Bu vətəndaşlara mənzil və avtomobillər veriləcək - RƏSMİ

Bu vətəndaşlara mənzil və avtomobillər veriləcək - RƏSMİPrezident İlham Əliyevin müvafiq Fərmanı ilə bu il nazirliyin tabeliyində DOST Agentliyinin və ilk DOST Mərkəzinin yaradılması 2019-cu ilin mühüm sosial uğurlarından biridir.

Bu ay daha bir DOST Mərkəzinin, eyni zamanda yeni sosial xidmət və reabilitasiya müəssisələrinin istifadəyə verilməsi təmin olunacaq.

BiG.AZ xəbər verir ki, bunu Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Nazirliyin Kollegiyasının növbəti iclasında bildirib.

O, vurğulayıb ki, Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü olan DOST layihəsi dövlət sosial xidmətləri sahəsində vətəndaş məmnunluğunun təminatına imkan verib. DOST Mərkəzinin xidmətlərinin sayı artıq 132-ə çatıb və həmin xidmətlərdən artıq 115-nin pasportları da hazırlanıb.

Nazir bildirib ki, 2019-cu ildə nazirlik üçün prioritet istiqamətlərdən biri də sosial təminat sahəsi üzrə xidmətlərin elektronlaşdırılması olub.

Bu ilin ötən dövründə artıq 10 sosial təminat növü, o cümlədən 2 pensiya, 8 müavinət və təqaüd növünün təyinatının elektronlaşması təmin edilib.

Ümumilikdə bu ayın sonuna qədər digər bir çox müavinət və təqaüdlərin də avtomatlaşdırılması başa çatdırılacaq.

Nəticədə il ərzində 180 min təyinatın e-qaydada, proaktiv şəkldə həyata keçirilməsi təmin olunacaq.

S.Babayev şəhid ailələri və müharibə əlillərinin mənzillə, müvafiq kateqoriyalara aid əlilliyi olan şəxslərin avtomobillə təminatı tədbirlərinin də davam edəcəyini, bu ay da yeni mənzillərin, avtomobillərin təqdim ediləcəyini deyib.

O, 2019-cu ilin ötən dövründə özünüməşğulluq proqramına cəlb edilənlərin sayının 10,6 minə çatdığını, onlardan böyük əksəriyyətinin artıq aktivlə təmin olunduğunu qeyd edib.

Nazir ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi işlərindən bəhs edib. Bildirib ki, sosial yardımın alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsi zamanı xidməti davranış normaları da müəyyən edilib.

Bu normalar və onlara əməl edilməsi ilə bağlı münasibətləri əhatə edən Yaddaş Kitabçası hazırlanıb. Maddi-məişət şəraitinin müayinəsi məhz həmin normalara riayət prinsipi əsasında həyata keçiriləcək.

İclasda DOST mərkəzlərində göstərilən xidmətlər üzrə pasportların təsdiq edilməsi barədə, ünvanlı dövlət sosial yardımının alınması üçün müraciət etmiş ailələrin DOST mərkəzlərinin əməkdaşları tərəfindən maddi-məişət şəraitinin müayinəsinin həyata keçirilməsi ilə bağlı Yaddaş Kitabçasının layihəsi barədə çıxışlar olub.

2020-ci il üçün iş vaxtı normasının və istehsalat təqviminin layihəsi, "Məcburi dövlət sosial sığorta haqqının toplanması Qaydaları" və "Məcburi dövlət sosial sığortası üzrə sığorta iştirakçılarının uçotu Qaydaları" layihələri barədə məlumat verilib.

İclasda qeyd edilən layihələr, habelə bir sıra cari məsələlər müzakirə edilib, qərarlar qəbul olunub.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 4783   Tarix: 17 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264
.

İƏT OA-nın faktaraşdırıcı missiyası azad edilmiş ərazilərlə bağlı bəyanat qəbul edib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin dəvəti ilə işğaldan azad edilmiş ərazilərimizdə monitorinq aparmaq üçün ölkəmizdə rəsmi səfərdə olan İslam Əməkdaşlıq Təşkilatının Ombudsmanlar Assosiasiyasının (İƏT OA) nümayəndə heyəti ilə Ombudsman Aparatında mətbuat konfransı keçirilib. Bu barədə BİG.AZ-

18.09.2021 250
.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

"Məni bağışla, gözəl anam" - anasına və dostlarına məktub yazıb intihar etdi

Şırnakın Uludere mahalının Andaç kəndində anasına və dostlarına iki vida mesajı göndərdikdən sonra 20 yaşlı bir gənc 35 metr yüksəklikdəki uçurumdan tullanaraq intihar edib. Anasına göndərdiyi mesajda gəncin "Məni bağışla, gözəl anam. Qardaşlarıma və dostlarıma vaxt ayırmadan köçüb getdim"

18.09.2021 3137
.

Azərbaycan polisindən ermənilərə süngülü dərs - VİDEO

Gorus-Qafan yolu üzərində xidmət göstərən Azərbaycan polisi yoldan keçmək istəyən ermənilərə dərs verib. "Qafqazinfo" xəbər verir ki, sosial şəbəkələrdə yayılan görüntülərdə üzərində qondarma respublikanın "bayrağ"ı olan avtomobilin postdan keçmək üçün yaxınlaşdığı görünür. Postd

18.09.2021 988
.

Azərbaycanda milli dronlar hazırlanıb - VİDEO

Milli Elmlər Akademiyasının Yüksək Texnologiyalar Parkında xüsusi təyinatlı dronlar hazırlanıb. -ın məlumatına görə, pilotsuz uçuş aparatları sifarişlər əsasında yerli mütəxəssislər tərəfindən hazırlanıb. Dronlari uçuş vaxtları, yükdaşıma və küləyə davamlılığı ilə fərqlənir. Həmçinin uçuş trayektoriyasını

18.09.2021 428
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Cənub bölgəsi ilə bağlı "12-dən sonra işləmir" deyimi haradan yaranıb?

Niyə bəziləri talışlar haqqında "saat 12-dən sonra işləmir" ifadəsini istifadə edirlər?. xəbər verir ki, bu barədə aparıcı, nitq təlimçisi Cəlalə Nəzəroğlu sosial şəbəkədə paylaşım edib. O bildirib ki, bu deyim talışların fiziki işlərinə görə yaranıb:. "Çox təəssüf ki, bizdə bəziləri insanlar

18.09.2021 1826