Nərminin ev istəyən anası

Nərminin ev istəyən anasıArmud ağacımızda qaratoyuq yuvası vardı. Meyvəni bəhanə eləyib arabir başımı yuvaya salır, sarı dimdiklərini Allaha açan 3 ətcə balanı ziyarət edirdim. Günlərin biri sağsağan balaların üçünü də apardı... Ana qayıtdı, yuvanı ələk-vələk elədi, qıyya çəkdi və bir daha o yuvanın yanına gəlmədi...

Nərminin ölümündən sonra dostlarımız arasında halı dəyişən, səhhəti pisləşənlər oldu. Yüzlərlə kilometr bu yanda, paytaxtda kimlərinsə qapısına təcili yardım maşını gəldi. Kiminin gözünün qarşısına öz balası gəldi, kimi birbaşa yanıb-töküldü, kimi də balası gözünün qabağında yandırılan anaya üzüldü.
Dəfn zamanı nənəsinin üzünü cırması, fəryad qoparması hər kəsin diqqətini çəkmişdi. Həmin günlərdə də ananın nənəyə nisbətən soyuqqanlı görünməsi sosial şəbəkədə danışıldı. Amma ürəklərə bələd deyilik, adam var içinə "ağladıqları" yaşa dönsə, yüz göz çatdırmaz.

Ananın ev üçün müraciəti isə hər kəsdə soyuq duş effekti yaratdı. Bu insanlığın hansı halıdır? Kamyu, Sartr, axı böyük faciələrdən sonra insan ekzistensial hala düşməli idi; maddi aləmə qarşı bir yarpaq, bir daş kimi vecsiz olmalı idi. Belə hadisələrdən sonra insanın maddiyyatla olan bütün irtibatı kəsilməli, hər şey gözündə mənasızlaşmalı idi. XX əsrdən sonra nələr dəyişdi ki, körpə qızı gözünün qarşısında yandırılan ana daxma hayındadır?!

Ana quşlar yuvaları balaları üçün düzəldir, balaları böyüdəndən sonra yuvasından xəbəri belə olmur. Balasının meyitini qara torpaq belə qəbul etməyib, cinayətin qatili hələ cəzalandırılmayıb. Ana hansı zərurətdən ev, şəhər barədə düşünə bilir?

Suallardan dəhşət yağır...

Ay ana, niyə insanlara imkan vermirsən, halına ürək dolusu acısın?! Axı, dərd bölüşməklə azalırdı. Məhkəmə, hələ ki, cəmiyyətə balanı öldürən adama qatil demək haqqını verməyib, insanların içindəki aqressiya, kədər, göz yaşı ünvanını tapmayıb, sular durulmayıb...

Səni nə dəyişdi? Çıxdığın mənasız verilişlərdə axıdılan timsah göz yaşlarımı? İnsan taleyini hərraca çıxaran efirlərmi?

Ümid edək ki, ana qızının amansızcasına qətlə yetirilməsindən şoka düşüb, hələ də affekt vəziyyətindədir.

Ümid edək ki, o, nə danışdığını bilmir.

Çünki bir ölkədə yeni Kamyu doğulmamış onun qəhrəmanı doğula bilməz.

Sərdar Amin,

Kulis.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4652   Tarix: 17 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb

Hacıqabulda narkokuryerlik edən iki nəfər saxlanılıb. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupu məlumat yayıb. Bildirilib ki, rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə rayon sakinləri Ruslan Həsənov və Elşən Manafov saxlanılıblar. Həmin şəxslərdə

17:00 0
.

Gürcüstanda xarici agentlər haqqında qanuna yenidən baxıla bilər

"Aİ Gürcüstanın ittifaqa daxil olmasına hələ hazır deyil, lakin belə bir zaman yetişərsə, respublika hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa biləcək". Bunu hakim "Gürcü arzusu - Demokratik Gürcüstan" partiyasının sədri, Gürcüstanın keçmiş baş naziri İrakli Qaribaşvil

17:10 0
.

Qaribaşvili: Gürcüstan hakimiyyəti xarici agentlər haqqında qanuna yenidən baxa bilər

Gürcüstan hakimiyyəti ölkənin Avropa İttifaqına qəbul olunacağı təqdirdə xarici agentlər haqqında qanunu ləğv edə və ya ona yenidən baxa bilər. "Report"un yerli bürosu xəbər verir ki, bunu hakim "Gürcü Arzusu" Partiyasının sədri İrakli Qaribaşvili bildirib. "Əgər bizə desələ

15:29 0
.

Moskvada Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyi qeyd olunub

Moskva Dövlət Linqvistika Universitetində (MDLU) Azərbaycan Dili və Ədəbiyyatı Mərkəzinin 15 illiyinə həsr olunmuş təntənəli mərasim keçirilib. "Report"un Rusiya bürosunun məlumatına görə, tədbir MDLU və Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub. Yubile

17:30 0
.

Faktiki hava açıqlandı

Bu gün saat 10:00-a olan məlumata əsasən, ölkə ərazisində hava şəraiti sabit, əsasən yağmursuz keçib. Lakin günün ikinci yarısında bəzi dağlıq ərazilərdə şimşək çaxıb, arabir qısamüddətli leysan xarakterli yağış yağıb. xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb. Bildirili

11:42 163
.

Millət vəkilləri arasında gərgin anlar yaşandı - VİDEO

Milli Məclisin aprelin 19-da keçirilən iclasında deputat Qüdrət Həsənquliyev Hesablama Palatasının açıqladığı rəqəmlərin ölkədə maliyyə intizamı ilə bağlı vəziyyətin acınacaqlı olduğunu göstərdiyini deyib. Milli Məclisin iqtisadiyyat, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili isə bu fikirlərl

19.04.2024 612
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Sabah 30° isti olacaq

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə zəif duman olacaq. Mülayim cənub küləyi əsəcək. Milli Hidrometeorologiya Xidmətinə istinadən xəbər verir ki, havanın temperaturu gecə 13-18 isti, gündüz 23-28 isti olacaq. Atmosfe

13:00 156
.

Ukrayna parlamentinin nümayəndə heyəti Azərbaycana gəlir

Ukrayna Ali Radasının (parlament) sədr müavini Yelena Kondratyukun başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gələcək. "Report"un Şərqi Avropa bürosuna Ali Radadan verilən məlumata görə, nümayəndə heyətinin səfəri 1-3 may aralığında baş tutacaq. Bakıda VI Ümumdünya Mədəniyyətləraras

16:10 0