu Vətən!

Elə istiqlal şairi Xəlil Rza Ulutürkün "Azadlıq Gülüstanı" şeirində dediyi kimi, Dağüstü park -Aləmin azadlıq dastanısan:

Məzarlar xonça-xonça, məzarlar gül sərgisi,
Şəhidlər xiyabanı bəlkə çiçək dənizi.

Üçcə günün gəlini Çoban qızı Fərizə,
Əjdər oğlu İlhamı fələk çox gördü bizə.

Min il, bəlkə daha çox yatarsınız göz-gözə.
Yan-yanaşı, üz-üzə.

Cərgədən ayrı düşmüş Əziz qızı Salatın,
Bir bülbül ömrü imiş sənin yığcam həyatın.

Məzarlar gül beşiyi... Zülallı İsfəndiyar,
Övladısan, bağrına basmış səni bu diyar.

Nəsib oğlu Sahibim, 31 yaşlı balam,
Dinc uyu, vüqarımsan, ey mənim polad qalam!

Vaqif oğlu Mahirim, iyirmi üç yaşlı gəncim,
Boz torpağa bükülmüş parlaq dürdanəm, incim.

Ruhun başın üstündə sərvlərlə boyaboy,
Rahat uyu, əzizim, Zahid Bayram Əlisoy.

1918... uzaq mart qurbanları
Nasıl tapmış doxsanda qüruba varanları?

Haçan, harda gəzirəm... bu yeri dürüst tanı -
Dağüstü park - aləmin Azadlıq dastanı.

Afaq Rza


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 908   Tarix: 20 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə salındı

Bir neçə gün bundan öncə ürək çatışmazlığından vəfat edən Əməkdar artist Cavanşir Məmmədovun nəvəsinin toyu təxirə düşüb. -ın əldə etdiyi məlumata görə, sənətçinin qız nəvəsi Rəfiqə Məmmədovanın yaxın vaxtlara planlaşdırılan toy məclisi məlum hadisə səbəbindən təxirə salınıb. Əməkdar artist Cavanşi

22.04.2024 1565
.

Şahdağa sulu qar yağıb

Azərbaycanda müşahidə edilən faktiki hava açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, əksər rayonlarda hava şəraiti arabir yağıntılı olub, bəzi yerlərdə şimşək çaxıb. Şahdağda isə sulu qar yağıb. Düşən yağıntının miqdarı Zaqatalada 19 mm, Balakəndə 14 mm, Şəkidə 8 mm, Qrızd

10:10 152
.

Bütün sosial ödənişlər bu tarixdə veriləcək

Aprelin 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsi nəzərdə tutulub. Bu barədə -a Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib

12:27 147
.

İlham Əliyev və Vladimir Putinin BAM veteranları ilə görüşü olub - YENİLƏNİB + VİDEO

Aprelin 22-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Baykal-Amur magistralının 50 illik yubileyi münasibətilə dəmir yolu sahəsinin veteranları və işçiləri ilə birgə görüşü olub. Bu barədə məlumatı Azərbaycan Prezidentinin Mətbua

22.04.2024 349
.

Çində torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb

Çində güclü yağışların səbəb olduğu sel və torpaq sürüşmələri nəticəsində 6 nəfər yaralanıb, 11 nəfər itkin düşüb. xəbər verir ki, Şaoquan, Quançjou, Heyuan, Zhaoqin, Qingyuan, Meyçjou və Huizhou şəhərlərində ən azı 82,5 min insan evlərindən təxliyə edilib. İtkin düşən kimi Şaoquan şəhərində 6, Qingyua

22.04.2024 227
.

Azərbaycanda zəlzələ oldu

Goranboyda 3.1 bal gücündə zəlzələ olub. BİG.AZ Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən xəbər verir ki, Gəncə stansiyasından 17 km şərqdə, Goranboy rayonunda zəlzələ qeydə alınıb. Tektonik təkanlar bu gün 04:27-də 13 km dərinlikdə müşahidə olunub. Zəlzələ hiss olunmayıb

10:02 284
.

MEDİA çağırış etdi

"Sosial şəbəkə seqmentində cəmiyyətdə tanınmış şəxslər barədə, xüsusən də onların şəxsi həyatına dair dəqiqləşdirilməmiş məlumatların yayılması ictimaiyyət tərəfindən narazılıqla qarşılanır və eyni zamanda, birmənalı qəbul olunmur". Bu barədə "Qafqazinfo"ya Medianın İnkişafı Agentliyində

22.04.2024 293
.

Tayvanda 6,1 və 6 bal gücündə zəlzələ oldu

Tayvanın Hualien şəhərində ardıcıl 2 zəlzələ olub. xəbər verir ki, zəlzələ 6,1 və 6 bal gücündə baş verib. Bu barədə ABŞ Geoloji Araşdırma (USGS) məlumat yayıb. Zəlzələ 6 dəqiqə intervalla 10 kilometr dərinlikdə qeydə alınıb. İlkin məlumatlara görə, zəlzələlərdə heç bir can və mal itkisi olmayıb. Qey

12:13 87
.

İran prezidenti Rəisi Pakistana rəsmi səfərə gedib

İran prezidenti İbrahim Rəisi Pakistanın paytaxtı İslamabada gəlib. xəbər verir ki, Rəisi Pakistanın Baş naziri Şahbaz Şərif və prezident Asif Əli Zərdari ilə görüşəcək. İran prezidenti həmçinin Pakistanın mədəni və iqtisadi mərkəzi sayılan Lahor və Kəraçi şəhərlərinə də səfər etməyi planlaşdırır. Onu

22.04.2024 237