Makron Rusiyadan Napoleonun dostunun cəsədinin qalıqlarını istəyib

Makron Rusiyadan Napoleonun dostunun cəsədinin qalıqlarını istəyib

Fransa Rusiyadan Napoleon Bonapartın yaxın dostu general Gyudenin cəsədinin qalıqlarını qaytarmasını istəyib.

Bu barədə “Le Point” məlumat yayıb.

Fransa Prezidenti Emmanuel Makron cəsədin qalıqlarının təhvili əməliyyatına başlamağı xahiş edib. O həmçinin bu münasibətlə Rusiya Prezidenti Vladimir Putinin iştirakı ilə mərasim keçirməyi planlaşdırır. Generalın cəsədinin qalıqlarının Parisdə dəfn olunacağı gözlənilir.

Makron bununla Fransa-Rusiya əlaqələrini möhkəmləndirmək istəyir və bu addımı Fransa prezidenti tərəfindən salınmış körpülərdən biri adlandırır.

Qeyd edək ki, Qyudenin cəsədi bu ilin iyul ayında Smolenskdə aparılan arxeoloji qazıntılar nəticəsində aşkarlanıb.

Mənbə: oxu.az

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 511 Tarix: 15.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər