AzTV yayım formatını dəyişir

AzTV yayım formatını dəyişir

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin Bədii Şurasının növbəti iclası keçirilib.

BiG.AZ xəbər verir ki, iclasda Azərbaycan Televiziyasının HD formatına keçməsi müzakirə olunub.

“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin sədri Rövşən Məmmədov bildirib ki, Azərbaycan Televiziyası 2020-ci ildən HD formatına keçir.

Qeyd olunub ki, proqramların yeni server sistemindən yayımlanması üçün lazımi avadanlıqlar alınıb. Bunun 63 illik Azərbaycan Televiziyasının tarixində böyük bir mərhələ olduğu vurğulanıb. Verilişlərin daha da effektiv hazırlanması üçün 10-dan çox montaj kompüterləri alınıb.

Həmçinin diqqətə çatdırılıb ki, yaxın günlərdə “Baku s Nadejdoy”, “Hüquq və mən” verilişləri efirə çıxacaq.

İclasda Bədii Şura üzvləri Azərbaycan Televiziyası, “Mədəniyyət” və “İdman” kanallarında nümayiş olunan proqramlarla bağlı fikir mübadiləsi aparıblar, təklif və iradlarını bildiriblər.

Bədii Şuranın növbəti iclası 2020-ci ilin yanvar ayında keçiriləcək.

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 458 Tarix: 16.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər