"Deyir ki, vannada lüt uzanmısan, Afət məni o qədər söyüb ki, ərizəyə sığışmır" - Flora Kərimova həmkarını məhkəməyə verir

"Deyir ki, vannada lüt uzanmısan, Afət məni o qədər söyüb ki, ərizəyə sığışmır" - Flora Kərimova həmkarını məhkəməyə verir

Xalq artisti Flora Kərimova qalmaqal yaşadığı müğənni Afət Fərmanqızını məhkəməyə verir.

BiG.AZ xəbər verir ki, Flora Kərimova “Ən yaxşısı” verilişində qonaq olub. Aparıcı Mətanət Əliverdiyeva xalq artistinə "yaman davakar olmusuz ha, Flora xanım" deyib . F.Kərimova isə müğənni Afət Fərmanqızı ilə davalarından danışıb:

“Əcəb eləmişəm, məni söyəndə necə etməliyəm bəs? Peşman olub dedim ki, Afət, Nəsiminin qəzəlini belə oxumurlar. Mən 2 kəlmə söz deyib, mumladım. Afət məni yıxıb-sürüdü. Mən də cavab vermədim. Sonra dedi ki, fikir verməyin, hürür-hürür, amma tuta bilmir. Mən də onu məhkəməyə verirəm. Filmdə bir şəklim var. O şəklə görə deyir ki, vannada lüt uzanmısan. Yalanı bir neçə dəfə deyəcək, insanlar da o yalana inanacaq. Afət, sən elə paltarda oturub “Dolya” oxumusan. Mənim ixtiyarım yoxdur ki, kiməsə irad bildirim? Bütün söyüşlərin ərizəyə yazıram, sığışmır kağıza o qədər söyüb ki”.

Samirə Qasımova


Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3341 Tarix: 16.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər