Bakı metrosunda qorxulu anlar: Sərnişin relslərin üstünə yıxıldı - FOTO

Bakı metrosunda qorxulu anlar: Sərnişin relslərin üstünə yıxıldı - FOTO
Bu gün səhər saatlarında Bakı metropoliteninin “Azadlıq prospekti” stansiyasında 20-25 yaşlarında bir nəfər qatar relslərinin üstünə yıxılıb.

Bu barədə jurnalist Səməd Məlikzadə öz “Facebook” profilində yazıb.

Jurnalist qeyd edib ki, bir anda iki gənc özünü ona tərəf atıb və oğlanı qatar keçən ərazidən götürüblər.

Tezliklə “Dərnəgül” stansiyasından qatar gəlsə də, xoşbəxtlikdən ağır faciə baş verməyib.

Relslərə yıxılan şəxs huşunu itirmiş halda olub.

Ayıldıqdan sonra polis əməkdaşları onu müayinə üçün aparıblar. (oxu)

Bakı metrosunda qorxulu anlar: Sərnişin relslərin üstünə yıxıldı - FOTO

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 3180 Tarix: 15.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol