Sosial şəbəkədə əlisilahlı şəxsin bir kişini təqib etməsi görüntüləri yayıldı - VİDEO

Sosial şəbəkədə əlisilahlı şəxsin bir kişini təqib etməsi görüntüləri yayıldı - VİDEOÇelyabinsk polisi sosial şəbəkədə yayılmış əlisilahlı naməlum bir adamın yol kənarında başqa birini təqib etdiyi videonu araşdırır. Bu barədə Ura.ru portalı məlumat verib.

Jurnalistlərin sözlərinə görə, hadisə yanvarın 15-də Qaqarin küçəsində baş verib, ancaq yalnız indi ictimaiyyətə məlum olub. Videodakı görüntülərdə gəncin təqibçisindən qaçdığı və keçən maşınların yanındakı yolda bir neçə dəfə yıxıldığı müşahidə edilir.

Hadisələrin şahidlərinin dediyinə görə, qaçan şəxsin gücsüzlükdən qarın üstünə yıxılması və ikinci kişinin ona çatıb döyməyə başlaması kadr arxasında qalıb. Sonra hadisə yerinə polis əməkdaşları gəlib.

Kişini şöbəyə aparıblar. Onun üzərindən avtomat götürülüb.

Fakt təsdiqlənsə də, münaqişəyə nəyin səbəb olduğu bildirilmir.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 773   Tarix: 19 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş