İslamı qəbul edən dünya ULDUZLARI

İslamı qəbul edən dünya ULDUZLARIİslam, dünyanın ən sonuncu, eyni zamanda mükəmməl dinlərindən biri hesab olunur. Hazırda 1,8 milyarddan çox insan var ki, bu dinə inanaraq, onun bütün vacib əməllərini yerinə yetirir. Bu dinin gözəlliyidir ki, artıq müasir dünyada insanlar dinlərini dəyişərək, İslam dininə pənah gətirirlər. Dinini dəyişənlər arasında təkcə adi insanlar yox, eyni zamanda dünya ulduzları da yer almaqdadır.

BiG.AZ Modern.az-a istinadən İslam dinini qəbul edən dünya ulduzlarının adlarını təqdim edir:

1. İslamı qəbul edən məşhurlardan biri də Hollivud ulduzu Uil Smitdir. Aktyor filmdə Məhəmməd Əlini canlandırdıqdan sonra belə bir qərar qəbul edib. Hollivud ulduzu İslam dinini qəbul etməkdə heç də peşman olmadığını bildirib.

2. Dəb ikonası, beynəlxalq hüquq üzrə mütəxəssis və Corc Klunini evlənməyə, hətta ata olmağa razı salmış qadın Amal Kluni İslam dininə sitayiş edir. Əkiz övlad gözləyən Amalın övladlarını hansı dinə yönəldəcəyi böyük maraq doğurur.

3. Fransanın məşhur əlcəzairli futbolçusu Zinəddin Zidan da İslam dinini qəbul edən məşhurlardan biridir. Əlcəzair əsilli müsəlman idmançı Fransanın ən sevimli futbol ulduzudur. "Mən Əlinin nökəriyəm" deyən Zidan İslam dinini qəbul etməkdə heç zaman utanmadığını vurğulayıb. Məşhur futbolçu Ronaldo kimi BMT-nin Sülhməramlı səfiridir. Xeyriyyəçiliklə məşğuldur, leykodistrofiyalı uşaqlara yardım təşkilatları ilə əməkdaşlıq edir. Hazırda Madrid şəhərində yaşayır.

4. Məşhur Survivor yarışmasının iştirakçısı, model "Kainat gözəli"seçilən Almeda Abazi də müsəlmanlığı qəbul edib. Əslən Albaniyadan olan model öz dininə sadiq qalmadığını da söyləyib. Qeyd edək ki, Almeda Albazi türkiyəli məşhur aktyor Tolgahan Sayışmanla 2017- ci ildə ailə həyatı qurub. Hazırda Türkiyədə yaşayır.

5. Əsl adı Frederick Russell Jones olan məşhur Amerikalı pianoçu, cazmen İslam dinini qəbul etdikdən sonra adını dəyişərək Əhməd Camal qoyur. Hər kəs onu Ahmad Jamal deyə tanıyır.

ƏTRAFLI
ArazMarketler
6. Maykl Ceksonun doğma bacısı Canet Cekson da İslamı qəbul edənlərin sırasındadır. Canet Yaxın Şərqə köçərək İslam dinin qəbul edib. Onun müsəlmanlığı qəbul etməsində qətərli milyarder əri Vissam Əl Mana mühüm rol oynayıb. Hətta müğənni dinini dəyişdikdən sonra, hicaba keçib.

7. Məşhur amerikalı reper, aktyor Snoop Dogg (əsl adı Calvin Cordozar Broadus) 2009-cu ildə tanış olduğu "Nation of Islam" qrupuna qoşularaq, müsəlmanlığı qəbul edib.

8. Tanınmış model Fələstin əsilli Bella Hadid də İslam dinini qəbul edib. O, hətta hər fürsətdə müsəlman olduğunu bildirir. Üslubu ilə fərqlənən Bella Hadid jurnalların birinə verdiyi müsahibədə müsəlman olduğundan qürur hissi keçirdiyini söyləyib.

9. Oskar qazanan ilk müsəlman aktyor Mahershala Ali İslam dini inancına görə yaşayır. Hətta dinin əsas vacib əməllərini də yerinə yetirir.

10. Tyerri Anri İslam dinini 2006-cı ildə qəbul edib. İslam dininə marağı onda məşhur fransız futbolçu Frank Riberi oyadıb.


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1419   Tarix: 15 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Hər gün qulağı masaj etsəniz, nə olar? - İNANILMAZ TƏSİRİ

Stress, narahatlıq, baş ağrısı, yorğunluq və ya artıq çəki. İndiki vaxtda bu problemləri yaşamayan insan demək olar ki, yoxdur. Bioenergetiklər bu problemləri bədənin müxtəlif nahiyələrindəki nöqtələri masaj etməklə aradan qaldırmağın mümkün olduğuna inanır. Onlar iddia edir ki, qulaq masajı bədən üçü

24.03.2024 2996
.

Balıq niyə limonla yeyilməlidir? Beş əsas SƏBƏB

Restoranlarda balıq və dəniz məhsulları yeməkləri bir səbəbə görə limonla verilir. xarici KİV-ə istinadən bildirir ki, aşpaz Yuliya Arxipova balıq yeməklərinin nəyə görə limonla yeyilməsinin səbəbini açıqlayıb. Birincisi, gözəldir. Balıq yeməklərini bəzəmək üçün göyərti, bibər, pomidor da istifadə ed

24.03.2024 734
.

Bakıda çörək zavodunun açılış mərasimi - Nadir GÖRÜNTÜLƏR + VİDEO

AzTV-nin "Qızıl Fond"u illər əvvəl Bakı şəhəri Keşlə qəsəbəsində olan çörək zavodunun açılış mərasimindən görüntülər təqdim edib. Həmin görüntülərdə zavodun fəaliyyət istiqamətləri və iş prinsipi əksini tapıb.( )

16.03.2024 436
.

Reabilitoloq qocalmanı ləngitməyin sadə və təsirli yollarından danışdı

Yaşlanma əlamətlərini gecikdirmək və orqanizmi uzun müddət cavan saxlamaq üçün daimi olaraq fiziki aktivliyi qoruyub saxlamaq da daxil olmaqla sağlam həyat tərzinin sadə qaydalarına riayət etmək kifayətdir. Bu barədə rusiyalı reabilitoloq Matvey Odintsev məlumat verib. "Sağlamlığın qorunmasınd

16.03.2024 313
.

Qadınların uzunömürlü olmasını təmin edəcək 7 qayda

Sağlamlığın və uzunömürlülüyün qorunub saxlanması təkcə düzgün qidalanma və mütəmadi tibbi müayinələr deyil, həm də bir sıra digər mühüm addımların atılmasını tələb edir. Həkimlər həmişə məsləhət görürlər ki, sabah əla formada ola biləsiniz deyə, özünüzə bu gün baxmağa başlayın. xarici KİV-ə istinadə

24.03.2024 336
.

"Qızıl Moruq 2024" mükafatının qalibləri açıqlandı

ABŞ-də son bir ildə kino sahəsində ən pis nailiyyətləri tanıyan "Qızıl Moruq 2024" mükafatının qalibləri elan edilib. Mükafatların sayına görə lider "ən pis film", "ən pis rejissor", "ən pis ssenari", "ən pis ekran cütlüyü" və "ən pis remeyk, parodiy

10.03.2024 341
.

Peşələrin özünəməxsus xəstəlikləri: Kim nədən ƏZİYYƏT çəkir?

Hansı peşə ilə məşğuliyyətindən asılı olmayaraq insan daim özünü mütləq şəkildə həm stres, həm də tutula biləcəyi xəstəliklərdən qorumalıdır. Peşə xəstəlikləri insan orqanizmində istehsalat mühitinin zərərverici faktorlarının uzunmüddətli təsiri nəticəsində əmələ gələn problemlərdir. Peşə xəstəliklərini

24.03.2024 302
.

Dünyanın ən varlı beş qadını

Dünyanın ən varlı qadınları əyləncə, kosmetika və qida kimi müxtəlif sənaye sahələrində hökmranlıq edirlər. Statistik məlumata görə, ən varlı beş qadının əksəriyyəti (2024-cü ilin fevral ayına kimi) ABŞ-dandır. Onları sizə təqdim edirik:. 5. Miriam Adelson. Narkotik asılılığı ilə mübarizə aparan AB

10.03.2024 598
.

İçərisində insan qalıqları olan çanta tapıldı

Martın 7-də axşam Rusiyanın Leninqrad vilayətində içərisində insan qalıqları olan çanta tapılıb. yerli mediaya istinadla bildirir ki, hadisə Vıborq rayonunun Simaqino kəndində hərbi məzarlığın yanında baş verib. Şübhəli çanta tapdıqdan sonra bir nəfər polisə müraciət edib. Baxış zamanı hüquq-mühafiz

10.03.2024 523