Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları - TƏQDİMAT - VİDEO

Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları - TƏQDİMAT - VİDEOHər bir qadın dünyaya sağlam övlad gətirmək arzusundadır. Lakin bəzən arzuolunmaz xəstəliklər və doğuş zamanı yaranan problemlərdən heç bir qadın sığortalanmayıb. Doğuşdan əvvəl, doğuş zamanı və sonra baş verə biləcək xəstəliklər vaxtında aşkarlanmadıqda və profilaktikası aparılımadıqda daha böyük problemlərin yaranmasına - ananın və ya yeni doğulan körpənin ölümünə səbəb ola bilər. Buna görə də hamilə qadın və ya yeni uşaq dünyaya gətirən analar baş verən hər hansı arzuolunmaz hal baş verdikdə bütün məsuliyyəti həkimlərdə yox, özlərində də axtarmalıdırlar. Hamilə qadın ən azından səhhətində baş verən hər hansı neqativ halın profilaktikasını bilməlidir ki, vəziyyəti ağırlaşmadan həkimə çatdırılsın. Ana olmağa hazırlaşan qadın cəmiyyətə sağlam övlad bəxş etmək üçün mütləq məlumatlı olmalıdır. Elə məlumatlar var ki, internetdən, onlayn media və KİV-lərdən əldə etmək mümkündür. Lakin elə məlumatlar da var ki, onu yalnız kitabdan oxumaq olar. Bəzən hamilə qadınlar səhhətlərtində baş verən dəyişiliklərin qarşısını almaq məqsədi ilə yaşlı və qoca insanların tövsiyyələri əsasında müxtəlif çarələr axtarırlar. Bu isə qətiyyən kyolverilməızdir! Tanınmış mama-ginekoloq, ehtiyatda olan mayor Raisə Kazımovanın yeni işıq üzü görən "Sağlamlığa və uğura gedən yol" kitabı ana olmağa hazırlaşan qadınlar üçün əsil tövsiyələr toplusudur. (Red).

Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları - TƏQDİMAT - VİDEOLənkəran şəhərində "Sağlamlığa və uğura gedən yol" kitabı ictimaiyyətə təqdim olunub.

"Report"un Cənub Mərkəzinin verdiyi məlumata görə, tanınmış mama-ginekoloq Raisə Kazımovanın müəllifi olduğu kitabın əsas qayəsi "Sağlam ana, sağlam nəsil və güclü Azərbaycan"dır.

Təqdimat mərasimində müəllifin həkim yoldaşları ilə yanaşı Respublikanın müxtəlif bölgələrindən də qonaqlar iştirak edib. Çıxış edən qonaqlar Raisə xanımın günümüzdə çox vacib bir məsələyə diqqət yetirərək ərsəyə gətirdiyi kitabın gənclərimizin maariflənməsində yardımçı olacağını qeyd ediblər.

Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları - TƏQDİMAT - VİDEOR.Kazımova "Sağlamlığa və uğura gedən yol" kitabında öz həyat hekayəsi ilə bərabər uzun müddətli iş təcrübəsini də paylaşıb. Bu kitab gələcək analar, hamilə qadınlar və onların dünyaya sağlam övladlar gətirməsi zamanı rastlaşa biləcək xəstəliklərin vaxtında aşkarlanması, profikatikası barədə dəyərli tövsiyələrlə zəngindir.

Xatırladaq ki, həyatını Azərbaycanın cənub bölgəsinin, xüsusən də Lənkəran qadınlarının sağlamlığının keşiyində durmağa həsr edən Raisə Təyyar qızı Kazımova 1955-ci ildə Lənkəran rayonunda anadan olub.

O, 1973-cü ildə N.Nərimanov adına Azərbaycan Tibb İnstitutunun (İndiki Azərbyacan Tibb Universiteti - red) müalicə-profilaktika fakultəsinə daxil olub. 1979-cu ildə həmin İnstitutunu, 1980-ci ildə mama-ginekoloq ixtisası üzrə internaturanı bitirib.
Doğuşdan əvvəl yaranan xəstəlikləri vaxtında aşkarlamağın yolları - TƏQDİMAT - VİDEORaisə xanım 1980-ci ildən Lənkəran Mərkəzi Xəstəxanasının doğum şöbəsində fəaliyyətə başlayıb. 1992-ci ildən 2003-cü ilə qədər Lənkəran Hərbi Hospitalının cərrahiyyə şöbəsində çalışıb. 2003-cü ildən 2014-cü ilə qədər Lənkəranda "Sağlam Ailə" Mərkəzinin təsisçisi və direktoru olub. Hazırda ehtiyatda olan tibb xidməti mayorudur. Lənkəranda sonsuzluğun, hamilələrin və ginekoloji xəstəliklərin müalicəsi ilə məşğul olur.

İki qız anasıdır. Hər iki qızı onun peşəsinin davamçılarıdır. Biri Almaniyanın Osnabrük şəhərində, digəri isə Bakı şəhərindəki klinikaların birində çalışır.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 838   Tarix: 16 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Türkiyədə təlimlərdə iştirak edən Azərbaycan hərbçilərinin bir qrupu Vətənə qayıdıb

Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən "TurAz Şahini - 2021" birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb. Bu barədə BİG.AZ-a Müdafiə Nazirliyində

18.09.2021 254
.

Nəriman Abbasov Həbib Nurməhəmmədovun qohumuna nokautla qalib gəldi - VİDEO

Bu gecə Moskvada rusiyalı sabiq UFC çempionu Həbib Nurməhəmmədovun atası Əbdülmanaf Nurməhəmmədovun xatirəsinə həsr edilən turnir keçirilib. xəbər verir ki, yarış çərçivəsində azərbaycanlı döyüşçü Nəriman Abbasov rusiyalı Şamil Zavurovla qarşılaşıb. Abbasov rəqibini ilk raunddaca nokauta salıb. Qey

18.09.2021 831
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Biləsuvarda buğa məktəb direktorunun qabırğasını sındırdı

Biləsuvar rayonunda 7 il bəslədiyi buğa direktor müavinini xəstəxanalıq edib. -a istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Cürəli kəndində məktəb direktoru Alim Hacıyevin yaşadığı ünvanda olub. Hacıyev həyətyanı sahədəki təssərrüfatında mal-qaraya qulluq edərkən buğa ona qəfil hücum edib. Nəticəd

18.09.2021 995
.

Maqsud Mahmudov Ukraynada tutularaq Azərbaycana gətirildi - RƏSMİ

2020-ci ilin yanvar ayının 10-dan Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu bu il iyul ayında Ukrayna Respublikası ərazisində tutulub. Bu barədə Baş Prokurorlu

18.09.2021 2678
.

Türkiyəli professor: "Yoluxma azalmasa, qapanmaya getməli olacağıq"

"Tam qapanma yoluxma sayındakı artımdan sonra yenidən gündəmə gələ bilər". "Report" "Posta"ya istinadən xəbər verir ki, bunu türkiyəli professor Faruk Aydın deyib. "Qış çox ağır keçəcək. Qapanmaya getməmək üçün mübarizə aparırıq. Amma yoluxma sayını azalda bilməsək

18.09.2021 1281
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Paşinyan Batumidə "yoxa çıxdı"

Bir neçə gün əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan Gürcüstana rəsmi səfər edib. Onun səfəri Batumi şəhərində başa çatıb. Rəsmi məlumata görə, onunla Gürcüstanın baş naziri arasında qeyri-rəsmi görüş olub. Batumiyə səfər Ermənistan cəmiyyətinin əhəmiyyətli bir hissəsi və xüsusən də bəzi Rusiy

18.09.2021 774
.

Mehriban Əliyeva Milli Musiqi Günü münasibətilə paylaşım edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Milli Musiqi Günü ilə bağlı paylaşım edib. "Report" xəbər verir ki, paylaşımda deyilir:. "18 Sentyabr Milli Musiqi Günüdür. Bu gün doğum günlərini qeyd etdiyimiz görkəmli Azərbaycan bəstəkarlar

18.09.2021 264