İran etiraf etdi: Tәyyarәni sәhvәn vurmuşuq

İran etiraf etdi: Tәyyarәni sәhvәn vurmuşuqİranın Tehran vilayәtinin Parand şәhәri yaxınlığında yanvarın 8-də qәzaya uğrayan Ukraynaya mәxsus tәyyarә sәhvәn vurulub.

Trend-in məlumatına görə, bu barədə İran Silahlı Qüvvәlәrinin Baş Qәrargahının bәyanatında bildirilir.

Bәyanatda qeyd edilir ki, İranın İraqda ABŞ hәrbi bazasına hücum vaxtı vә sonrakı saatlarda ABŞ hәrbi tәyyarәlәrinin uçuşları artıb. İranın havadan müdafiә sistemi İmam Xomeyni hava limanından havaya qalxan tәyyarәnin qәfil dönüş etmәsini İran İslam İnqilabı Keşikçilәr Korpusunun hәssas mәkanlarına hücum kimi qiymәtlәndirib.

Bәyanatda o da vurğulanır ki, İran Silahlı Qüvvәlәri Baş Qәrargahı baş verәn hadisә ilә әlaqәdar İran və vətəndaşları həlak olan ölkələrin xalqından üzr istәyir.

İranın adıçәkilәn orqanı әsas günahkar barədə Silahlı Qüvvәlәrin Baş Qәrargahının әdliyyә orqanına məlumat veriləcəyini vә qanuni çәrçivәdә addımın atılacağını elan edib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1091   Tarix: 11 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş