Balıq yağı və ürək sağlamlığı

Balıq yağı və ürək sağlamlığıHarvard Tibb Məktəbi balıq yağı ilə ürək xəstəlikləri arasındakı əlaqəyə dair məqalə dərc edib. Dərc olunan məqaləyə əsasən, təqribən iyirmi il müddətində Amerika Kordioloji Assosiasiyası (AHA) ürəyin işemik xəstəliyi olan xəstələrə ürək tutmasının qarşısını almaq üçün Omeqa-3 yağ turşularını (balıq və balıq yağında olan yağ turşularının növləri) istehlak etməyi tövsiyə edib.

Bu tövsiyə balıq yağı əlavəsinin ürək xəstəliyi diaqnozu qoyulmuş insanlarda insult, ürək tutması və ölüm hallarının daha aşağı tezliyi ilə əlaqəli olduğunu göstərən tədqiqatlara əsaslanıb. Digər tərəfdən, balıq yağı əlavələrinin ilk ürək tutması və ya insultun qarşısını almağa təsiri (ilkin profilaktika) heç vaxt açıq şəkildə nümayiş etdirilməyib.

Bu yaxınlarda balıq yağı və ürək sağlamlığı arasındakı mürəkkəb əlaqələri araşdırmaq üçün böyük təcrübələr keçirildi.

Nəticələr mübahisəli və bir qədər çaşdırıcı oldu. Bu isə xəstələri olduğu kimi, həkimləri də düşünməyə məcbur edir:

Balıq yağı olan əlavələr ürək xəstəlikləri riskini azaldırmı?

Balıq yağı ilə ürək sağlamlığı arasında hansı əlaqə var?

Balıq yağında olan Omeqa-3 yağ turşuları ürək sağlamlığını necə təmin edə bilər?

Heyvanlar üzərində aparılan təcrübələr qoruyucu aspektlərin bir çoxunu təsdiqlədi. Bu qoruyucu mexanizmlərinə daxildir:

- ürək və ətrafında qan axınının sabitləşməsi

- qanda triqliseridlərin səviyyəsinin azalması

- arterial təzyiqin azalması

- qan laxtalanmasınını qarşısının alınması

- iltihabın azalması.

Bütün bəndlərin öyrənilməsinə dair araşdırmalar davam edir.

Çoxsaylı araşdırmalar və fərqli nəticələr.

Heyvanlar üzərində əldə olunan bu məlumatlarına baxmayaraq, insan üzərində aparılan klinik tədqiqatlar heç də həmişə balıq yağı əlavələrinin qoruyucu faydalarını təsdiqləmir.

"JAMA Cardiology" ürək-damar xəstəliyi riski yüksək olan insanlarda ürək tutması və insult kimi ürək-damar xəstəliklərinin (ürək-damar xəstəlikləri) profilaktikasında balıq yağı əlavələrinin aşkar faydalarını müəyyən etməyən bir meta-analiz dərc edib.

Bunun ardınca hər ikisi qarışıq nəticələr verən ASCEND və VITAL tədqiqatlarının yayımlanması gəldi.

Aşkar edilmiş ürəyin işemik xəstəliyi olmayan diabet xəstələrini müayinə edən ASCEND tədqiqatının nəticəsi balıq yağı əlavələrinin infarkt və ya insultu azaltmadığını, lakin infarkt və insultdan ölüm riskini əhəmiyyətli dərəcədə azaltdığını göstərib.

VİTAL tədqiqatının nəticəsi mütəmadi ürək-damar xəstəliyi riski olan insanlarda balıq yağının ilkin profilaktikaya təsirini göstərdi, nəticədə, bütün əsas ürək-damar hadisələrində ciddi azalmanın olmadığı aşkarlandı.

Bununla yanaşı, balıq yağı əlavəsi qəbul edən tədqiqat subyektlərində, xüsusən balıq yeməyən şəxslərdə ürək tutması sayı azalıb.

REDUCE-IT tədqiqatının nəticəsi yüksək dozada balıq yağı əlavəsinin qanında triqliseridlərin səviyyəsinin yüksək olduğu ürək-damar xəstəliyi riski artan insanlara təsirini göstərdi. Əvvəlki sınaqlardan fərqli olaraq, REDUCE-İT yüksək dozada balıq yağı əlavəsi qəbul edən tədqiqat subyektləri arasında ürək-damar hadisələrinin əhəmiyyətli dərəcədə azaldığını müəyyən etdi.

Əksər araşdırmalar 1 qram və ya daha az balıq yağının eikosapentaenoik turşusu (EPA) və dokozaheksaenoiklə (DHA) kombinasiya ilə aparıldığı halda, REDUCE-IT yalnız 4 qram EPA dozasından istifadə edib. (REDUCE-IT-də istifadə olunan EPA balıq yağı əlavəsinin resept versiyası olan "Vascepa", FDA tərəfindən 500 mq / dl və ya daha artıq olan çox yüksək trigliseridlər səviyyəsinin müalicəsi üçün təsdiq edilib.

2019-cu ilin noyabrında FDA "Vascepa" ilə bağlı öz təsdiqini genişləndirdi, hansı ki, ürək tutması və insult kimi ürək-damar hadisələri riskini azalatmaq üçün də yazıla bilər.)

2019-cu ilin oktyabrında Amerika Kardioloji Assosiasiyasının jurnalında ilkin 10 tədqiqat əvəzinə bu dəfə 13 tədqiqatın daxil olduğu təkrar "JAMA Cardiology" meta-analizinin nəticələri dərc olundu.

Bu üç tədqiqatın əlavə edilməsi tədqiqatın ölçüsünü 77 917 iştirakçıdan 127 477 iştirakçıya qədər demək olar ki, 65% artırdı. Genişləndirilmiş məlumatları yenidən təhlil edən tədqiqatçılar Omega-3 balıq yağı ilə əlavələrin ürək tutması və ürəyin işemik xəstəliyindən ölüm riskini azaltdığını müəyyən etdilər. Burada insulta heç bir təsir olmayıb. Maraqlıdır ki, riskin azalması, görünür, omeqa-3-ün dozası ilə birbaşa bağlıdır. Başqa sözlə doza nə qədər arıtqdırsa risk o qədər azalır.

Bu bizim üçün nə anlama gəlir?

Balıq yağından Omeqa-3 əlavəsi ürək üçün faydalıdır və ürəyin işemik xəstəliyinə qoruyucu təsir göstərir. Ancaq biz əlavələr axtarmağa başlamazdan əvvəl bəlkə də ürək üçün AHA tövsiyələrinə uyğun olaraq balıq kimi pəhriz zülalı, təzə meyvə və tərəvəzlərlə dolu sağlam pəhrizə əməl etmək gərəkdir. Ən çox riskə məruz qalanlar, xüsusən trigliseridlərin səviyyəsi yüksək olanlar həkimlə yüksək dozada EPA ilə balıq yağı əlavələri barədə danışmalıdır. (Oxu.az)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Sağlamlıq   Baxılıb: 992   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

ŞOK ARAŞDIRMA: Koronavirus xəstəlikdən bir neçə ay sonra BU ORQANA KEÇİR

"Koronavirus xəstəlikdən bir neçə ay sonra da bağırsaq divarlarından alınan nümunələrdə aşkar edilə bilər". Bu barədə Rospotrebnadzor Mərkəzi Tədqiqat Epidemiologiya İnstitutunun klinik və analitik işlər üzrə direktor müavini Natalya Pşeniçnaya TASS-a məlumat verib. O qeyd edib ki, bəzi xəstələrd

29.08.2021 1543
.

Əncirlə süd - 10 dərdə dərmandır

İnsan orqanizminə ən faydalı qidalar sırasında süd, bal, yumurta, əncir və s. bir çox qida məhsullarının adını çəkə bilərik. Ayrı-ayrılıqda onların hər biri insan orqanizmini lazımı vitaminlərlə təmin edir. Bəs siz südlü əncirin inanılmaz faydalarını bilirdinizmi?. xəbər verir ki, əncirin insan sağlamlığın

10.08.2021 2433
.

Həkim Delta ştamına qarşı ƏN EFFEKTİV üsulu AÇIQLADI

Delta ştamına qarşı ən təsirli üsul 2 doza "Sinovac"la 1 doza "Pfizer"in qarışığıdır. Bunu yoluxucu xəstəliklər üzrə mütəxəssis Bülənt Ərtoğrul deyib. O bildirib ki, bu nəticəyə mövcud elmi məlumatlar əsasında gəlnib: "2 dozada "Pfizer"in effektivliyi bir qədər aşağı

22.08.2021 1318
.

Sağlam üz dərisi üçün 8 "qızıl" QAYDA

Üz dərisini təmiz, sağlam və parlaq etmək üçün əmək verməli, xüsusi olaraq qulluq göstərmək lazımdır. BİG.AZ -a istinadən üz dərsini təmiz edən 8 qızıl qaydanı təqdim edir:. 1 - Günəş qoruyucu kremi evdən çıxmazdan əvvəl çəkin. Günəş kremi günəş yanığı, dəri xərçəngi və erkən qocalmağa qarşı dərini qoruyur

17.08.2021 1695
.

Koronavirusa qarşı 7 peyvənd vurdurdu

Kolumbiyanın qərbindəki Kali şəhərində bir kişiyə yeddi dəfə koronavirus əleyhinə peyvənd vurulub. -a istinadla xəbər verir ki, kolumbiyalı fərqli peyvəndləmə mərkəzlərində peyvəndləndiyi üçün dərhal aşkar edilə bilməyib. Şəhərin səhiyyə naziri Mierlandi Torres, kişinin yaşının 60-dan yuxarı olduğun

26.08.2021 986
.

Sinənizdəki ağrı 20 dəqiqədən çox davam edərsə... - EHTİYATLI OLUN

İnfarkt ürəyi qidalandıran damarların ani tıxanması nəticəsində yaranan və ölümlə nəticələnən ciddi bir təhlükədir. Bəs bu problem özünü hansı əlamətlərlə göstərir? Hansı hallar infarkt riskini artırır? . -a istinadən türkiyəli kardioloq Refik Erdimin bununla bağlı fikirlərini təqdim edir. Soyuq və küləkl

24.08.2021 1827
.

Bu qidalar yaddaş itkisinə səbəb olur - Araşdırma

Yağlı və şəkərli qidalar beyin hüceyrələrinə ciddi ziyan vurur. Bu qidalar yaddaş itkisinə və düşünmə qabiliyyətində zəifliyə səbəb olur. -a istinadən xəbər verir ki, mütəxəssislər bu barədə xüsusi xəbərdarlıq ediblər. Qidalanmanın sağlam olmaması birbaşa nevroloji təsirlərlə də özünü göstərir. Beyi

23.08.2021 1483
.

Yayda qripdən qorunmaq üçün həkim MƏSLƏHƏTİ

Payız-qış və yaz-yay aylarında insanlar tez-tez qripə yoluxurlar. BİG.AZ bildirir ki, -a açıqlama verən həkim-terapevt Şücaət Həşimov bildirir ki, qripə yoluxmaq təhlükəlidir. "Yaz-yay aylarında vitaminli meyvələr tam yetişmədiyinə görə orqanizmin ressusu aşağı düşür. Bu zaman orqanizmdə vitami

29.08.2021 879
.

COVID-19-u öldürən maska

Meksika Milli Muxtar Universitetinin tədqiqatçıları, COVID-19-a səbəb olan SARS-CoV-2 virusunu zərərsizləşdirə bilən unikal SakCu qoruyucu maska ​​hazırlayıblar. -ın -a istinadla verdiyi xəbərə görə, o, gümüş və misdən ibarət üç nano qatdan ibarətdir. Yaradıcıların fikrincə, gümüş və misdən ibarət bi

31.08.2021 1798