Taksi qəza törətdi, piyada son anda xilas oldu - ANBAAN VİDEO

Taksi qəza törətdi, piyada son anda xilas oldu - ANBAAN VİDEO

Bakıda baş vermiş qəza anı kameraya düşüb.

Avtosfer.az xəbər verir ki, hadisə paytaxtda təmir olunan küçələrin birində baş verib.

Belə ki, yolun bir tərəfi bağlandığı üçün avtomobillər müvəqqəti olaraq qarşılıqlı hərəkət ediblər.

Bu zaman “Mercedes 190” markalı taksi sürücüsü köməkçi yoldan çıxaraq sola getmək istəyib.

Sağdan gələn maşını gözləməyən taksi sürücüsü yola çıxan kimi onunla toqquşub.

Zərbənin gücündən qopmuş parçalar yolun ortasındakı arakəsmə səki ilə gedən piyada dəyib. Piyada son anda ağır xəsarət almaqdan canını qurtarıb.




Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 568 Tarix: 16.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər