Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTO

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOQeyri-adi ölkələrdən biri olan Butanda Milli gün münasibətilə genişmiqyaslı bayram keçirilib.

BiG.AZ-ın ru.hellomagazine.com-a istinadən verdiyi xəbərə görə, bayram şənliyində ölkənin kralı Ciqme Kxesar Vanqçuk da iştirak edib.

Uzun çıxışı zamanı o, ölkəsinin uğurları ilə bağlı məsələlərlə yanaşı, şəxsi həyatından olan xəbərdən də danışıb.

Məlum olub ki, onun xanımı, kraliça Cetsun ikinci uşağa hamilədir. Cütlük gələn ilin yaz aylarında bir daha valideyn olmağa hazırlaşır.

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOButan kralı ən xarizmatik Asiya cavanı hesab olunub. O, 28 yaşında ölkənin idarəsini öhdəsinə götürərək, tez bir zamanda hər kəsin məhəbbətini qazana bilib.

Adi bir ailənin qızı olan Cetsun isə bütün krallığın ən gözəl qadınlarından hesab olunur. O, ilk öncə Hindistanda, daha sonra Londonda beynəlxalq münasibətlər ixtisası üzrə təhsil alıb.

Cütlüyü bəzən "Şərqin Keyt və Uilyamı" da adlandırırlar. Hazırda onların 3 yaşlı oğlu var.

BUTAN HAQQINDA BİLMƏDİKLƏRİNİZ

Hindistan və Çin arasında yerləşən sirli və çox mənzərəli ölkə olan Butan 1974-cü ilə qədər turistlər üçün bağlı olub. Bu gün isə bura hər kəs baş çəkə bilər. Lakin bunun üçün bir sıra rəsmi prosedurlardan keçməyə və böyük məbləğdə pula ehtiyac var.

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOSərhədlərin açılmasına baxmayaraq, kral turist axınının qarşısını mümkün üsullarla almağa çalışır. Butana yalnız turistik qrup tərkibində getmək olar. Bütün sənədləşdirmə və viza işləri ilə dövlətin təyin etdiyi yeganə şirkət məşğul olur.

Girişə icazə almaq üçün bütün xərcləri (uçuş, mehmanxana, viza, sığorta, turoperator və bələdçi xidmətləri) öncədən ödəmək lazımdır. Butan turoperatoru istəyənlər üçün müxtəlif proqramlar təklif edir. Proqramın bir günü orta hesabla 250 dollara başa gəlir.

Bu ölkənin ənənələri və sakinlərinin tamamilə xoşbəxt olmasının sirləri haqda oxucuları məlumatlandırmaq istəyirik.

1. İnternetin və televiziyanın olmaması

Butanda 1999-cu ilə qədər televiziya və internet rəsmən qadağan olub. Lakin sonralar, müasir texnologiyaların təsirindən ölkəni təcrid etmək artıq mümkün olmadığından, Butan kralı sakinlər üçün sivilizasiyanın bu "nemətlərini" əlçatan etmək qərarına gəlib. Beləliklə, Butan dünyada televiziyadan istifadə etməyə başlayan son ölkə olub.

2. Xoşbəxtlik Naziriyli

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOHər sakinin daxili dünyasının qayğısına qalmaq üçün 2008-ci ildə ölkədə ümumi xalq xoşbəxtliyi üzrə Komissiya yaradılmışdı. Hətta əhalinin siyahıya alınması üçün tutulan anketdə xüsusi qrafa mövcuddur. Burada sakinlər həyatından nə dərəcədə razı olduqlarını göstərməlidirlər.

Bundan başqa, burada Xoşbəxtlik Nazirliyi də fəaliyyət göstərir və, ümumiyyətlə, XOŞBƏXTLİK anlayışı milli siyasətin başında dayanır.

Yeri gəlmişkən, ümumi daxili məhsul (ÜDM) anlayışı Butanda ümumi milli xoşbəxtlik anlayışıyla əvəz olunub, yəni yaşayış keyfiyyətini burada maddi və mənəvi dəyərlərin arasındakı balans təyin edir.

3. Evsiz yoxdur

Butanda küçədə yaşayan adam yoxdur. Əgər bir kəs evsiz qalsa, o, sadəcə olaraq, krala müraciət etməlidir. Kral həmin şəxsə ev tikintisi üçün torpaq ayırır.

Yəqin, buna görə Butan sakinləri özlərini xoşbəxt hesab edir :)

4. Pulsuz tibb

Ölkənin hər bir sakini pulsuz tibbi xidmət hüququna malikdir. Maraqlıdır ki, Butanda həm ənənəvi, həm də klassik təbabət üsullarından istifadə olunur və xəstə müalicə üsulunu özü seçə bilər.

5. Milli dress-kod

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOButan sakinləri ənənəvi geyimlərdən istifadə edir: kişilər dizədək uzun köynəklər, qadınlar isə yerədək uzanan donlar geyinir. İnsanların status və təbəqəsini isə sol çiyindən asılan şərfin rəngindən bilmək olar: adi insanlarda - ağ, yüksək təbəqəli insanlar və rahiblər isə - sarı.

6. Tütün qadağandır

Butan kralı tütünün yetişdirilməsini, yığılmasını və ölkə boyu yayılmasını qadağan edən qanun qəbul edib.

Burada siqaret və digər tütün məhsulları almaq mümkünsüzdür. Butanı ziyarət etmək üçün bütün sənədləri əldə edən turistlər siqaret keçirmək üçün böyük məbləğdə rüsum ödəməlidirlər.

7. Heyvanlar və təbiətə qayğı

Ölkədə ekologiya və bitki aləminə çox qayğı göstərilir. Ağac əkilməsinə xüsusi diqqət yetirilir.

Yeri gəlmişkən, 2015-ci ildə Butanda sakinlər cəmi bir saata 50 min ağac əkməklə dünya rekordunu qırıblar.

8. Mətbəxin xüsusiyyətləri

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOButan sakinlərinin böyük əksəriyyəti buddistdir. Buna görə də ölkədə vegetarianlıq yayılıb. Burada bütün yeməklərin əsasını düyü təşkil edir. Özü də, dağlıq ərazilərdə adi düyünü yetişdirmək mümkün olmadığından, butanlılar daha bərk olan və xüsusi dada malik qırmızı düyü yetişdirirlər.

Burada çay içmə mərasimlərinə xüsusi diqqət ayrılır. Butan sakinləri qara ya yaşıl çaya duz, istiot və kərə yağı əlavə etməklə içirlər.

9. Varislik ənənələri

Butanda qadınlara hörmət olunur. Bunun ən parlaq nümunəsi varislik məsələsidir: burada bütün əmlak oğula yox, böyük qıza qalır.

10. Ekologiya hər şeydən önəmlidir

Butanda kimyəvi gübrələrinin idxalı ciddi şəkildə qadağandır. Ona görə ölkə ərazisində yetişdirilmiş bütün məhsullar təbiidir.

11. Toy ənənələri

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOButanda əcnəbilərlə ailə qurtarmaq qadağandır.

Rahiblərin apardığı toy məclislərində mantralar oxunur, rituallar həyata keçirilir.

Əksər hallarda ər arvadın evinə köçür və yalnız yetərincə pul yığdıqdan sonra onlar ayrı evə daşına bilər.

12. Yollarda vəziyyət

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOButan paytaxtında heç bir işıqfor yoxdur. Lakin bu, heç bir problem yaratmır və ictimai asayişə mane olmur. Yol nişanları isə burada əllə çəkilir.

13. Bəzəkli evlər

Xoşbəxtlik Nazirliyi olan bu ölkənin kral ailəsində ikinci uşaq doğulacaq - FOTOButan sakinləri öz evlərini yazı və şəkillərlə bəzəməyi sevirlər: evlər quş və heyvanların şəkli, həmçinin, müxtəlif ornamentlərin təsvirli ilə qeyri-adi və rəngarəng görsənir.

Ənənəvi ev 3 mərtəbədən ibarət olur. Birinci mərtəbə adətən mal-qara üçün nəzərdə tutulur, ikinci mərtəbədə yaşayış otaqları olur, üçüncüdə isə ot və saman qurudulub saxlanılır.

Çoxlu qadağalar və ciddi qaydalara baxmayaraq, Butanda xoşbəxt və gülərüz insanlar yaşayır və bu məkan turistləri getdikcə daha çox cəlb edir.

Natəvan Baxşiyeva


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1008   Tarix: 19 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İnsanın ömrünü 50 il uzatmaq mümkün olacaq? - Yapon təcrübələri əsasında YENİ TEXNOLOGİYA

Dünyanın ən varlı adamı, Amazon -un qurucusu "Jeff Bezos", ölümsüzlüyə qədər qocalma ilə mübarizə texnologiyaları yaradan "Altos Labs" startapının sərmayəçisi olub. Bu barədə "MIT Tech Review" məlumat yayıb. Şirkət yaşlanma prosesini öyrənir və qocalmanı məğlub etmək üçü

11.09.2021 2356
.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

3 milyon dəyərində sendviç hazırlandı - Ən bahalı qidalar

Dünyanın ən bahalı sendviçi hazırlanıb. Axşam.az-a istinadən xəbər verir ki, sendviç almaniyalı rəssam Tim Bengel tərəfindən saf qızıl istifadə olunaraq düzəldilib. Həmin qida 3 milyon dollar dəyərində qiymətləndirilib. Qeyd edək ki, bu ilk belə baha qida məhsulu deyil. Dünyanın ən bahalı yeməklərin

17.09.2021 877
.

Dünyanın ən nüfuzlu insanları açıqlandı

ABŞ-ın "Time" jurnalı 2021-ci ildə dünyanın ən nüfuzlu insanlarının siyahısını açıqlayıb. -a istinadən xəbər verir ki, 100 nəfərdən ibarət siyahı "Liderlər", "İxtiraçılar", "İncəsənət xadimləri", "Yenilikçilər" kimi bir neçə bölməyə ayrılıb. Siyasətçilə

16.09.2021 877
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Cənazə mərasiminə açıq geyimdə getdi - Cəsədə yaxınlaşıb... / FOTO

Sosial mediada yayılan görüntülər müzakirələrə yol açıb. Reddit portalında paylaşılan məlumata görə, qız babasının cənazə mərasiminə açıq geyimdə qatılıb. Qohumların etirazlarına baxmayaraq, qız paltarını dəyişməyib. O cəsədə yaxınlaşıb və bildirib ki, babası sağ olub onu bu göyümdə görsəydi etiraz etməzdi

12.09.2021 2549
.

Aralarındakı uzun məsafəyə maraqlı həll tapan cütlük - FOTO

Uzun məsafə münasibəti yaşayan Liseok və Şindanbi, bu problemə maraqlı həll tapıblar. -a istinadən məlumat verir ki, biri Nyu -Yorkda, digəri Seulda yaşayan koreyalı cütlük, video zəng edərkən eyni vaxtda çəkdikləri şəkilləri bir araya gətirərək maraqlı fotolar əldə ediblər. Bu fotoları "Instagram"

13.09.2021 1580
.

Peyvənd olunana pulsuz dönər təklifi

Almaniyada türk əsilli iş adamı insanaları koronavirus əleyhinə vaksinasiyaya təşviq etmək məqsədilə maraqlı təşəbbüs göstərib. -a istinadən xəbər verir ki, Berlindəki "Kaplan Dönər"in sahibi Rəmzi Kaplan peyvənd olunan hər kəsə ona aid restoran və kafelər şəbəkəsində pulsuz dönər ikram ediləcəyin

16.09.2021 1185