"Boşluq yaranan kimi gənc müğənnilər o boşluğu doldururlar"- Elçin Cəfərovdan AÇIQLAMA

"Boşluq yaranan kimi gənc müğənnilər o boşluğu doldururlar"- Elçin Cəfərovdan AÇIQLAMA

"Efirdən uzaqlaşmağımın bir çox səbəbləri var".

Bunu tanınmış müğənni Elçin Cəfərov BiG.AZ-a açıqlamasında deyib. O, bildirib ki, ailə qurması və övladının dünyaya gəlməsi də əsas səbəblərdən biridir:

"Düzdür, mən çalışıram ki, həm ailəmə, həm də sənətimə vaxt ayırım. Efirlərdən uzaq qalmağıma, uzun müddətdir görünməməyimə səbəblərdən biri də televiziyanın "Youtub"a, "İnstaqram"a bölünməsidir. Hər kəs etdiyi işi sosial şəbəkələr üzərindən paylaşır. Efirlərə bir o qədər ehtiyac da qalmır. Bundan əlavə, gənc müğənnilərin də sayı çoxalıb. Boşluq yaranan kimi onlar da həmin boşluğu doldururlar. Düzdür, şükür Allaha ki, istedadımız var. Nə qədər çətin olsa da, istedadlı adamlar bir yolunu tapıb yenidən üzə çıxırlar".

Müğənni efirdə olmadığı müddətdə pərəstişkarlarının da azalmasından gileylənib:

"Elə ki, efirlərdə görünmürsən, izləyicilərinin, pərəstişkarlarının da sayı azalır. Amma elə pərəstişkarlar da var ki, sən heç nə oxumasan da onlar hər zaman səni axtarır, izləyir. Varlığın onlara yetir".

Lamiyə Məmmədova

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 415 Tarix: 14.01.2020
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər