Tarzən Humay Qədimovanın avtomobili qarət olunub

Tarzən Humay Qədimovanın avtomobili qarət olunub

Bakıda tanınmış tarzən Humay Qədimovanın avtomobili qarət olunub.

Axşam.az xəbər verir ki, bu barədə “Report”a H.Qədimovanın özü məlumat verib.

Onun sözlərinə görə, hadisə yanvarın 12-də saat 12:15 radələrində, paytaxın Səbail rayonun Teymur Elçin küçəsində qeydə alınıb:

“İdarə etdiyim maşınımı Teleteatrın qarşında yerləşən ərazidə park etdim. Saat 15:40 radələrində avtomobilimə yaxınlaşan zaman isə maşınımın içərisindəki əşyalarımın oğurlandığını gördüm. Sonra Daxili İşlər Nazirliyinin “102” Zəng Mərkəzinə müraciət elədim. Qardaşımla birgə Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsində ərizə yazdım. Hələ də həmin şəxs və ya şəxslər saxlanılmayıb”.

H.Qədimova bildirib ki, bununla bağlı Daxili İşlər Nazirliyinin rəhbərliyinə müraciət edib:

“Müraciətimdə görüntülərin mənə təqdim edilməsini və cinayətkarın tezliklə tapılmasını xahiş edirəm”.

Tarzən ona dəymiş maddi ziyanı açıqlamaqdan imtina edib:

“Bu barədə istəmirəm ki, məlumat verəm. Mənə az miqdarda ziyan dəysəydi, heç bu qədər tələb etməzdim”.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 807 Tarix: 14.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Fuad11
Fuad11 14.01.2020
https://h2h.az

Hand2Hand

Pulsuz elanlar saytı

Hər vaxtınız xeyir, yuxarıdakı linki kopyalayın brauzerdə açın və limitsiz sayda elanlarlar yerləşdirin! Təşəkkürlər
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər