"Əsl kişi ailəsinin yanında olar" - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO - FOTO

"Əsl kişi ailəsinin yanında olar" - Narkotikə görə həbs olunan musiqiçi - VİDEO - FOTOARB TV-nin "Rezonans" proqramında bu dəfə 1959-cu il təvəllüdlü, Masallı rayon sakini Əzizov Etibar Miralxas oğlu öz həyat hekayəsini danışıb.

Əzizov Etibar Miralxas oğlu - Məhkum (9 il): "1959-cu ildə Masallı rayonunda anadan olmuşam. Sovetlərin dövründə hərbi xidmətdə olmuşam. Azadlıqda olanda qaynaqçı işləyirdim. Həm də musiqiçi olmuşam, 20 il toy məclislərinə getmişəm, iştirak etmişəm musiqiçi kimi. 1992-ci ildə könüllü olaraq orduya getdim, Ağdərədə, Umudlu istiqamətində gedən döyüşlərdə iştirak etdim. Yaralandıqdan sonra xəstəxanaya yerləşdirildim. Müharibə ömrümü zəhərlədi. Yanıma düşən mərminin qəlpələri dağıldı bütün bədənimə. Ekzema xəstəliyi tutdum bu qəlpələrdən.

Mənə bir neçə dəfə təklif etmişdilər, qəbul etməmişdim. Bu dəfə israr etdilər, aldatdılar məni. Mənə malı verən adamlara dedim ki, heç olmasa əlaqə nömrəsi verin. Heç nə vermədilər, şəklimi çəkib göndərdilər həmin adama ki, məni qarşılasın. 100 manat beh verdilər, dedilər 900 manat da təhvil verəndə verəcəklər. 700 qram miqdarında narkotik maddə və dərmanlar elə göz qarşısındaca tutuldu, gəldim düşdüm barmaqlıqlar arxasına. 2018-ci ilin iyun ayında tutulmuşam, 9 il iş almışam. Aldandım, peşmançılığımın həddi-hüdudu yoxdur.

Şeytan Adəmi də aldadıb cənnətdən qovdurdu, mən də aldanıb həbsə düşdüm. Həyatım məhv oldu, ömrümün qış çağında idim, qəbirin qırağında idim onsuz da bu həbs də məni məhv etdi. 9 il azadlıqdan məhrum edilməyim məni qəbirə göndərdi. 1 oğlum var, 3 qızım. Onların ikisinin həyatın qurmuşam, qalıb ikisi. Qızımın biri də inkişafdan geri qalıb, xəstədir. 4 nəvəm var, 60 ilim tamam olanda söz veriblər gələcəklər yanıma. Ötən il nəvəm birinci sinifə hazırlaşırdı, dedi baba, hardasan, gəl məni məktəbə apar. Onların dərslərinə kömək edirdim, gəldim düşdüm bura. Allaha sığınmışam, seyid adamam, ibadətimi edirəm, namaz qılıram.

Buradan-cəzadan heç kim sığortalanmayıb. Bura canlı qəbiristanlıqdır, tez unudulursan, yaddan çıxırsan... Burada vaxtımı keçirtmək üçün tikinti briqadasında çalışmağa razılaşdım, indi işləyirəm.

Gənclərə məsləhət görürəm ki, aldanmasınlar, öz ağılları ilə hərəkət etsinlər. Əsl kişi odur ki, ailəsinin yanında, onların xidmətində olsun, onun bunun sözünə inanıb aldanmasınlar. Mən musiqiçi kimi böyük saraylarda konsertlərdə olmuşam, mənim kimi tanınmış adam gəldim burda ləyaqətsiz vəziyyətə düşdüm.

Ekzema xəstəliyi artıq bronxlarımı da sıradan çıxarıb, nəfəs ala bilmirəm, ona görə də oxuya bilmirəm artıq. Bir yandan xəstəlik, bir yandan məhkumluq həyatı mənim bütün ümidlərimi öldürüb, ümidim yoxdur sağ çıxam burdan balalarıma qovuşam".

milli


BiG.Az Telegramda izləyin instagramda izləyin
Xəbərlər   Baxılıb: 1789   Tarix: 14 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Kurslar.az kurslar

Oxşar xəbərlər

.

FHN leysan nəticəsində köməksiz qalan vətəndaşları xilas etdi -VİDEO

Güclü leysan yağışları nəticəsində Qusar rayonunun Urva kəndi istiqamətində bir qrup vətəndaşın köməksiz vəziyyətdə qalması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə məlumat daxil olub. -ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərinə görə

18.09.2021 523
.

İstirahət gününün havası açıqlandı

Sentyabrın 19-da Bakıda və Abşeron yarımadasında hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq. Havanın temperaturu gecə 18-21 isti, gündüz 25-28 isti

18.09.2021 459
.

Pelenin səhhəti yenidən pisləşib

Futbol üzrə üçqat dünya çempionu Pelenin səhhəti yenidən pisləşib. O, San-Pauludakı "Albert Enşteyn" xəstəxanasının yarımintensiv terapiya şöbəsinə köçürülüb. Braziliyalı futbol əfsanəsinin qırtlaq bölgəsində problemlər aşkar edilib. Ağırlaşmanın müvəqqəti olduğu, xüsusi müalicə və qulluq sayəsind

17.09.2021 585
.

Milli Musiqi Günüdür

Sentyabrın 18-də Üzeyir Hacıbəylinin doğum günüdür. Bəstəkarın ad gününün bayram kimi qeyd edilməsi ənənəsinin əsasını maestro Niyazi qoyub. BİG.AZ xəbər verir ki, görkəmli bəstəkar və dirijor Niyazi Üzeyir bəyin vəfatından sonra hər il bu günü qeyd edərmiş. 1995-ci ildə isə Prezident Heydər Əliyevi

18.09.2021 304
.

MN: "Minaatan bölmələri hədəflərə döyüş atışları yerinə yetirir" - VİDEO

2021-ci ilin döyüş hazırlığı planına uyğun olaraq Azərbaycan Ordusunun minaatan bölmələri ilə keçirilən intensiv döyüş hazırlığı məşğələləri davam edir. Müdafiə Nazirliyindən BİG.AZ-a verilən məlumata görə, məşğələlərdə batareyanın atəş mövqeyini tutması və komanda müşahidə məntəqəsinin açılması tapşırıqlar

18.09.2021 245
.

Kosmosa tarixi uçuşdan ilk görüntülər - FOTOLAR

Xəbər verdiyimiz kimi, hamısı mülki şəxslərdən ibarət olan dörd nəfəri daşıyan kosmik gəmi kosmosa göndərilib. "Qafqazinfo" xəbər verir ki, "SpaceX" kosmos turistlərinin ilk görüntülərini yayımlayıb. Həmin görüntüləri təqdim edirik:

18.09.2021 888
.

Hulusi Akar: "Azərbaycanla hərbi təlimlər fasiləsiz olaraq davam edir"

"Türkiyə Silahlı Qüvvələri tarixi məsuliyyət hissi ilə dost və qardaş ölkələrin yanındadır". "Report"un xəbərinə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib. Onun sözlərinə görə, bu çərçivədə Azərbaycan və Liviyada hərbi təlim, yardım və məsləhətçilik fəaliyyətlər

18.09.2021 278
.

Səməd Seyidovun rəhbəri olduğu Mərkəz bağlandı

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovun başçısı olduğu Siyasi Psixologiya Mərkəzi (SPM) fəaliyyətini dayandırıb. Mərkəzin fəaliyyətini dayandırmasına səbəb maliyyə problemini

18.09.2021 865
.

Maqsud Mahmudov Azərbaycana belə gətirildi - VİDEO

Xəbər verdiyimiz kimi, axtarışda olan keçmiş iş adamı Maqsud Mahmudov Ukraynada saxlanılıb. "Qafqazinfo" Maqsud Mahmudovun Azərbaycana deportasiya edilməsinin görüntülərini əldə edib. Videodan görünür ki, o, aeroportdan Daxili İşlər Nazirliyi əməkdaşları tərəfindən maşına yerləşdirilərək aidiyyət

18.09.2021 2568