"Zərərli qidalara nəzarət olunmur" – VİDEO

"Zərərli qidalara nəzarət olunmur" – VİDEOSon zamanlar müxtəlif universitetlərin tələbələri arasında zəhərlənmə faktları qeydə alınır. Bu zaman isə müxtəlif səbəblər göstərilir ki, daha çox da qida zəhərlənməsi önə çəkilir. Bəs əsl səbəb nədir? Tələbə nə yeyir ki, yediyi başına bəla olur?

Mələsə ilə bağlı ARB TV-nin "Günə Doğru" proqramında geniş süjet yayımlanıb.

Tələbə: "Tələbə ən çox pulu nəyə çatırsa onu alıb yeyir. Amma belə universitetdə olan yeməklərdən də yeyirlər. Eləsi var qamburger, eləsi var dönər yeyir".

Kamran Əsədov – Təhsil eksperti: "Tələbələr arasında əvvəlki illərlə, aylarla müqaisədə zəhərlənmə halları çoxalıb. Diqqət çəkən məqam odur ki, xüsusilə qız tələbələr daha çox zəhərlənirlər. Bu ona görə baş verir ki, təəssüf ki, bəzi xanım tələbələr gigiyenik və qida normalarına riayət etmirlər".

Ekspertlərin sözlərinə görə, tələbələrin böyük əksəriyyəti təhsil müəssisəsindən kənarda qidalanır. Bu baxımdan zəhərlənmələrin ali məktəblərə aidiyyəti yoxdur.

Buludxan Xəlilov – ABPU-nun kafedra müdiri: "Bəzən tələbələrin zəhərlənməyini ayrı-ayrı təhsil müəssisələrindəki yeməkxanaların üzərinə yıxırlar. Bu ədalətli yanaşma deyil. Çünki təhsil müəssisələrindəki yeməkxanalarda ərzaqlar yoxlanılır, ona nəzarət var. Orda təkcə tələbələr yemir, professor müəllim heyəti də yeyir. Bəs onlar niyə zəhərlənmir".

Dietoloqlar isə düşünür ki, bu hadisələrin baş verməsinin əsas səbəbi tələbələrin qidalanmalarında fəst fud, mənşəyi bəlli olmayan ucuz qidalara üstünlük vermələridir.

Leyla Zülfüqarlı – Dietoloq: "Ümumiyətlə onlar qida çeşid qrupunu yəqin ki, səhv seçirlər. Tez hazırlanan bir şey seçirlər. O zaman vaxtı keçmiş qidalar da qəbul edə bilərlər. 2-ci məqam isə "fast food"lardır. İstəyir balıqla olsun, istəyir digər ətlə, hər bir halda onun mənşəyi məlum deyil. O balıqlar köhnə ola bilər, zəhərlənmə verə bilər. Bəzən qidaların bir-biri ilə də əlaqəsi ola bilir. Yəni, bəzi qidalardan sonra hansı-hansı qida qəbul olunmamalıdır. Bunu bir tələbə bilməyib edə bilər".

Kamran Əsədov – Təhsil eksperti: "Ali təhsil müəssisələrinin yaxınlığında bu tipli satış həyata keçirilməsin, yəni həyata keçirilən qida satışı yerlərində mütləq şəkildə hər gün monitorinqlər olmalıdır. Bura vaxtı keçmiş ət məhsulları gətirlə bilər, insan orqanizmi üçün zərərli olan məhsullar gətirilə bilər ki, bunlara nəzarət olunmur".

Sağlam bədəndə sağlam ruh olar. Bunun üçün isə əsas məqam sağlam qidalanmaqdır. Qidamıza diqqət yetirək ki, sonra hər hansı bir fasadla üz-üzə qalıb, sağlamlığımızı təhlükəyə atmayaq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 626   Tarix: 16 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Britaniyanın Baş naziri Sunak: "İsrail-İran gərginliyinin artması heç kimin xeyrinə deyil"

Böyük Britaniyanın Baş naziri Rişi Sunak bildirib ki, İranın keçən həftə hava hücumundan sonra İsrailin şübhəsiz ki, özünü müdafiə etmək hüququ var, lakin gərginliyin artması heç kimin xeyrinə deyil. xəbər verir ki, Sunak paytaxt Londonda "Center for Social Justice" beyin mərkəzindəki çıxışınd

19.04.2024 245
.

"Efirdə qısa geyinməyi yaraşdırmıram"

Aparıcı Xoşqədəm Hidayətqızı qısa geyinən aparıcılardan danışıb. Axşam.az xəbər verir ki, o, bu haqda sosial şəbəkədə canlı yayımda danışıb. Hidayətqızı bildirib ki, efirdə qısa geyinməyi aparıcıya yaraşdırmır:. "Efirdə qısa, açıq geyinmək. Qonağım geyinə bilər. Amma mən aparıcı, junalist olara

12:16 238
.

İlham Əliyevin diplomatiyasının növbəti zəfəri: İşğal altında olan dörd kənd qaytarıldı

Ermənistanın işğalı altında olan Qazaxın dörd kəndinin Azərbaycana qaytarılması barədə razılıq əldə edilib. AZƏRTAC xəbər verir ki, bununla bağlı Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbayca

19.04.2024 680
.

Avqustda Milli Məclisə seçkilər keçirilə bilər

"Milli Məclisə yeni seçkilər bu ilin yayında, bir qədər də dəqiqləşdirsək, avqustda keçiriləcək". xəbər verir ki, bu barədə -a məlumatlı şəxs bildirib. Mənbə bununla bağlı yerli icra hakimiyyətlərinə müvafiq göstərişlərin verildiyini qeyd edib. Bildirib ki, icra hakimiyyəti başçılarına yaxı

12:48 122
.

Hindistanın ilk şəhər hava taksisi işə başlayacaq

Hindistanın "InterGlobe" şirkəti ABŞ-nin "Archer Aviation" şirkəti ilə birgə 2026-cı ildə ölkədə ilk hava taksisini istifadəyə verməyi planlaşdırır. "InterGlobe" Hindistanın ən böyük aviaşirkətlərindən biri olan "IndiGo"ya sahibdir və "Archer Aviation"

19.04.2024 371
.

İsrail İrana qarşı cavab zərbəsi endirib - VİDEO

ABŞ mediası İsrailin İrana qarşı intiqam aksiyasına başladığını açıqlayıb. BİG.AZ xəbər verir ki, İran mediası da öz növbəsində İsfahan şəhərinin hava limanı yaxınlığında partlayışların baş verdiyini bildirib. Hadisə ilə bağlı İranda bütün uçuşlar təxirə salınıb. ABŞ-ın məlumatına görə, İsrail cümə gün

19.04.2024 462
.

Ağcabədidə avtomobil piyadanı öldürüb

Ağcabədidə avtomobil piyadanı vuraraq öldürüb. APA xəbər verir ki, Tahir Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobillə piyada Şahin Cəfərovu vurub, daha sonra yol kənarında dayanmış VAZ-2106 markalı avtomobilə çırpılıb. Nəticədə piyada aldığı xəsarətdən hadisə yerində ölüb. Faktla bağl

15:16 0
.

Rusiya əhalisi azalır

2024-cü ilin fevral ayında Rusiyada əhalinin təbii azalması davam edib. Bu barədə Rosstatın saytında məlumat verilib. Məlumata görə, 2024-cü ilin fevral ayında 97,9 min uşaq doğulub. Maksimum doğum nisbəti Dağıstan Respublikasında (+29,6, Saxalin vilayətində (+23,9%) və Adıgey Respublikasında (+23,8%

19.04.2024 460
.

Bakıda DƏHŞƏT! - Sevgilisini öldürüb özünü yaraladı

Bakıda 22 yaşlı qadın qətlə yetirilib. BİG.AZ xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb. Bildirilib ki, bu gün səhər saatlarında paytaxtın Xətai rayonunda 2002-ci il təvəllüdlü Cabbarova Elnarə Xətai qızının kəsilmiş-deşilmiş xəsarətlərdən ölməsi ilə bağlı polisə məlumat daxil olub

10:03 436