"Formula 1 Grand Prix" Azərbaycana nə qədər fayda verib?

"Formula 1 Grand Prix" Azərbaycana nə qədər fayda verib?2016-cı ildən etibarən Azərbaycanda keçirilən və dünyanın ən çox izlənən idman növlərdən olan "Formula 1 Grand-prix" həm ölkəmizin tanıdılmasına, həm də iqtisadiyyatın inkişafına töhfə verir.

Belə ki, Formula 1 Qran Prisi Azərbaycanın görməli və tarixi yerlərini, istirahət-kurort imkanlarını, mükəmməl mətbəx və gözəl təbiətini təbliğində, ölkənin xidmət sektorunun inkişafına müsbət təsir göstərir. Qeyd edək ki, son 4 il ərzində Bakıda keçirilən Azərbaycan Qran Prisi ərəfəsində PR kampaniyası çərçivəsində press-relizlər, müsahibələr, şəkil, video və xüsusi tədbirlər vasitəsilə yaradılan xəbərlərin bütünlüklə oxunma və baxılma sayı ümumilikdə 296,3 milyon dollar media dəyəri yaratmışdır. Bundan başqa, turistlərin xərcləmələri, bilet satışları üzrə gəlirlər, F1 işçilərindən əldə edilən ümumi fayda, TV vasitəsilə canlı baxış üzrə əldə edilən dəyər və digər birbaşa yaxud dolayı gəlirlər əsasında iqtisadi fayda artan templə ümumilikdə cəmi 500,8 milyon dollar təşkil etmişdir (Cədvəl 1).

Cədvəl 1. 2016-2019-cu illərdə Azərbaycan Respublikasında keçirilən Formula 1 Azərbaycan Qran Pri yarışının ölkə iqtisadiyyatına təsiri göstəriciləri

"Formula 1 Grand Prix" Azərbaycana nə qədər fayda verib?2016-2019-cu illərdə "F1 Grand Prix"i tədbirinin Azərbaycana ümumi təsiri 797 milyon dollar olub.

Formula 1 bir sıra sahələrdə yeni iş yerləri yaratmaqla yanaşı həm illik, həm də mövsümi məşğulluğu artırır, gənclər üçün məhsuldar təcrübə təmin edir. Belə ki, 5 mindən çox qısa və orta müddətli iş yeri yaratmış, 3000 könüllünün cəlbini təmin etmişdir.

Ümumilikdə, yarım əsrdən artıq müddətdə idman təqvimlərində xüsusi yer tutan Formula 1 yarışına ev sahibliyi etmək mühüm hadisədir. Dünyanın 200-dən çox məntəqəsində canlı yayımla Formula 1 azarkeşləri üçün yayımlanaraq, 635 saatdan çox yayım görüntüləri təmin edir. Ev sahibi bir şəhər, böyük idman və əyləncə tədbirlərinin mərkəzləşdiyi bir yer olaraq, qlobal tamaşaçı kütləsi qarşısında müsbət rəy formalaşdıra bilir.

Eyni zamanda, belə mötəbər tədbirlərin keçirilməsi ölkəmizin tanıdılması ilə yanaşı, həm də turizm sektorunun inkişafına müsbət yöndə təsir edir. Nəticədə 2019-cu ildə Azərbaycan Respublikasına gələn əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 3,2 milyon nəfər olmuşdur. Onların təkcə bank kartları vasitəsilə apardıqları əməliyyatların ümumi dəyərinin 745,7 milyon dollar təşkil edir.

Yer gəlmişkən qeyd edək ki, Formula 1-lə yanaşı müxtəlif beynəlxalq turnirlərin - bədii gimnastika, taekvondo, güləş, boks, karate və olimpiya növlərinə daxil olan digər idman yarışlarının ölkəmizdə keçirilməsi də Azərbaycanı dünya, həm də idman ölkəsi kimi tanıtmışdır. Ölkəmiz beynəlxalq idman yarışlarına ev sahibliyi etməsi gənclərdə bu sahəyə marağı artırmış və nəticədə bir çox idman sahəsinə ölkəmiz uğurlar əldə etmişdir.

Belə ki, 2019-cu ildə keçirilən Dünya və Avropa çempionatları zamanı Azərbaycan idmançıları ümumilikdə 775 medal olmaqla, 271 qızıl, 238 gümüş, 266 bürünc medal qazanmışdırlar. Qeyd olunan beynəlxalq idman turnirində Azərbaycan Ermənistanla müqayisədə 553 çox medal qazanmışdır. Əlavə olaraq, "Minsk 2019" II Avropa Oyunları zamanı Azərbaycan Ermənistanla müqayisədə ümumilikdə 17 daha çox medal qazanmışdır. Güləş üzrə Avropa çempionatı 2019 yarışlarında 4 qızıl, 2 gümüş, 7 bürünc medal olmaqla, Azərbaycan idmançıları bütünlükdə Ermənistan ilə müqayisədə 10 daha çox medala nail olmuşdur. Bədii gimnastika üzrə Dünya çempionatı üzrə isə Azərbaycan 8-ci yerdə qərarlaşsa da, Ermənistan hər hansı bir nəticə əldə etməmişdir.

Nərmin Kazımlı
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin analitiki

Trend.az


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 993   Tarix: 15 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Xidmetler

Oxşar xəbərlər

.

DÇ-2022: Azərbaycan millisi seçmə mərhələdə ilk xalını qazanıb - YENİLƏNİB

Futbol üzrə Azərbaycan millisi 2022-ci i dünya çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. "Report"un məlumatına görə, Canni De Byazinin başçılıq etdiyi kollektiv A qrupundakı 4-cü matçında İrlandiyanın qonağı olub. Dublindəki "Aviva" stadionunda keçirilən qarşılaşm

04.09.2021 1053
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Millimizin keçmiş voleybolçusu toy etdi - FOTOLAR

Azərbaycan millisinin sabiq voleybolçusu Yelena Yakimçuk ailə həyatı qurub. -a istinadən xəbər verir ki, milliləşən legionerin toy mərasimi vətəni Ukraynada baş tutub. Xanım voleybolçu Dmitri Şatovla evlənib. Kiyevdə anadan olan Yelenanın toyu da paytaxtda gerçəkləşib. Cütlük şad gününü Kiyev vilayətind

24.08.2021 1745
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Hacı Əliyev əməliyyat olunacaq

Sərbəst güləş üzrə ikiqat Olimpiya mükafatçımız, üçqat dünya və üçqat Avropa çempionumuz Hacı Əliyev oktyabrda Norveçin paytaxtı Osloda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. -ın xəbərinə görə, məşhur idmançımız gözündə yaranan problemə görə əməliyyat olunacaq. Qeyd edək ki, əməliyyat sentyabrd

30.08.2021 1023
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Futbolda BU DA OLDU: Baş məşqçi...

Avropa Liqasına düşən klubun baş məşqçisi jurnalistlərin qarşısına paltarsız çıxdı. Belçikanın "Antverpen" klubunun baş məşqçisi Brayan Priske Pedersen Avropa Liqasının qrup mərhələsinə düşdükdən sonra jurnalistlərin yanına paltarsız gəlib. -ın -a istinadla verdiyi xəbərə görə, mütəxəssis mətbua

27.08.2021 1769