"Rəqqasə adını özümə yaraşdırmıram"

"Rəqqasə adını özümə yaraşdırmıram""Rəqqasə sözündən imtina etdim. Bu peşəni o qədər kiçiltdilər ki... İndi o sözü özümə yaraşdırmaq istəmirəm".
BiG.AZ xəbər verir ki, bu sözləri rəqqasə Oksana Rəsulova "Show news"a açıqlamasında deyib. O bildirib ki, rəqqasə kimi təqdim edilmək istəmir:

"Bir neçə nəfər var ki, özünə rəqqasə deyir. Onlara baxanda, özümə bu adı demək istəmirəm".

Rəqqasə Fatimə Fətəliyeva ilə yeni barışan sənətçi onla bağlı suala "Fatimə ilə düşmən də, rəfiqə də deyilik. "Salam-sağol" var, bəsdir. Oturduğum yerdə heç kimin bostanına daş atmamışam" cavabını verib.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Şou biznes   Baxılıb: 726   Tarix: 21 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 077 7125666

Facebookda Paylaş