Güləş millilərimiz 2019-cu ildə nə qədər medal qazanıb? - HESABAT

Güləş millilərimiz 2019-cu ildə nə qədər medal qazanıb? - HESABATDaha bir ili başa vururuq. Artıq 2019-cu ilin son akkordlarını yaşayırıq. Bəs bu il güləşdə hansı nəticələrlə əlamətdar oldu?

BiG.AZ Oxu.Az-a istinadən ənənəyə uyğun olaraq, ilin yekun hesabatını diqqətinizə çatdırır.

Böyüklər

2019-un ilk yarısı böyüklər üçün yetərincə uğurlu keçdi. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən Avropa çempionatında pəhləvanlarımızın qazancı beş qızıl, bir gümüş və yeddi bürünc medal oldu. Belarusda baş tutan II Avropa Oyunlarında da güləşimiz öz çəkisini ortaya qoydu. Komandamız Minskdən dörd qızıl, iki gümüş və yeddi bürünc medalla qayıtdı. Sözsüz, əsas hədəf lisenziya xarakterli dünya çempionatı sayılırdı. Məqsəd Qazaxıstanda Olimpiadaya mümkün qədər çox vəsiqə qazanmaq idi. Etiraf edək ki, Nur-Sultanda bu mənada gözlənilən nəticə olmadı. Ümumilikdə iki lisenziya əldə edildi. Ancaq medalların sayına və əyarına görə cari olimpiya tsiklinin rekordu qeydə alındı. Belə ki, bir "qızıl", üç "gümüş" və iki "bürünc" 2015-ci ildən bu yana mundiallarda qazanılan ən yüksək nəticə idi. Güləşçilərimiz Hərbçilərin Dünya Oyunlarında iki gümüş, bir bürünc, Dünya Çimərlik Oyunlarında isə iki gümüş medala sevindi. Digər beynəlxalq yarışlarda 15 qızıl, 26 gümüş, 27 bürünc medal hesabımıza yazıldı. Beləliklə, böyüklərdə il ərzində 25 "qızıl", 36 "gümüş" və 44 "bürünc" əldə edildi.

U-23

Gənclərdən böyüklərə keçid yaş qrupunda ilk yarış Serbiyada baş tutdu. Novi Sadda keçirilən Avropa çempionatında əldə olunan dörd bürünc medal uğurlu nəticə sayılmasa da, Macarıstanın paytaxtı Budapeştdə təşkil olunan dünya çempionatında əldə edilən bir "qızıl", üç "gümüş" və üç "bürünc"ü nailiyyətlər sırasına əlavə etmək lazımdır. Digər beynəlxalq yarışlarda üç qızıl, beş gümüş və doqquz bürünc medal qazanıldı. Ümumilikdə 23 yaşadək güləşçilərin yarışlarında üç qızıl, beş gümüş və on bürünc medal hesabımıza yazıldı.

Gənclər

İspaniyanın Pontevedra şəhərində baş tutan Avropa çempionatında gənc güləşçilərimiz iki qızıl, iki gümüş və iki bürünc medalla yadda qaldı. Estoniyanın paytaxtı Tallində keçirilən dünya çempionatında isə altı pəhləvanımız fəxri kürsüyə qalxdı. Onlardan ikisi gümüş, dördü bürünc medalı boynundan asdı. Digər beynəlxalq yarışlara gəlincə, qazanılan 15 medaldan üçü qızıl, beşi gümüş, doqquzu isə bürünc oldu. Ümumilikdə bu yaş qrupunda il ərzində beş qızıl, doqquz gümüş və 15 bürünc medal qazanıldı.

Yeniyetmələr

Bu yaş qrupu üçün 2019 xüsusən yaddaqalan oldu. Yeniyetmə güləşçilərimiz ən mühüm yarışlarda ümidləri artıqlamasıyla doğrultdu. İtaliyanın Faentsa şəhərində keçirilən Avropa çempionatında dörd dəfə himnimiz səsləndi. Üç yeniyetmə pəhləvanımız qitə ikincisi oldusa, səkkiz yığma üzvü üçüncü yeri tutdu. Qeyd etmək yerinə düşər ki, bu nəticə son beş ilin ən yaxşı göstəricisidir. İyunun sonlarında keçirilən 15 yaşadək güləşçilərin anoloji yarışında qazancımız üç "qızıl", iki "gümüş" və yeddi "bürünc" oldu. Yeniyetmə güləşçilərimizin əsas sınağı iyulda Bakıda təşkil olunan Avropa Gənclərinin Yay Olimpiya Festivalıydı (EYOF). Gözləniləndən də uğurlu çıxış edən pəhləvanlarımız güləşin gələcəyinin parlaq olduğunu növbəti dəfə isbatladı. Təsadüfi deyil ki, yarışda iştirak edən 18 güləşçidən 16-sı fəxri kürsüyə qalxdı. Paytaxtımızda səkkiz dəfə himnimiz səsləndi. Beş nəfər ikinci, üç nəfər isə üçüncü pillədə qərarlaşdı. EYOF-dan bir neçə gün sonra yeniyetmələr Bolqarıstana yollandı. İki yarış arasında intervalın az olması Sofiyada optimal heyətlə və tam güclə mübarizə aparmağa imkan vermədi. Buna baxmayaraq, üç yeniyetmə güləşçimiz dünya çempionu olmağı bacardı. Mundialda daha iki gümüş və iki bürünc medala da sevindik. Digər beynəlxalq turnirlərdə yeniyetmələrin qazancı üç "qızıl", altı "gümüş" və səkkiz "bürünc" oldu. İlboyu bütün yarışları nəzərə alanda 21 qızıl, 18 gümüş və 28 bürünc medalın əldə edildiyini söyləyə bilərik.

Ənənəvi liderlik

Beləliklə, bütün yaş qrupları üzrə Avropa çempionatlarında 14 qızıl, səkkiz gümüş və 28 bürünc, dünya çempionatlarında isə yeddi qızıl, 10 gümüş və 11 bürünc medal qazanılıb. Digər beynəlxalq yarışlarda güləşimizin payına 36 "qızıl", 56 "gümüş" və 66 "bürünc" düşüb. Deməli, il ərzində güləşçilərimiz federasiyanın bayrağı altında qatıldığı yarışlarda 236 (57 qızıl, 74 gümüş, 105 bürünc) medal əldə edib. Qeyd edək ki, bura Bakıda keçirilən Müşviq İsayevin xatirə yarışı və Şamaxıda Oleq Krapivinin şərəfinə təşkil olunan Açıq Respublika turnirinin göstəriciləri daxil edilməyib.

2019-cu ildə də güləş idmanımızda lider mövqeyini qorudu. Bunu həm Avropa Oyunlarında, həm EYOF-da, həm Dünya Çimərlik Oyunlarında, həm də Hərbçilərin Dünya Oyunlarında qazanılan medalların kəmiyyəti və keyfiyyəti söyləyir. Müqayisə aparsaq, bu idman növünün məhsuldarlığa görə, növbəti dəfə ölkədə lider olduğunu görərik.

2020 – əsas sınaq ili

Hər olimpiya tsiklinin yekun hesabatı Olimpiadadır. Dörd il ərzində aparılan fəaliyyət, qurulan planlar, seçilən strategiya – bütün bunların hamısı Olimpiya Oyunlarında yüksək nəticələr qazanmağa hesablanır. Bu, bütün olimpiya növlərinin ana xətti, seçdiyi yoldur. Güləş də bu baxımdan istisna deyil. Əlbəttə, ilk növbədə Tokio-2020-yə mümkün qədər çox lisenziya qazanmalıyıq. Hələ ki, qadın güləşində 50 kq-da, sərbəst güləşdə isə 97 kq-da Yaponiyada keçiriləcək dörd illiyin zirvə yarışına vəsiqə əldə etmişik. Deməli, daha 16 lisenziya uğrunda mübarizə aparmaq lazımdır. Bu hədəfə iki yarışda çatmaq olar. Martın 19-22-də Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək Avropa Olimpiya Təsnifat turniri və aprelin 30-dan mayın 3-dək Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunacaq Dünya Olimpiya Təsnifat turnirində hər olimpiya çəkisi üzrə finalçılar Tokio-2020-yə lisenziya qazanacaq. Bu yarışlardan sonra isə tam güclə Olimpiadaya hazırlaşıb, həmişə olduğu kimi, güləşə bəslənilən ümidləri doğrultmaq lazımdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 1093   Tarix: 31 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Azərbaycan millisinin heyətində dəyişiklik baş verib

2022-ci il dünya çempionatının seçmə mərhələsində Portuqaliya ilə qarşılaşacaq Azərbaycan millisinin heyətində dəyişiklik baş verib. "Report" AFFA-nın saytına istinadən xəbər verir ki, "Qarabağ"ın futbolçusu Maksim Medvedev zədə, Polşanın "Visla" (Plotks) klubunun üzvü Anto

05.09.2021 898
.

MDB Oyunları: Azərbaycan karateçiləri qızıl və gümüş medallar qazandı

Azərbaycan karateçiləri Rusiyanın Kazan şəhərində keçirilən I MDB Oyunlarında final görüşlərinə çıxıblar. "Report"un məlumatına görə, 50 kq-da mübarizə aparan idmançımız İnci Əzizova özbəkistanlı Nəsibəbanu Narbayeva ilə final görüşünə çıxıb. Rəqibini 5:1 hesabı ilə məğlub edən Əzizova yarışı

11.09.2021 671
.

Azərbaycanlı paralimpiya çempionu: "Sevincimin həddi-hüdudu yoxdur"

"Qızıl medal qazandığım üçün sevinirəm. Çox çətin oldu". "Report"un məlumatına görə, bu fikirləri Tokio-2020 Yay Paralimpiya Oyunlarında çempion olan Azərbaycan para-atleti Orxan Aslanov deyib. Uzunluğa tullanma növündə 7,36 metr nəticə göstərən idmançı rəqiblərinin də asan olmadığın

04.09.2021 533
.

"Qalatasaray"dan ayrılan Falkaonun La Liqa klubuna keçidi rəsmiləşib

Türkiyənin "Qalatasaray" klubundan ayrılan futbolçu Radamel Falkao karyerasını İspaniyada davam etdirəcək. "Report" xəbər verir ki, "Rayo Valyekano" 35 yaşlı hücumçunun transferini açıqlayıb. La Liqa təmsilçisi kolumbiyalı oyunçu ilə imzalanan müqavilənin detalları barəd

05.09.2021 787
.

"Formula 1" pilotu koronavirusa yoluxub

"Formula 1" üzrə dünya çempionatında çıxış edən "Alfa Romeo" komandasının pilotu Kimi Raykkonen koronavirusa yoluxub. "Report" yarışın rəsmi saytına istinadən xəbər verir ki, 41 yaşlı sürücü bu səbəbdən Niderland Qran-prisində iştirak etməyəcək. Onu Robert Kubitsa əvəzləyəcək

05.09.2021 551
.

Azərbaycanın daha bir paracüdoçusu qızıl medal qazandı

Azərbaycanın qadın paracüdoçusu Sevda Vəliyeva Tokio-2020 Yay Olimpiya Oyunlarında final görüşünə çıxıb. xəbər verir ki, 57 kq çəki dərəcəsində mübarizə aparan idmançı qızıl medal uğrunda qarşılaşmada Pərvinə Səməndərova ilə üz-üzə gəlib. Rəqini 1:0 hesabı ilə məğlub edən Vəliyeva paralimpiya çempion

28.08.2021 647
.

Bir FOTONUN HEKAYƏSİ: Əli güclü zərbə ilə rəqibini yerə sərir, qışqırır və əfsanəyə çevrilir

Şəkildə nə görürsünüz? Ağır çəkidə boks çempionu Məhəmməd Əli məğlub etdiyi rəqibi Sonni Listonun başı üzərində dayanıb. Nə baş verir? Əli 1964 -cü ildə Listondan titulu alıb və 1965-ci ildə revanş döyüşündə rəqibini ilk raundda nokaut edib. Liston rinqdə üzü üstə yıxılıb və qəzəblənmiş Məhəmməd Əl

27.08.2021 1378
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Ronaldonun transferi barədə post rekord bəyənmə topladı – FOTO

"Mançester Yunayted"in hücumçu Kriştianu Ronaldunun transferini açıqladığı "Twitter" paylaşımı böyük rəğbət qazanıb. Dərc olunduğu ilk saatdaca postu bir milyon nəfər bəyənib, 400 nəfərsə retvit edib. Qeyd edək ki, portuqaliyalı məhz bu komandadakı çıxışı sayəsində ulduza çevrilib

27.08.2021 1093