Aygünlə Röya arasında nə baş verir?

Aygünlə Röya arasında nə baş verir?Uzun illər küsülü olan Xalq artistləri Aygün Kazımova və Röya Ayxan arasında sular durulmağa başlayıb.

Axşam.az xəbər verir ki, Aygün Röyanın "Altın kelebek" mükafatlandırma gecəsi ilə bağlı paylaşımına "like" qoyub. Bu isə müğənnilər arasındakı barışıq addımı kimi qiymətləndirilib.

Maraqlısı isə odur ki, ifaçılar İnstaqramda bir-birini izləmir.

Qeyd edək ki, Aygünlə Röya arasında uzun illərdir qalmaqal yaşanır. Bir neçə il əvvəl müğənnilərin məclislərin birində barışdığı iddia olunsa da, onlar heç vaxt bir arada görüntülənməyiblər.

Aygünlə Röya arasında nə baş verir?


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 1450   Tarix: 18 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş