Mahsun Kırmızıgül 14 il sonra bunu etdi - VİDEO

Mahsun Kırmızıgül 14 il sonra bunu etdi - VİDEO
Müğənni Mahsun Kırmızıgül 14 illik fasilədən sonra ilk dəfə mikrofon qarşısına keçib.

“Qafqazinfo” xəbər verir ki, hazırda aktyor-rejissor kimi fəaliyyətini davam etdirən Kırmızıgül “Mücize 2: Aşk” filmi üçün “Yoksun sən” mahnısını səsləndirib. Müğənni sosial şəbəkədə yeni bəstəsini belə təqdim edib:

“Uzun və zəhmətli işdən sonra “Möcüzə 2: Aşk” filmi üçün səsləndirdiyim “Yoksun sən” adlı əsərimlə sizinləyəm. Simfoniya çalındı və mən ilk dəfə 14 il sonra mikrofon başına keçdim”.

Qeyd edək ki, adıçəkilən filmdə mərhum Əməkdar artist Xanım Qafarovanın qızı Gövhər də epizodik rolda çəkilib.


BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Şou biznes Oxunub: 3342 Tarix: 15.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol