"Deyirlər ki, bu yekəpər tort bişirə bilməz" - Dünya çempionu+ VİDEO

"Deyirlər ki, bu yekəpər tort bişirə bilməz" - Dünya çempionu+ VİDEOPeşələrdə cinsi ayrı-seçkilik olmasa da, ölkəmizdə şirniyyat sahəsi ilə məşğul olan kişilərə elə də çox rast gəlmirik. Hələ bu şəxs dünya çempionudursa, ona maraq lap artır.

Elə "Qafqazinfo"nun budəfəki müsahibi Rafael Tağıyev kimi... Ağırlıqqaldırma üzrə Dünya çempionu, Avropa ikincisi olan idmançımızın ölkədaxili yarışlarda da xeyli nəticəsi var. Uşaq yaşından rəsm çəkməyə marağı olan Rafael bəy özünü bir də şirniyyat sahəsində sınamaq qərarına gəlib. Son vaxtlar hazırladığı maket şirniyyatlar və tortlarla məşhurlaşan qənnadçını bir qədər yaxından tanıyaq:

"Hər zaman bizim şirniyyatçıları izləmişəm. Heykəltəraşlıq daha çox xoşuma gəlirdi. 2012-ci ildən isə şirniyyat işinə başladım. Əvvəlcə bir şirkətə rəssam kimi dəvət almışdım, daha sonra heykəltəraş kimi şokoladdan fiqurlar düzəltməyə başladım. Beləliklə, bir müddət təcrübə yığdıqdan sonra tort sahəsinə keçmək qərarına gəldim. Artıq 5 ildir ki, "Le Plaisir" qənnadı məmulatları şirkətində müxtəlif tortlar hazırlayıram".

- Bu sahə üzrə təhsil almısız?

- Özüm Kooperasiya Universitetinin "Maliyyə-Kredit" fakültəsini bitirmişəm. Ancaq bitirdikdən sonra həmin sahəyə marağımın olmadığını gördüm və peşə məktəbində aşpazlıq oxumaq qərarına gəldim. Uşaq yaşlarımdan rəsmi yaxşı bacarsam da, hər hansı təhsil almamışam. Həm də nəsə bişirməyə, mətbəxdə olmağa da marağım var idi. Düzü, yemək bişirməyi sevmirəm, heç vaxt aşpaz olmaq istəməmişəm. Ancaq şirniyyatlar, pizza hazırlamaq mənə xoş gəlir. İnsan gərək öz peşəsindən zövq alsın. Mən hər dəfə yeni nələrsə edəndə çox sevinirəm.

Bu sahədə uğurlarım olduqca marağım artdı. İşi bir az da böyüdərək toylarda şou - tortu bəy və gəlinlə birlikdə yığmaq təklifi irəli sürüldü. Mən də razılaşdım. İlk dəfə çox həyəcan yaşasam da, artıq adi haldır. Hamıya da maraqlı gəlir.

- İdmançılar adətən mətbəxdən uzaq insanlar olur. Üstəlik, bizim ölkəmizdə kişiləri tort hazırlayan zaman görmək insanı təəccübləndirir.

- Dünya restoranlarının çoxunda, bizim özümüzdə də qadın aşpaz azdır. Qadın da bacara bilər, kişi də. Hər hansı bir sahədə cins ayrımı etmək yaxşı hal deyil.

- Bəs idman karyeranız necə başlayıb?

- Uşaqlıqdan idmana da marağım var. Məktəb illərindən həvəskar məşğul olmağa başlamışam. Daha sonra ağırlıqqaldırma üzrə dəfələrlə Dünya və Avropa çempionu olmuş bir dostum özümü sınamağa dəvət etdi. Sınadım və peşəkar məşğul olmağa başladım. Ağırlıqqaldırmada Dünya çempionu, Avropa ikincisi olmuşam.

- Bəs hazırda da məşqləriniz davam edir? Vaxt baxımından sıxıntı yaranmır ki?

- Vaxtın az olmasına baxmayaraq, hazırda da peşəkar karyerama davam edirəm. İşdən sonra müntəzəm olaraq məşqlərimi edirəm, elə mart ayında respublika çempionatına hazırlaşırıq. İnsan istəsə, hər şeyə vaxt tapa bilər.

- Kənardan baxanlar, sizi sonradan tanıyanlar hansı işlə məşğul olduğunuzu təxmin edirlər?

- Reaksiyalar müxtəlif olur. Deyirlər ki, bu boyda yekəpər insan belə tort bişirə bilməz. İnanmırlar. Göstərirəm, yenə inandıra bilmirəm. Düzü, belə mənə daha xoş olur. Ancaq tanıyan, tanıyır. Başa salmağa, insanları nəyisə inandırmağa vaxtımı sərf etmirəm. Onsuz da sonradan görürlər.

İdmançılar peşəmi soruşanda deyirəm, instaqram səhifəmə gir bax. Elə bilirlər maketdir, zarafat edirəm. Sonradan inanırlar ki, hazırladığım tortlardır.

Həmçinin onlar üçün protein, dietik tortlar da hazırlayıram deyə maraqlı gəlir, artıq öyrəşiblər. Xüsusi sifarişlər olur.

- Yəqin ki, övladlarınızın da xüsusi sifarişləri olar.

- Evliyəm, iki övladım var. Onların baxdığı cizgi filmlərinə uyğun tortlar hazırlayıram, maraqlı gəlir. Böyük oğlumun 4 yaşı var, ancaq onda da indidən həm idmana, həm də mənim bu sahəmə maraq görürəm. Onlarla birlikdə pizza bişiririk, fiqurlar hazırlayırlar.

- Xeyli maraqlı əl işiniz var. Bilmək olar təqribən nə qədər vaxtınızı alır?

- Fiqurlarından asılı olaraq torta ayrılan vaxt dəyişir. Ancaq sürətli işləyirəm, elə olur ki, günə 9-10 tort çıxara bilirəm. İndiyə kimi ən uzun işim toy maketi olub. Çox az insan toy üçün böyük tort sifariş verir. Əsasən, maketlər hazırlayırıq.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 2268   Tarix: 16 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş

Oxşar xəbərlər

.

Ofis daxilində yaranan havasızlıq işçilərin yaddaşına və diqqətinə təsir edir

Mütəxəssislərin apardığı araşdırmalar nəticəsində məlum olub ki, işçilərin ofisdə iş zamanı yorğunluğunun və halsızlığının əsas bir vacib səbəbi var. Belə ki, bu səbəb təkcə işçilərin işləmək istəməməsi ilə əlaqədar deyil. Söhbət iş yerində olan havasız şəraitdir. ABŞ-dan olan tədqiqatçılar işçiləri

12.09.2021 489
.

Oturaq həyat tərzi keçirənlər necə qidalanmalıdır? - Dəyərli məsləhətlər

Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) "AQTA maarifləndirir" rubrikası davam edir. agentliyə istinadən xəbər verir ki, rubrika çərçivəsində AQTA və Qida Təhlükəsizliyi İnstitutunun (AQTİ) mütəxəssisləri tərəfindən hazırlanan maarifləndirici materiallar, sağlam qidalanm

11.09.2021 659
.

Anasının meyitini mumyalayıb bir il zirzəmidə saxladı və 100 MİN MANAT pensiya aldı

Avstriyanın Tirol ərazisinin 66 yaşlı sakini bir ildən çox 89 yaşlı anasının mumyalanmış meyitini zirzəmidə saxlayaraq, pensiyasını alıb. BİG.AZ xəbər verir ki, bu barədə "BBC News" yazır. Polisin məlumatına görə, demensiya xəstəsi olan qadın 2020-ci ilin iyun ayında qocalıqdan vəfat edib

13.09.2021 2571
.

Körpüyə görün hansı ad verildi - FOTOLAR

ABŞ-ın Oreqon ştatının Portland şəhərində piyada körpülərindən birinə "Simpsonlar" ("The Simpsons") cizgi filminin personajının adı verilib. xəbər verir ki, bu barədə yazır. Belə ki, həmin körpü "Simpsonlar" cizgi filmindəki Ned Flanders personajının şərəfnə adlandırılıb

15.09.2021 1164
.

"Atam anama deyirdi ki, mənə raxit övlad lazım deyil, at onu uşaqlar evinə" - 21 yaşlı "rezin qız"

Hal-hazırda 21 yaşım var, doğuşdan 5 yaşına kimi mən nə danışmışam, nə də yerimişəm. Allah bu rezinliyi oyuncağım olaraq vermişdi mənə. Anormal olsam da, əyilib-büzülürdüm, ayağımı başıma, başımı ayağıma qoymasaydım qala bilmirdim, çox sıxılırdım". Bunu -a anadangəlmə qeyri-adi istedada malik, "rezi

12.09.2021 5476
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724
.

Məşhur şirkətlərdə məvaciblər nə qədərdir?

Bir çoxları "Google", "Facebook", "Amazon", "Uber", "Microsoft", "Intel", IBM kimi tanınmış ABŞ şirkətlərdə çalışmaq arzusundadır. Cari ilin ilk yarısında texnoloji nəhənglər 80 min nəfərdən çox əcnəbi əməkdaşı işə cəlb edib. Bəs görəsən onlar

16.09.2021 817
.

Doğum evində skandal: 20 il sonra məlum oldu ki...

İspaniyada 20 il əvvəl iki qız uşağının səhv ailələrə verildiyi açıqlanıb. Rəsmi dairələrin məlumatına görə, hadisə Rioxa bölgəsində baş verib. Açıqlamaya görə, hadisə tibb işçilərinin diqqətsizliyi səbəbilə baş verib. Bildirilir ki, uşaqlar 5 saat fərqlə dünyaya gəlib. Onlar zəif olduğu üçün xüsus

12.09.2021 2121
.

Prokuror küçədə çılpaq vəziyyətdə gəzdi: Sakinlər polisə şikayət etdi - FOTO

Polşanın cənub-şərqində yerləşən Svidnitsa şəhərində prokuror küçədə çılpaq vəziyyətdə gəzib. Ətrafdakı insanların çəkdiyi fotolarda çılpaq vəziyyətdə olan kişinin əlində dörd pivə butulkası ilə ərzaq mağazalarını gəzdiyi əks olunub. Digər görüntülərdə prokurorun tamamilə çılpaq bir vəziyyətdə küçələr

12.09.2021 1423