Erməni mafiyası 135 tennisçini satın alıbmış - TƏFƏRRÜAT

Erməni mafiyası 135 tennisçini satın alıbmış - TƏFƏRRÜATDünyanın müxtəlif ölkələrində ən azı 135 tennisçi sövdələşmiş matçlara qarışmaqda suçlanır.

BiG.AZ-ın milli.az-a istinadən verdiyi xəbərə görə, Belçika, İspaniya, Fransa və ABŞ-dan olan mütəxəssislərdən ibarət beynəlxalq istintaq qrupunun gəldiyi nəticə belədir.

Sövdələşmiş matçlarla bağlı istintaq hələ başa çatmayıb. Yekun nəticələr bir neçə ay sonra açıqlanacaq.

Şübhəlilər arasında Peşəkar Tennisçilər Assosiasiyasının (ATP) versiyası üzrə dünyanın 30 ən yaxşı tennisçisi siyahısında yer alanlar da var.

Erməni mafiyası 135 tennisçini satın alıbmış - TƏFƏRRÜATDie Welt-in yaydığı xəbərə görə, onların arasında alman tennisçi Maks X. da var. O, istintaqla əməkdaşlıq etsə də, şərh verməkdən boyun qaçırır.

Tennisdə stavkalarla manipulyasiyalar sisteminin təşkilatçısı Avropa Birliyi ölkələrində fəaliyyət göstərən erməni mafiyasıdır.

Belçikanın Federal Prokurorluğundan verilən məlumata görə, sövdələşmiş matçlara ümumi məbləği on minlərlə avro təşkil edən yüzlərlə kiçik stavkalar olunub.

Erməni mafioz qrupuna tennisçilərlə əlaqələr quran adamlar və çirkli pulların yuyulmasına cavabdeh şəxslər də daxildilər.

Argentinalı tennisçi Marko Trunjelliti ZDF və Die Welt-ə verdiyi açıqlamasında mövcud cinayətkar sxem barədə informasiyanı təsdiqləyib. Onun dediyinə görə, sövdələşmiş matçların təşkilatçıları onunla əlaqə saxlayıblar: "Bu barədə dərhal Beynəlxalq Tennis Federasiyasına məlumat verdim. Sövdələşmiş matçlarda aşağı səviyyəli tunirlərdə çıxış edən tennisçilərlə yanaşı, ən yaxşı 50 tennisçi reytinqinə daxil olanlar da iştirak ediblər".

Erməni mafiyası 135 tennisçini satın alıbmış - TƏFƏRRÜATTennisdə sövdələşmiş matçların təşkilinə qarşı mübarizə aparan "Tennis Integrity Unit" (TIU) ötən il 20 tennisçini diskvalifikasiya edib.

Ötən ilin yanvarında isə İspaniyanın Mülki Qvardiyası sövdələşmiş tennis matçları ilə bağlı cinayət işi qaldırmışdı. Saxlanılan 80 nəfər arasında 28 peşəkar tennisçi vardı.

Erməni mafiyası 135 tennisçini satın alıbmış - TƏFƏRRÜATİspaniya polisinin yaydığı məlumata görə, sövdələşmiş matçlarla ermənilərdən ibarət mütəşəkkil cinayətkar qruplaşma məşğul olub.

İstintaq TİU-nun şikayətindən sonra başlanmışdı.


BiG.Az Telegramda izləyin instagramda izləyin
İdman   Baxılıb: 765   Tarix: 16 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

"Yuventus"un gənc futbolçusu öldü

İtaliyanın "Yuventus" klubunun gənclərdən ibarət komandasının oyunçusu Brayan Dodyen 17 yaşında vəfat edib. Bu barədə Turin klubu rəsmi "Twitter" hesabından məlumat yayıb. "Yuventus" Brayan Dodyenin ailəsi ilə birlikdə kədər hissi keçirir", - turinlilərin mətbuat xidmətini

05.09.2021 972
.

Güləşçilərimiz Avropa çempionatında 2 qızıl, 1 gümüş və bürünc medal qazanıb

Bu gün Yunanıstanın Katerini şəhərində çimərlik güləşi üzrə yeniyetmə və gənclərin Avropa çempionatı keçirilib. Azərbaycan Güləş Federasiyasından "Report"a verilən məlumata görə, qitə birinciliyində baş məşqçi Oyan Nəzəriani və məşqçi Ağahüseyn Mustafayevin rəhbərliyi altında 4 güləşçimiz mübariz

12.09.2021 746
.

Azərbaycan - Portuqaliya matçında meydana azarkeşlər girdi

DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində keçirilən Azərbaycan-Portuqaliya matçının sonlarına yaxın maraqlı anlar yaşanıb. Bakı Olimpiya Stadionunda keçirilən qarşılaşmanın 87-ci dəqiqəsində meydana azarkeşlər girib. Onlar qonaq komandanın ulduz futboloçusu Bruno Fernandeşlə şəkil çəkdiriblər. Azarkeşlər

07.09.2021 1468
.

39 il komada qalan futbolçu vəfat etdi

PSJ-nin sabiq futbolçusu Jan-Pyer Adams dünyasını dəyişib. xəbər verir ki, 39 ildi komada olan veteran müdafiəçi 73 yaşında vəfat edib. Adams 1972 - 1976-cı illərdə Paris təmsilçisinin formasını geyinib. 1982-ci ildə çempionat oyununda dizindən zədə alan futbolçu əməliyyat zamanı həkimlərin səhvi üzündə

06.09.2021 1068
.

Mahir Emreli Polşanın qəhrəmanına çevrildi - VİDEO

Mahir Emreli "Legiya"nı Avropa Liqasının qrup mərhələsinə çıxaran qollara imza atıb. xəbər verir ki, Emreli "Slaviya" (Praqa) ilə qarşılaşmanın 59-cu və 70-ci dəqiqələrdə fərqlənməklə komandasına qələbə qazandırıb - 2:1. Mahir Emreli iki oyunda üst-üstə 3 qol, avrokuboklarda isə ümumilikd

27.08.2021 1005
.

Azərbaycan 11-ci qızıl medalını QAZANDI

Üzgüçümüz Vəli İsrafilov "Tokio-2020" XVI Yay Paralimpiya Oyunlarında Azərbaycana 11-ci qızıl medalı qazandırıb. V.İsrafilov 100 metr məsafəyə brass üsulu ilə üzgüçülük yarışında məsafəni 1 dəqiqə 04,86 saniyəyə qət edərək bütün rəqiblərini qabaqlayıb və Paralimpiya çempionu olub. Təmsilçimiz

01.09.2021 933
.

Tokio-2020: Paralimpiadanın bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib

Tokio-2020 Yay Paralimpiya Oyunlarının bağlanış mərasimində Azərbaycan komandasının bayraqdarı müəyyənləşib. Bayrağı para-atlet Lamiyə Vəliyeva daşıyacaq. Qeyd edək ki, Lamiyə Vəliyeva 400 metr məsafəyə qaçışda qızıl, 100 metr məsafəyə qaçışda isə gümüş medal əldə edib. Bağlanış mərasimi Bakı vaxtı il

05.09.2021 730
.

Paralimpiya Oyunları: Azərbaycandan altıncı qızıl medal - FOTO

Azərbaycan Tokio Yay Paralimpiya Oyunlarında altıncı qızıl medalı qazanıb. -ın xəbərinə görə, buna kişi cüdoçumuz Hüseyn Rəhimli (-81 kq) nail olub. O, finalda Davurxan Kəramətovla (Özbəkistan) qarşılaşıb. Tərəflər əvvəlcə bir-birinə qarşı uğurlu fənd edərək vaza-ari xalı alıb. Daha sonra Hüseyn Golde

28.08.2021 736
.

Ronaldu İngiltərə Premyer Liqasına ən ödənişli futbolçu kimi qayıdıb

"Mançester Yunayted"ə qayıdan Kriştianu Ronaldu İngiltərə Premyer Liqasının ən yüksək ödənişli futbolçusu olacaq. "Report"un "Daily Mail"ə istinadən məlumatına görə, 36 yaşlı hücumçu həftədə 560 00 avro əmək haqqı alacaq. Siyahıda ikinci yeri "Çelsi"nin forvard

29.08.2021 1008