Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı - FOTO

Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı - FOTO
Bakı-Qazax-Gürcüstan sərhədi avtomobil yolunun Hacıqabul və Kürdəmir rayonları ərazisindən keçən Muğanlı, Qarasu, Padar və Sığırlı yaşayış məntəqələrin əhatə edən yol sahələrində bir neçə nöqtədə piyadavurma təhlükəsi yaranması səbəbindən həmin yolun işıqlandırılması üçün DİN BDYPİ Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə müraciət edib.

Agentlik tərəfindən yuxarıda qeyd olunan yaşayış məntəqələrini əhatə edən 45 km yol sahəsində işıqlandırma bərpa edilib. Artıq 10 gündən çoxdur ki, sözügedən kəndlərin ərazilərində yollar tam olaraq işıqlandırılır.

Prosesin davamlı olacağı, digər qəza təhlükəli nöqtələri təhlil edərək həmin ərazilərin də işıqlandırılması barədə aidiyyəti qurumlar qarşısında vəsatət qaldırılacaq.(oxu)

Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı - FOTO
Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı - FOTO
Sürücülərə şad xəbər: Bu yollar işıqlandırıldı - FOTO

Şikayətiniz varsa Whatsapp: 077 7125666

f Paylaş
Bölmə: Xəbərlər Oxunub: 530 Tarix: 15.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol
Unvan.az Turlar ev alqi satqisi

Azərbaycandan son xəbərlər