"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏTanzaniyanın Tarangire qoruğunda çəkdiyi bir foto "National Geographic"in onlayn versiyasında "Redaktorun seçimi" olan məşhur fotoqraf Arif Ələkbərin BiG.AZ-a müsahibəsini təqdim edirik:

Tanınmış səyahətçi-fotoqraf, Azərbaycan Fotoqraflar Birliyinin üzvü Arif Ələkbər
Bəs siz özünüzü necə təqdim edərdiniz?

Elə Əli Əkbər kimi. Daha ətraflı məlumatla maraqlananları isə Facebook səhifəmə dəvət edərdim. Orada haqqımda təsəvvürün yaranması üçün yetərincə məlumat var.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏFotoqrafiyaya maraq necə, hardan yarandı?

Məktəb illərində bir ağ-qara "Smena" fotoaparatım vardı. Xarici musiqi ifaçıları ilə də çox maraqlandığım üçün elə televizordanca ara-sıra verilən konsert və musiqi nömrələrini çəkib ev şəraitində çap edirdim. Maraq yəqin elə o vaxtlarda oyanmağa başladı. Amma həvəskar fotoqraf kimi düşünürəm ki, artıq yekə kişi olandan sonra başlamışam (gülür). İlk rəqəmsal fotoaparatım 35 dollarlıq "Sony" idi. İndi də xatirə kimi saxlamışam onu, arada baxıb kövrəlmək üçün.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏFotoqraflıq sizin üçün peşədir yoxsa hobbi?

Hobbi olaraq qalır. Amma canlara dəyən hobbidir. Onun sayəsində həm dincəlirəm, həm çox sevdiyim imkanı əldə etmiş oluram: insanlarla ünsiyyəti. Paylaşım zamanı həm tanış, həm də tanımadığım insanlar öz fikirlərini bildirirlər, onlar məndən öyrənir, mən onlardan. Neqativdən uzaq virtual ab-hava yaratmağa çalışmışam ki, həm məlumatlanma imkanı əldə etmək olsun, həm də yaxşı əhval-ruhiyyədən bəhrələnək.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏİlk peşəkar fotoaparatınızı alanda neçə yaşınız vardı? Və o aparatla çəkdiyiniz ilk şəkli xatırlayırsınızmı?

Peşəkar fotoaparat ucuz olmadığından hər dəfə yenisini almağa meylli deyildim. Gözütox fotoqraf olduğum üçün elə ilk peşəkar fotoaparatımdan indi də istifadə edirəm. Ona qədər olanlar adi "sabunqabı" və yarıpeşəkarları olub. Peşəkar fotoaparatı ilk dəfə İstanbulda test etdim, o mənə bələd oldu, mən də ona. Hələ ki, bir-birimizdən razıyıq.

Təsadüfi çəkilən fotolar daha maraqlı alınır. Siz necə düşünürsünüz? Ümumiyyətlə şəkil çəkərkən obyekti əvvəldən planlaşdırıb seçirsiniz, yoxsa ekspromt alınır?

Mən adətən vəhşi təbiəti çəkirəm. Orada da istəsən də obyektlə bağlı hər hansı plan qurmaq olmur. Çünki həmin obyektlər fotoqrafı düşünmürlər, veclərinə almırlar. Təbii ki, insanların portretlərini də çox çəkmişəm. Amma həmişə ekspromt çəkilən fotolar olub. Çünki kiminsə fotosunu çəkəndə "elə durma, belə dur, ora baxma, bura bax" deməyə nə bir bacarığım var, nə də istəyim. Bu səbəbdən də sizinlə tam razıyam: mən də təsadüfi foto aşiqiyəm.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏÖzünüz bəs çəkdiyiniz hansı fotonu daha çox bəyənirsiniz?

Adam arasına çıxardığım hər bir çəkdiyim foto ürəyimcədir. Aralarında, sözsüz, özümə daha çox xoş gələnləri də var. Son səfərimdə Qərbi Tibetdə çəkdiyim köçəri tayfasındakı qadının fotoları kimi, məsələn.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏAfrikaya etdiyiniz səyahət və orda çəkdiyiniz fotolar böyük marağa səbəb oldu. Niyə məhz Afrika? Bu səfər necə baş tutdu?

Afrikaya maraq məndə həmişə olub. Amma nə vaxtsa ora gedib çıxacağıma, düzü, o qədər də inanmırdım. Sağ olsun, dostum Elnur İsmayılov. O vaxt işi ilə əlaqədar Afrika ölkələrində uzun müddət yaşayıb çalışırdı. Onun təklifi və dəvəti sayəsində uşaqlıqdan valeh olduğum, ancaq fotolardan və televiziya ekranlarından gördüyüm Afrikanı canlı-canlı gördüm. Və daha da sevdim. Daha doğrusu, anladım ki, qiyabi sevgim əbəs deyilmiş və məndəki Afrika stereotipləri nəinki özünü doğrultdu, hətta üstələdi də. Niyəsinə gəlincə isə, əsas səbəb, əlbəttə ki, vəhşi təbiətə olan sevgimdir. Oradakı canlılardır. Onları yaşadıqları təbii mühitdə görmək, yaxından izləmək, fotolarını həkk etmək - bu mənim üçün ən böyük xoşbəxtlik idi.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏDiqqətimi bir məqam da çəkdi ki, siz fotoları paylaşarkən geniş məlumatlar da yazırsınız…

Əvvəl ancaq foto və kiçik başlıqla kifayətlənirdim. Amma sonradan çəkdiklərim barədə özüm də araşdırıb bir çox məlumatlarla ilk dəfə tanış olurdum. Düşündüm ki, bu məlumatları izləyicilərlə bölüşməsəm mən tərəfdən eqoistlik olar. Anlaşılan tərzdə, yumor qatqılı olur yazdıqlarım ki, onlarla tanış olanlar bir o qədər də yorulmasınlar.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏVəhşi heyvanları çəkərkən nə kimi çətinlik yaşadınız?

Heç bir çətinlik yaşanmır. Yetər ki, müəyyən tələblərə və qaydalara riayət edəsən. Müəyyən çətinliklər ara-sıra yer alsa da, bunu çətinlik kimi yox, labüd bir hal kimi qəbul etməyə alışmışam. Çünki bura Afrikadır.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏİlk dəfə foto çəklişlərini səyahət etdiyiniz hansı ölkədə çəkmisiniz?

İlk üçlük Estoniya, Hindistan və İsrail olub.

Sonuncu səyahətiniz Tibetə oldu. Bu barədə təsüratlarınızı danışardınız. Daha çox diqqətinizi nə çəkdi?

Oranın hər bir saniyəsi diqqətimi çəkirdi. Afrika ilə yanaşı Tibet də mənim xəyallarımın məkanı idi. Əslində Qərbi Tibet əvəzinə Keniyaya səyahət planlaşdırırdım. Lakin ən son anda Tibetə çox sərfəli və maraqlı tur imkanı ilə rastlaşdım. Afrika da keçsin günahımdan, onu həmin an Himalay dağlarının ətəyi ilə əvəz etdim.
Xəyallarımdakı Tibetlə realdakı üst-üstə düşdü. Məkan, insanları, adətləri - hər şey möhtəşəm idi.

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏOrada çəkdiyiniz fotoların digərlərindən fərqi nədir?

Hər məkanın fotosu bir-birindən fərqli olur. Hətta savannadakı eyni ərazi də yarım saatdan sonra tam başqa fərqliliklə görünə bilər. Tibet isə bir başqa aləmdir. Bənzərsizdir.

Gedib fotolar çəkmək istədiyiniz, lakin gedə bilmədiyiniz elə bir yer var?

Var, təbii. Danimarkanın Qrenlandiya adası, məsələn. ABŞ-n Alyaska ştatı. Amma dəfələrlə getdiyim və inşallah, hələ də gedəcəyim yer Afrikadır.

Növbəti fotoları hansı ölkədə çəkməyi planlayırsınız?

Planlar gözə gəlməsə - Namibiya və ya Keniya.

Lamiyə Məmmədova

"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ"Vəhşi təbiətə olan sevgim məni Afrika cəngəlliklərinə apardı"-Məşhur fotoqrafla MÜSAHİBƏ


BiG.Az Telegramda izləyin instagramda izləyin
Müsahibə   Baxılıb: 3720   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"BİG GROUP"un rəhbəri Emil Əkbərovla SƏMİMİ MÜSAHİBƏ

Həyat hər bir insana uğur qapılarına doğru yollar göstərir, lakin bir çoxları o yolları çətin bilib, daha rahat yolun ardınca qaçır, sonda isə uğursuzluğun səbəbini başqalarında axtarmağa başlayır, daim kimisə nədəsə günahlandırırlar. Halbuki insan həyatının bütün məsuliyyətini öz üzərinə götürüb va

08.07.2020 1152
.

Azərbaycanlı jurnalist Türkiyədə veriliş aparıcısı oldu

Tanınmış jurnalist, yazar Şəhla Aslan Türkiyənin "KonTV" televiziya kanalında yeni yayımlanmağa başlayan "Dünya gözünde Türkiye" adlı verilişdə aparıcılıq etməyə başlayıb. Proqramda Türkiyədə yaşayan xarici vətəndaşların Türkiyəyə dair fikirlərinin müzakirə olunması nəzərdə tutulub

28.01.2020 3795
.

Gülbahar Şükürlünün VƏZİYYƏTİ PİSLƏŞDİ - Heç kimi tanımır

Əməkdar artist Gülbahar Şükürlünün vəziyyəti daha da pisləşib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, ailə üzvləri bir neçə gün bundan əvvəl başında onkoloji şiş tapılan qarmon ifaçısının nitqini itirməyə başladığını deyib. "Vəziyyətini stabil saxlaya bilmirik. Xəstəxanaya getmir. Qusmalar

14.09.2020 5898
.

"Birinci qadınımın həzzini düşünüb yatağa girəcəm..."- Həkim - psixoterapevtdən ŞOK AÇIQLAMA

Həkim- psixoterapevt Əli Nağıyev -ın suallarını cavablandırıb. Psixologiya ilə Psixoterapiya arasında fərq nədir?. - Psixologiya geniş bir elm sayılır. Biri var riyaziyyat, biri də var tətbiqi riyaziyyat, bunun fonunda deyə bilirik ki, biri var psixologiya elmi, biri də var bu elmin içindən çıxan v

21.10.2019 5134
.

Azərbaycanlı model hovuzda istirahət görüntülərini yaydı - VİDEO

"Best fashion model 2017" və "Miss Europe 2018" gözəllik yarışlarının qalibi, gözəlliyi və cazibədarlığı ilə əks cinsin nümayəndələrini valeh edən Samirə Ağayeva istirahət görüntülərini yayıb. xəbər verir ki, o, görüntülərini "Instagram" hesabında paylaşıb. Bikinidə ola

07.07.2020 4695
.

"Küçə musiqiçisinə qız vermərəm"- Küçə musiqisi ilə məşğul olan Sərxan Əzizlə MÜSAHİBƏ

Hər bir ölkədə olduğu kimi son illər Azərbaycanda da küçə musiqisi inkişaf etməkdədir. Lakin bu sənətin inkişafına mane olanlar, dırnaqarası yanaşanlar var. Bu məqamda bir məsələni nəzərə almalıyıq ki, şəhərə gəzinti üçün çıxanda, yaxud da işdən yorğun evə qayıdanda qulağımıza gələn o həzin musiqi ruhumuz

25.01.2020 3632
.

"Onun gözüyaşlı geri qayıtmağı gözlərimin önündən heç vaxt getməyəcək" - MƏTBUAT KATİBİ İLƏ SƏMİMİ MÜSAHİBƏ

Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinin rəhbəri Səmayə Məmmədova -ın sualların cavablandırıb. -Səmayə xanım, sizə adətən təmsil etdiyiniz qurumun fəaliyyəti ilə bağlı sullar ünvanlayırlar. İstərdik ki, bu dəfə fərqlilik olsun. Bilirsiniz, artıq 2019-2020-ci il tədris ili başlayıb. İstərdik ki

09.10.2019 4296
.

Rəqqasə Renka əməliyyat olundu

Tanınmış rəqqasə Rəna Ağamuradovadan xəbər var. xəbər verir ki, rəqqasə əməliyyat olunub. O nədən əməliyyat olunduğunu gizli saxlamağa çalışsa da, bir neçə gün öncə ginekoloqun reklamını etməsi diqqətdən qaçmayıb

16.03.2020 6287
.

"Hamımız hamilə olmalıyıq"

Əməkdar artist Elza Seyidcahan deputatlığa namizədliyindən bəhs edib. Axşam.az xəbər verir ki, "Hər şey daxil" verilişində qonaq olan müğənniyə aparıcı-prodüser Tarix Əliyev (Tolik) bunla bağlı suallar ünvanlayıb. Tolik bildirib ki, Seyidcahan artıq 500-dən çox imza toplayıb. Elza məsələ il

08.01.2020 2998