Vilayət Eyvazovdan polislərlə bağlı - CİDDİ TAPŞIRIQ

Vilayət Eyvazovdan polislərlə bağlı - CİDDİ TAPŞIRIQDaxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov nazir postuna təyinatından sonra bir sıra islahatyönümlü qərarlar imzalayıb. Bu vəzifəni icra etdiyi altı ay ərzində həyata keçirdiyi kadr təyinatları, vətəndaşların şəxsiyyət vəsiqələrini ölkənin istənilən yerindən ala bilməsi, "102" xidmətinə müraciət edən şəxslərin polis idarələrinə çağırılmadan izahatların alınması və avtomobillərə vurulan "plyonka" ilə bağlı qanunvericiliyə dəyişiklik edilənədək məhdudiyyətin aradan götürülməsi barədə əmrləri əhali arasında müsbət mənada ictimai müzakirəyə səbəb olub.

Bu dəfə nazir polis işçilərinin məzuniyyət və istirahət hüquqlarının daha da yaxşılaşdırılması ilə bağlı göstəriş verib.

"Qafqazinfo"nun verdiyi xəbərə görə, nazirin imzaladığı göstərişdə qeyd olunub ki, daxili işlər orqanlarının şəxsi heyətinin istirahət hüququnun təmin edilməsi ilə bağlı vəziyyət bütövlükdə qənaətbəxş olsa da, bəzi qurumlarda nöqsanlara yol verilir.

Araşdırma zamanı məlum olub ki, bəzi rəhbər vəzifəli şəxslər əməkdaşları zərurət olmadan istirahət günləri xidmətə çağırır, məzuniyyətlərini müxtəlif bəhanələrlə məhdudlaşdırırlar. Bu cür neqativ hallar isə cinayətlərin qarşısının alınması və açılması, ictimai təhlükəsizliyin təmin edilməsi kimi gərginliklə müşayiət olunan vəzifələrin icrasına mənfi təsirsiz ötüşmür.

Vilayət Eyvazov araşdırmanın bu nəticəsini əsas tutaraq nazirlikdə vəzifə tutan rəhbər şəxslərdən tələb edib ki, hər bir əməkdaşın həftə ərzində bir gün istirahət etməsi üçün lazımi şərait yaradılsın. Əməkdaşların məzuniyyət hüququndan istifadə etməsinə həssaslıqla yanaşılmasını və məzuniyyət günlərinin ədalət və növbəlilik prinsipləri əsasında bölünməsini tapşırıb.

General-polkovnik V.Eyvazovun göstərişində qeyd olunub ki, dövlət əhəmiyyətli tədbirlər istisna olmaqla, müstəntiq və təhqiqatçıların təlimatlandırmalara və prosessual fəaliyyət ilə bağlı olmayan digər tədbirlərə cəlb edilməsinə yol verilməsin.

Bu göstərişin icrasına nəzarət nazir müavinlərinə, Baş Kadrlar və Şəxsi Heyətlə İş İdarələrinə tapşırılıb. Əlavə olunub ki, polis əməkdaşlarının istirahət hüquqlarına riayət edilməsinin vəziyyəti rübdə bir dəfə araşdırılıb nazirə məruzə olunmalıdır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1230   Tarix: 16 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ağalarovlar terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırdılar

Araz və Emin Ağalarovlar Moskvada "Crocus City Hall"da törədilən terror aktında zərərçəkənlərə kömək üçün 100 milyon rubl ayırıblar. Konsert zalının adını daşıyan Müslüm Maqomayev Fondunun vəsaiti də yardım üçün istifadə olunacaq. Qeyd edək ki, "Crocus City Hall"un konsert zalınd

27.03.2024 319
.

Rəsmi Moskva Bakı və İrəvana çağırış etdi

Moskva Bakı və İrəvanı maksimum təmkin nümayiş etdirməyə və aqressiv ritorikadan çəkinməyə çağırır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib. Onun mətbuat konfransı Rusiya XİN-in sosial şəbəkə səhifəsində canlı yaymlanır. Zaxarovanın sözlərinə görə, bütün ərazi mübahisələr

27.03.2024 275
.

Dörd rayonda qaz olmayacaq

Kürdəmir və Göyçay rayonlarını təbii qazla təmin edən qaz təchizatı şəbəkəsində aşkar olunmuş qaz sızmalarının ləğvi, təmir-bərpa işlərinin aparılması, həmçinin, sayğacların yeni çəkilmiş qaz xətlərinin üzərinə köçürülməsi, köhnə xətlərin ləğv edilməsi ilə bağlı bu gün saat 09:00-dan "Kürdəmir"

10:06 0
.

"Öyle bir geçer zaman ki" serialının aktyoruna ağır itki

"Öyle bir geçer zaman ki" serialında Ali kaptan rolu ilə tanınan aktyor Erken Petekkayaya ağır itki üz verib. xəbər verir ki, bu barədə o sosial şəbəkədə paylaşıb. Aktyorun atası Akın Kaya bu gün səhər vəfat edib

27.03.2024 404
.

"Putin həmin gecə yatmayıb"

"Rusiya Prezidenti Vladimir Putin "Crocus City Hall"da törədilən terror aktından sonra gecəni səhərə qədər yuxusuz keçirib". "Qafqazinfo" xəbər verir ki, bunu jurnalist Pavel Zarubinə müsahibəsində Kremlin rəsmi sözçüsü Dmitri Peskov deyib. Onun sözlərinə görə, Putin həmi

10:48 0
.

Almaniyada sərnişin avtobusunun aşması nəticəsində 5 nəfər ölüb

Almaniyanın Leypsiq şəhərində sərnişin avtobusunun magistral yolda aşması nəticəsində 5 nəfər ölüb. xəbər verir ki, polisinin verdiyi açıqlamaya görə, avtobusun iştirakı ilə yol qəzası A9 avtomobil yolunda Wiedmar və Schkeuditzer Kreuz kəsişmələri arasında baş verib. Leypsiq polisinin sözçüsü Olaf Hopp

27.03.2024 193
.

İdarə rəisi təqaüdə göndərildi

DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini, Qeydiyyat-İmtahan və Texniki Baxış İdarəsinin rəisi polis polkovniki Kamran Əliyev təqaüdə göndərilib. Avtosfer-ə istinadən xəbər verir ki, xidmətdə olmanın son yaş həddinə görə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun əmri ilə Kamra

27.03.2024 487
.

Orucluqda yeməklərdə nələrə diqqət edək?

Oruc tutmaq İslamın əsas şərtlərindən biri sayılır. Müsəlmanlar orucu təkcə ruha deyil, həm də cismə mütləq faydası olacağı kimi qəbul edirlər. Metabolizmanı orucluğa hazırlamaq məqsədi ilə qidalanma alışqanlıqları və yuxu prosesinə dəyişiklik etmək lazımdır. Ramazan ayı ən çox mədə və həzm sistemin

27.03.2024 239
.

İsrail əsgəri alış-veriş edən balaca oğlanı döydü - VİDEO

İsrail əsgəri işğal altında olan Qərbi Sahildəki ərzaq mağazasına hücum edib. BİG.AZ xəbər verir ki, o ailəsi ilə alış-veriş edən balaca oğlanı döyüb. Sosial şəbəkələrdə yayımlanan görüntülər müzakirələrə səbəb olub

27.03.2024 302