Yunan-Roma güləşçilərimiz bayram günü Rusiyada hazırlıq keçəcək

Yunan-Roma güləşçilərimiz bayram günü Rusiyada hazırlıq keçəcəkYunan-Roma güləşi üzrə yığmamız yeni ilin ilk günlərindən növbəti təlim-məşq toplanışına start verəcək.

Oxu.Az xəbər verir ki, millimiz yanvarın 2-dən 16-dək Rusiyanın Saransk şəhərində hazırlıq prosesi keçəcək.

Həm fiziki, həm də taktiki çalışmaların həyata keçiriləcəyi toplanışda baş məşqçi Aleksandr Tarakanov və məşqçi Akif Əliyevin rəhbərliyi altında Murad Məmmədov, Murad Bazarov (hər ikisi -60 kq), Taleh Məmmədov (-63 kq), İslambəy Dadov (-67 kq), Ülvi Qənizadə, Sənan Süleymanov (hər ikisi -72 kq), Həsən Əliyev (-77 kq), Rafiq Hüseynov (-82 kq), İslam Abbasov (-87 kq), Orxan Nuriyev (-97 kq), Sabah Şəriəti və Beka Kandelaki (hər ikisi -130 kq) iştirak edəcək.

Olimpiya mükafatçımız Rəsul Çunayev isə Belarusda məşqlərdə aldığı zədəsi ilə əlaqədar olaraq istirahət edəcək. Digər yığma üzvləri isə böyük məşqçi Rövşən Bayramovun rəhbərliyi altında Bakıda – Olimpiya Güləş Mərkəzində məşqləri davam etdirəcək.

Qeyd edək ki, yunan-Roma güləşçilərimiz üçün 2020-ci ilin ilk yarışı yanvarın 18-19-da Fransanın Nitsa şəhərində Olimpiya çempionu Anri Deqlanın xatirəsinə keçiriləcək Qran-Pri turniri olacaq. Heyət yarış ərəfəsində ictimaiyyətə açıqlanacaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 763   Tarix: 31 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

"Araz Naxçıvan"ın baş məşqçisi komandadan ayrılmağının səbəbini açıqlayıb

"Araz Naxçıvan" klubunun baş məşqçisi Azər Bağırov komandadan ayrılmağının səbəbini açıqlayıb. Bu barədə "Report"a 39 yaşlı mütəxəssis bildirib. "Son oyunda "Kəpəz"ə uduzduğumuza görə istefa verməmişəm. Sadəcə, bəzi məsələlər var idi, onları dəyişə bilmədim. Rəhbərliy

06.04.2024 282
.

Karlos Sayns "Formula-1" Avstraliya Qran Prisinin qalibi olub

"Ferrari" komandasının ispaniyalı pilotu kiçik Karlos Sayns Avstraliyada "Formula-1" çempionatının üçüncü mərhələsinin qalibi olub. Yarış Melburndakı Albert Park trekində baş tutub. Onun moneqasklı komanda yoldaşı Şarl Lekler ikinci yeri tutub. İlk üçlüyü "Maklaren"dən britaniyal

24.03.2024 322
.

Gürcüstan millisi tarix yazdı - Video

Futbol üzrə Gürcüstan millisi Avro-2024-ün pley-off mərhələsində Yunanıstan yığmasına penalti zərbələrində qalib gələrək tarixində ilk dəfə Avropa çempionatına vəsiqə qazanıb. "Qafqazinfo" xəbər verir ki, qolsuz bərabərliklə başa çatan əsas hissənin ardınca penaltilər seriyası oynanılıb. Gürcüsta

27.03.2024 611
.

"Sumqayıt" "Zirə"ni qəbul edəcək

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XX tura start veriləcək. "Qafqazinfo" xəbər verir ki, günün yeganə qarşılaşmasında "Sumqayıt" "Zirə" ilə üz-üzə gələcək. 19:00-da start götürəcək oyun Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Qeyd edə

12.04.2024 274
.

Cokoviçdən yeni dünya rekordu

Böyük Dəbilqə yarışlarının 24 qat qalibi və dünyanın bir nömrəli tennisçisi serbiyalı Novak Cokoviç dünya rekorduna imza atıb. O, tennis tarixində bir nömrəli ən yaşlı idmançı olub. Novak 2022-ci ildə peşəkar karyerasını başa vuran əfsanəvi isveçrəli tennisçi Rocer Federerin nailiyyətini geridə qoyub

07.04.2024 278
.

Azərbaycan idmançısı Almaniyada keçirilən turnirdə ikinci qızıl medalını qazanıb

Azərbaycan idmançısı Zeynəb Sultanova Almaniyanın Dortmund şəhərində atıcılıq üzrə beynəlxalq ISAS-2024 turnirində ikinci qızıl medalını qazanıb. "Trend"in məlumatına görə, qadınlar arasında 10 metr məsafəyə pnevmatik tapançadan atəş açma yarışında o, bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünü

24.03.2024 346
.

Xavinin "Barselona"da qala biləcəyi şərtlər məlum olub

"Barselona"nın baş məşqçisi Xavi cari mövsümün sonunda bu postu tərk etmək qərarını dəyişməsə də, yaxın ətrafı hesab edir ki, rəhbərlik ispan mütəxəssisə müəyyən təminatlar verərsə, o, Kataloniya klubunda qala bilər. Məlumata görə, birincisi, Xavi üçün vacibdir ki, gələn yay "mavi-qırmızılar"

14.04.2024 230
.

Azərbaycan cüdoçusu "Böyük Dəbilqə"də finala yüksəlib

Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev Türkiyənin Antalya şəhərində keçirilən "Böyük Dəbilqə" turnirində finala yüksəlib. "Report" xəbər verir ki, yarışın ikinci günündə mübarizə aparan 3 cüdoçumuzdan yalnız biri medalı özü üçün təmin edib. 73 kq çəki dərəcəsində tatami üzərinə çıxa

30.03.2024 322
.

Rusiyalı dünya çempionu vəfat edib

Şosse velosipedi üzrə dünya çempionu Natalya Melyoxina vəfat edib. "Report" xəbər verir ki, bu barədə Rusiya Velosiped İdmanı Federasiyası məlumat yayıb. O, uzun sürən xəstəlikdən sonra 62 yaşında dünyasını dəyişib. Natalya Melyoxina 1989-cu ildə komanda yarışında dünya çempionu olub. O, həmçini

30.03.2024 335