Könül Nurullayevanın seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib

Könül Nurullayevanın seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilibBu gün 24 saylı Nizami birinci seçki dairəsindən bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə deputatlığa namizədliyi irəli sürülmüş Nurullayeva Könül Oruc qızının aktiv seçki kampaniyasının aparılması ilə əlaqədar olaraq seçki qərargahının yaradılması və təşkilati işlərlə bağlı iclas keçirilib.

"Report" xəbər verir ki, tədbirdə tanınmış ictimai-siyasi xadimlər, ağsaqqallar, veteranlar, şəhid ailələri, Nizami rayon sakinləri, ziyalılar və digər şəxslər iştirak ediblər.

Tədbirdə 24 saylı Nizami birinci seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülmüş Könül Nurullayeva qonaqları salamlayıb, onlara göstərdikləri dəstəyə görə təşəkkürünü bildirib. O qeyd edib ki, bu ilin fevralın 9-da Milli Məclisə seçkilərdə iştirak etmək üçün öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.

Daha sonra çıxış edən seçki qərargahının rəhbəri Sabit Mahmudov əvvəlcə Könül Nurullayevaya uğurlar arzulayıb. O qeyd edib ki, K.Nurullayevanın aktiv seçki kampaniyası uğurla həyata keçirilir. Belə ki, K.Nurullayevanın imzatoplama kampaniyası çərçivəsində könüllülər ona böyük dəstək göstəriblər. Onların dəstəyi ilə lazım olan imzalar 24 saylı Nizami birinci seçki dairəsindən toplanaraq dairə seçki komissiyasına təqdim edilib. S.Mahmudov bildirib ki, seçki qərargahının yaradılmasında əsas məqsəd qanunvericiliyə uyğun olaraq yanvarın 17-dən etibarən aktiv seçki və təbliğat-təşviqat kampaniyasının aparılmasıdır.
Könül Nurullayevanın seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilibNizami rayon Ağsaqqallar Şurasının sədri Mayıl Əliyev də tədbirdə çıxış edib. O, K.Nurullayevanın namizədliyini dəstəklədiyini və onun millət vəkili üçün gərəkli olan kriteriyalara cavab verdiyini bildirib. Mayıl Əliyev K.Nurullayevaya uğurlar arzulayıb.

Daha sonra tədbirdə iştirak edən Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid ailələri İctimai Birliyinin Nizami rayon filialının sədri Məhi Mehdiyev, Azərbaycan Rus İcması Nizami rayon təşkilatının sədri, Milli Qəhrəman Yuri Kovolyovun qardaşı Vitaliy Kovolyov və digər tanınmış şəxslər çıxış edərək, namizədə uğurlar arzulayıblar, onun parlamentdə təmsil olunmasının xalqa faydalı olacağını bildiriblər.

Qeyd edək ki, Nurullayeva Könül Oruc qızı 1985-ci il dekabrın 1-də Bakı şəhərində anadan olub. 2003-cü ildə Azərbaycan Respublikasının Dillər Universitetinin Beynəlxalq Əlaqələr fakultəsinə daxil olub, 2008-ci ildə həmin universiteti qırmızı diplomla bitirib. "Bakı 2015" Avropa Oyunlarının Əməliyyat Komitəsinin xüsüsi məsləhətçisi və Direktorlar şurasının üzvü olmaqla 56 medal qazanaraq 2-ci yerdə qərarlaşan Azərbaycan nümayəndə heyətinə rəhbərlik edib. 2013-cü ildə isə Dillər Universitetində magistir pilləsini bitirib. Hazırda Tarix İnstitunda fəlsəfə elmləri namizədliyi üzərində çalışır. 2019-cu ilin sentyabr ayından isə İsveçrənin Biznes Kollecində magistr pilləsi üzrə distansion təhsil alır. Ailəlidir, 1 övladı var.

Könül Nurullayevanın seçki qərargahının yaradılması ilə bağlı iclas keçirilib


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 996   Tarix: 07 yanvar 2020  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Turlar.az

Oxşar xəbərlər

.

Arvadına 22 bıçaq zərbəsi vuran kişi HƏBSDƏ ÖLDÜ

Azərbaycanda daha bir məhkum həbsdə ölüb. -ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb. Orada cəza çəkən məhkum Qaçay Şahməmmədov dünyasını dəyişib. Onun xəstəlikdən öldüyü bildirilir. Qeyd edək ki, Qaçay Şahməmmədov 2022-ci ildə arvadını öldürməkd

19.04.2024 385
.

Paşinyan Almaniyanın KfW Bankının nümayəndə heyətini qəbul edib

Ermənistanın Baş naziri Nikol Paşinyan Almaniya İnkişaf Bankının (KfW) nümayəndə heyətini qəbul edib. xəbər verir ki, müzakirələr bankın iştirakı ilə Ermənistanda yeni enerji sektoru layihələrinin potensial reallaşdırılması ətrafında gedib. Paşinyan Ermənistan və Almaniya arasında əməkdaşlığın davaml

19.04.2024 196
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

İşi məhkəmədə olan klinikadan daha bir şikayət - Pasiyentin burnu çirk edib (FOTO+VİDEO)

"Laser Beauty Clinic" barəsində daha bir şikayət daxil olub. "Unikal"a müraciət edən pasiyent Gülya Məmmədova iddia edir ki, "Laser Beauty Clinic"də kosmetoloq Rəna Soltanova ona burun dolğusu etdikdən sonra burnu çirk etməyə başlayıb. Burun dolğusu üçün 350 manat pul ödədiyin

10:11 545
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib

Ermənistan-Azərbaycan sərhədinin delimitasiyası üzrə komissiyanın növbəti iclası keçirilib. APA xəbər verir ki, iclasda Azərbaycanı komissiyanın həmsədri Şahin Mustafayev, Ermənistanı isə Mqer Qriqoryan təmsil edib

19.04.2024 199
.

Azərbaycan və Ermənistan delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər

Azərbaycan və Ermənistan anklav və eksklav məsələləri üzrə delimitasiya prosesini davam etdirmək barədə razılığa gəliblər. AZƏRTAC xəbər verir ki, bu barədə aprelin 19-da keçirilən Azərbaycan ilə Ermənistan arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyası və Ermənistan ilə Azərbayca

19.04.2024 225
.

Yağış yağacaq, dolu düşəcək - Xəbərdarlıq

Azərbaycanın rayonlarında aprelin 20-də gündüz bəzi dağlıq və dağətəyi rayonlarda hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, ayrı-ayrı yerlərdə yağıntıların qısamüddətə intensivləşəcəyi, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var

19.04.2024 654
.

Ermənistan ordusu Qazaxın dörd kəndindən çıxarılır - VİDEO

Ermənistan öz silahlı qüvvələrini Azərbaycanın Bağanıs-Ayrum, Xeyrımlı, Aşağı Əskipara və Qızılqacılı kəndlərindən çıxarır. Məlumata görə, kəndlərin Azərbaycana qaytarılmasından sonra Ermənistan sərhəddəki hərbçilərini sərhədçilərlə əvəz edəcək. Xatırladaq ki, bu gün Azərbaycan dövlət sərhədinin delimitasiyas

19.04.2024 470