Türkiyədə sənədsiz yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!

Türkiyədə sənədsiz yaşayan azərbaycanlıların DİQQƏTİNƏ!Türkiyədə yaşayan azərbaycanlıların sənədləşdirilməsi mərhələli şəkildə həll olunacaq.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən bildirir ki, bu barədə Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim məlumat verib: "Bizim qarşımızda bununla bağlı ali rəhbərlik tərəfindən də tapşırıqlar qoyulub. Səfirlikdə bizim Daxili İşlər Nazirliyinin təmsilçiləri də var. Dövlət Miqrasiya Xidməti, Diasporla İş üzrə Dövlət Komitəsi bu məsələnin həlli istiqamətində işlər görür. Bu yaxınlarda da səfirlik tərəfindən bu məsələ ilə bağlı müvafiq işlər görülüb, yazışmalar aparılıb. Artıq həmin azərbaycanlıların siyahısı hazırlanaraq Türkiyə tərəfinə təqdim edilib. Yəqin ki, qısa zamanda bu məsələ hissə-hisə həll olunacaq".

X.İbrahim bildirib ki, eyni zamanda Türkiyədə yaşayan uşaqların təhsil problemi də var: "Türkiyənin təhsil naziri ölkəmizə səfər edərkən Azərbaycanın Təhsil naziri Ceyhun Bayramov bu məsələni onun qarşısında ciddi şəkildə qaldırıb ki, sənədsiz uşaqlar da normal məktəblərdə təhsil ala bilsinlər".

Səfir həmçinin qardaş ölkədə sənədsiz yaşayan azərbaycanlıların deportasiya edilib-edilməyəcəyinə də aydınlıq gətirib: "Orada yaşayan azərbaycanlılar deportasiya olunmayacaqlar. Onların Türkiyədə yaşaması üçün sənəd məsələsi həll olunacaq. Bunun üçün Azərbaycan və Türkiyənin hüquq mühafizə orqanları sıx işləməlidirlər. İlkin etapda Türkiyədə sənədsiz yaşayanların bir qisminin sənəd problemi həll ediləcək. Sonrakı mərhələdə isə Türkiyədə yaşayan digər sənədsiz azərbaycanlıların, ümumiyyətlə hər birinin məsələsinin həll olunmasına dair işlər görüləcək".


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1124   Tarix: 15 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Onların təhsilhaqqını dövlət ödəyəcək

Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək. "Qafqazinfo" xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Təhsil haqqında"

13:19 0
.

Quzu ətindən baha olan göbələk növü - VİDEO

Bəzi rayonlarda quzu ətindən baha olan quzuqarnı göbələyi satılır. Şabran rayonu, Gəndob-Yalama yolunun kənarında satışına daha çox rast gəlinən göbələyin qiyməti ötən illə müqayisədə artıb. Quzuqarnının yığımı və satışı ilə məşğul olan şəxslər deyirlər ki, hazırda kiloqramı 30-45 manat aralığında təkli

10:50 0
.

Bu şəxslər üçün cəzalar sərtləşdirilir - 2500 AZN CƏRİMƏ OLUNACAQLAR

Fövqəladə vəziyyət rejiminin tələblərini pozan fiziki şəxslər üçün cəzalar sərtləşdirilir. BİG.AZ trend-ə istinadən xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişiklikdə əksini tapıb. Layihəyə əsasən, gündəli

12:50 0
.

Kraliça Kamilla rəsmi tədbirlərə qatılır

İngiltərə kralı Çarlz və şahzadə Keyt Midlton səhhətlərindəki problemlərə görə rəsmi tədbirlərdə iştirak edə bilmir. xəbər verir ki, onları kraliça Kamilla əvəz edərək tədbirə qatılıb. İngilitərə xalqı "Keytə sevgilərimizi göndər" yazılı qeydlər göndəriblər

28.03.2024 191
.

Azərbaycanda bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR

Vergi orqanlarının vəzifəli şəxslərinə xüsusi rütbələr üzrə müəyyən edilən maaşlar artırılır. BİG.AZ xəbər verir ki, bu barədə məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən "Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnamə"yə təklif edilən dəyişiklikdə əksini tapıb. Dəyişikliy

14:55 0
.

"Azerçay" Novruz festivalı ilə sakinləri sevindirib

Doğma çay markası "Azerçay"ın təşkilatçılığı ilə Bakı və Gəncə şəhərlərində Novruz bayramı münasibətilə festival təşkil edilib. Şəhər sakinlərinin tətil günlərində maraqlı və əyləncəli vaxt keçirmələri üçün müxtəlif milli oyunlar və yarışlar keçirilib. Hər kəsin böyük maraqla qatıldığı tədbird

10:59 0
.

Almaniyada yanğın nəticəsində ölənlərin xatirəsi yad edilib - VİDEO

Almaniyanın Solingen şəhərində yerləşən 4 mərtəbəli binada yanğın baş verən yanğınla bağlı mərasim keçirilib. BİG.AZ xəbər verir ki, hadisə nəticəsində eyni ailədən olan 4 nəfər ölüb. Onların Türk mənşəli Bolqarıstan vətəndaşları olduğu bildirilib. 1993-cü il mayın 29-da Solingen şəhərində evlərini

12:26 0
.

ABŞ Qəzzadakı soyqırımı qəbul etməyib

Amerika Birləşmiş Ştatları BMT-nin İsrailin Qəzzada soyqırım törətdiyinə dair hesabatını rədd edib. xəbər verir ki, ABŞ Dövlət Departamenti İsrailin soyqırım törətmədiyini iddia edib. Nazirliyin sözçüsü Metyu Miller, Tel-Əviv rəhbərliyinə dəstəyin davam etdiyini açıqlayıb. Birləşmiş Millətlər Təşkilatını

28.03.2024 127
.

DİN-dən vətəndaşlara MÜRACİƏT: "Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın"

Daxili İşlər Nazirliyi (DİN) bir daha vətəndaşlara müraciət edərək, hesab məlumatlarını naməlum şəxslərlə paylaşmamağı tövsiyə edib. Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin rəisi Elşad Hacıyev bildirib. "30 00, 17 00, 26 700, 9 00, 270, 500, 678, 852, 310, 400 manat məbləğlərind

28.03.2024 198