Azərbaycanın ilk şəhid qadın jurnalistinin doğum günüdür

Azərbaycanın ilk şəhid qadın jurnalistinin doğum günüdür

Bu gün Azərbaycanın ilk şəhid qadın jurnalisti, Milli Qəhrəmanımız Salatın Əsgərovanın doğum günüdür.

BiG.AZ xəbər verir ki, Salatın Əziz qızı Əsgərova 16 dekabr 1961-ci ildə anadan olub. Ailəsinin narazılığına, azyaşlı övladının olmasına baxmayaraq o, cəbhə xəttinə gedib, qaynar nöqtələrdən operativ materiallar hazırlayıb. 1991-ci il yanvarın 9-da pusquda durmuş erməni terrorçuları tərəfindən Qaladərəsi kəndi yaxınlığında Salatın Əsgərovanın da içərisində olduğu maşın atəşə tutulub. Sonradan hadisə yerinə gələnlər maşında 113 güllə deşiyi sayıblar.

Ailəli olub, Ceyhun adlı oğlu yadigar qalıb. Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Salatın Əsgərovanın yaxınlığında həlak olduğu kənd Salatınkənd adlanır.Onun Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub.Bakıda küçələrdən biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İçtimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır. Təfəkkür Universitetində büstü qoyulmuşdur. 1993-cü ildə bəstəkar Elza İbrahimova "Salatın" onun xatirəsinə həsr etmişdir. Mahnı Flora Kərimova tərəfindən ifa olunmuşdur.

Ruhunuz qarşısında baş əyirik, cəsur Azərbaycan qadını!

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 613 Tarix: 16.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər