Uşaqların qısa boy olmağının səbəbi nədir? - ARAŞDIRMA

Uşaqların qısa boy olmağının səbəbi nədir? - ARAŞDIRMAValideynlərin əksəriyyəti övladlarının uzun boylu olmasını arzulayır. Hətta bunun üçün müxtəlif vasitələrə əl atırlar. Uşaqlarının daha yaxşı boy atması üçün dərmanlardan mədəd umanlar da az deyil. Görəsən, uşaqların boyunu atmasına hansı amillər mane olur?

BiG.AZ medicina.az-a istinadən bildirir ki, fizioterapevt Zaur Əliyevin Lent.az -a bildirdiyinə görə, uşaqların boyunun atmasında birincisi, genetik, ikincisi, onurğa sütununun əyri olması amili əsas rol oynayır: "İnsan onurğa vasitəsilə boy atır, böyüyür. Əgər onurğada əyrilik, fəqərənin pozulması kimi problemlər varsa, bunun nəticəsində boy artmır. Bundan başqa, əgər insanın genində, nəslində boy qısalığı varsa, bu amil irsən ötürülür. Qidalanma amilinin rolu azlıq təşkil edir".
Həkimin sözlərinə görə, yetkinlik yaşına çatmış insanlarda boyun 1 metr 60-65 santimetrə qədər uzanması normal hesab olunur.

Onun sözlərinə görə, uşaqların boyunun yaxşı atması üçün vaxtında müayinə etdirmək, onurğasında problemi, fəqərə burulması varsa, aradan qaldırmaq lazımdır: "Onurğasında problemi olan uşaqlar inkişaf etmir".

Z.Əliyev onu əlavə edib ki, uşaqlar 18-yaşına çatdıqdan sonra boyatma dayanır.

Qeyd edək ki, dünyada aparılan tədqiqatlara görə, boyun 190 sm-ə qədər uzanması insana yaraşıq versə də, həmin göstəricidən çox olması artıq normal sayılmır.

Bundan başqa, aparılan araşdırmalar boyatmada böyümə hormonunun (Somatotropin) da rol oynadığını ortaya qoyur. Çünki həmin hormon uşaqların sümük toxumalarını xəbərdar edər və onların boylarının uzanmasına təsir göstərər.

Hormonun az ifraz olunması boyun uzanmasına mənfi təsir edir. Uşaqlarının boyu balaca olan valideynlər bu hormonun miqdarını yoxlatdıra bilərlər.

Dünyada aparılan araşdırmalar nizamlı və sağlam qidalanmanın da boya təsir etdiyini ortaya qoyur. Proteinli qidalar uşaqların boyunun uzanmasına müsbət təsir edir. Buna görə də uşaqların süd və süd məhsulları, eləcə də ət məhsulları ilə qidalanması önəmlidir.

Bundan əlavə, uşaqlar müxtəlif tərəvəz və meyvələr, qoz-fındıq da istifadə etməlidir.

Alimlərin fikrincə, insanların yaşadıqları bölğə və iqlim şərtləri də boya təsirsiz ötüşmür. Məsələn, şimalda soyuq iqlimdə yaşayan uşaqlar isti cənub ölkələrində olanlardan daha çox boy atır. Elm adamları hesab edir ki, Günəş şüalarının çoxluğu boyartma prosesinə mənfi təsir edir.

Həkimlərin verdiyi məlumatlara görə, sağlam uşaqlar daha yaxşı boy atır. Tənəffüs yolları problemləri, qan azlığı, bağırsaq və ürək narahatlıqları boyun uzanmasına əngəl ola bilir.

Bundan başqa, uşaqların ruhi vəziyyəti də boy artmasında rol oynayır. Psixoloji pozğunluqlar, stress kimi faktorlar boyun uzanmasına mənfi təsir edir.

Dünyada aparılan tədqiqatlara görə, qızlarda 19, oğlanlarda 21 yaşında boyun uzanması tamamlanır. Əgər uşaqlar bir ildə 5 santimetrdən az boy atırsa, son bir ildə geyimlərinin, ayaqqabısının ölçüsündə dəyişiklik qalmayıbsa, sinifdə hamıdan balaca olması ilə bağlı şikayət edirsə, yaşıdlarından balaca olduğundan, özü üçün daha azyaşlı dostlar seçirsə, boyunun balacalığından dolayı özünə olan güvənini itirir və dərslərində geri qalırsa, deməli, narahatlığa əsas var.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1185   Tarix: 15 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Evlənməzdən əvvəl özünüzdən bunları soruşun – 12 SUAL

Evlənirsiniz, yaxud gələcəkdə ailə qurmağı planlaşdırırsınız? Belə vacib qərar verməzdən əvvəl özünüzdən soruşmalı olduğunuz suallara cavab vermisinizmi? Uzun sürən bu macəraya başlamazdan əvvəl nələrə diqqət etməlisiniz?. -a istinadən sizə evlənmədən öncə özünüzdən soruşmalı olduğunuz 12 sualı təqdi

15.09.2021 1571
.

Bu köpəkbalığı donuza oxşayır - FOTO

İtaliyanın Elba adasında üzdən donuza bənzəyən qeyri-adi köpəkbalığı tutulub. BİG.AZ xəbər verir ki, bu barədə "Daily Mirror" yazır. "Donuz-kopəkbalığı" kimi tanınan və nəsli kəsilmək üzrə olan bu balıq Qımızı Kitaba salınıb. Yerli okeanariumun əməkdaşı Yuri Tibertonun sözlərinə görə

10.09.2021 1424
.

Doaqlarınızın quruluğundan bezmisiniz? - ÇARƏ BURADA

MƏHSUL HAQQINDA. Faydaları:. - Dodaqların həcmini artırır, kontur xətlərini ortaya çıxarir. - Dodaqlardakı qırışıqlari azaldır. - Zədələnmiş, çatlamış dodaq toxumasını bərpa edir. - Dodaqları nəmləndirir və onlara yumuşaqliq bəxş edir. - Günəş şualarina qarşı qoruma təmin edən dodaq baxım məhsuludur

14.09.2021 364
.

Borşa da abidə qoyulacaq

Kiyev şəhər rəhbərliyi borşa qoyulacaq abidənin anonsunu verib. -a istinadən xəbər verir ki, abidənin qastroturizmin populyarlaşdırılması baxımından əhəmiyyətli olacağı bildirilib. Müvafiq təşəbbüsü aşpaz Yevgeni Klopotenko irəli sürüb. O, Ukraynada duzlu xiyara, qarpıza, dondurmaya və bu kimi qida vasitələrin

10.09.2021 1189
.

On ildən sonra övladı doğuldu, tearda baş verənlər ölümünə səbəb oldu - Arzusu ürəyində qalan Xalq artistimiz

BİG.AZ -a istinadən Xalq artisti İlham Əsgərov haqqında maraqlı faktları təqdim edir. İlham Təvəkkül oğlu Əsgərov 16 iyul 1958-ci ildə Masallı rayonunun Xançobançı kəndində anadan olub. Hələ uşaqlıq illərindən teatra həvəs göstərib. Məktəb illərində ilk dəfə səhnəyə 9-cu sinifdə çıxıb. O, Abbas Səhəti

11.09.2021 2055
.

Ovuclarınızı birləşdirin: Sevgi haqqında nələr öyrənəcəksiniz?

Ovuclarınızın içindəki sevgi xətti xarakteriniz haqqında çox şey deyir. -a istinadən məlumat verir ki, bir insanın əlləri o insan haqqında çox şey deyə bilər. Bu, uzun müddətdir ki, xarakter təhlili aparan insanlar üçün təsirli bir üsuldur. Əgər bu sizə də maraqlıdırsa, o zaman ovuclarınızı birləşdirin

16.09.2021 1627
.

Kolbasa, kabab və burger - Gündə 25 qram yesəniz...

Britaniyada Leeds Universiteti tərəfindən aparılmış bir araşdırma hər gün emal olunmuş ət yeyən insanlarda demensiya (ağıl zəifləməsi) riskinin 44 faiz arta biləcəyini göstərib. -a istinadən bildirir ki, araşdırmada kolbasa, kabab və burger kimi qidaların orta və daha yuxarı yaşlarda beyin sağlamlığın

14.09.2021 1495
.

Çox təcili 9 mkr-da Mir Cəlal küçəsində təmirli mənzil satılır!

16 ci mərtəbədə təmirli qanuni 2 otaq əlavə 1uşag otağı var.Qazı,suyu,işığı daimidir.Bağça,məktəb 100 metr məsafədə yerləşir. Evin çıxarışı var. Qiymət 12800man. Əlaqə üçün (055) 8166886. (050) 3127604

13.09.2021 1018
.

Aygün Kazımovanı arxada qoydu, 31 yaşında Amerikada güllələndi – Azərbaycanlı müğənninin faciəvi həyatı

Sevil Maqsud qızı Hacıyeva 3 oktyabr 1968-ci ildə Bakı şəhərində anadan olub. Gənc yaşlarından etibarən musiqi fəaliyyətinə başlayan Sevilin qısa zaman ərzində istedadı kəşf edilir və müxtəlif musiqi tədbirlərində çıxış etməyə başlayır. Azərbaycan Dövlət Konservatoriyasının fortepiano şöbəsində təhsi

12.09.2021 3724