Amerikalı qız "öpüş xəstəliyi"ndən dünyasını dəyişdi

Amerikalı qız "öpüş xəstəliyi"ndən dünyasını dəyişdiFloridadan olan Ariana Rey Delf "Epşteyn-Barr" virusu nəticəsində yaranan infeksion mononukleoza görə 17 yaşında dünyasını dəyişib. Yoluxma adətən tüpürcək yolu ilə yoluxduğundan bu xəstəliyə "öpüş xəstəliyi" də deyilir.

Bu barədə "Rossiyskaya Qazeta" xəbər verib.

Valideynləri bildirirlər ki, qız əvvəlcə baş ağrısı və ciddi yorğunluqdan şikayət edib. Sonra onda üç həftə ərzində qrip əlamətləri görünüb. Həmin vaxt tibb işçiləri ona diaqnoz qoya bilməyiblər.

Amerikalı qızda qusma halları başlayanda isə xəstəxanaya yerləşdirilib. Xəstəxanada 17 yaşlı qızda beyinə ciddi zərər vuran insult qeydə alınıb. İlk simptomlardan üç həftə sonra pasient vəfat edib.

Tibb işçilərinin sözlərinə görə, bu xəstəliklərindən ölüm halları da çox nadir qeydə alınır. Qızda xəstəliyin belə ağırlaşmasının nə ilə əlaqədar olduğu barədə mütəxəssislər rəy verməyiblər.

Qeyd edək ki, "Öpüş xəstəliyi" adətən uşaqlarda görünür, halsızlıq, boğaz ağrısı, limfa düyünlərinin böyüməsi və qızdırma ilə müşahidə edilə bilir. Xəstəliyin yoluxaraq inkişaf etməsi və müddəti isə ona yoluxan adamın ümumi müqavimətindən asılı olur. Xəstəlik 2 həftə gizli qalır və özünü insanlarda boyun limfa düyünlərinin böyüməsi ilə göstərir. Sonra virus limfadan qan vasitəsilə bütün orqanizmə yayılır və badamcıqların böyüməsi, boğazda qızartı, yüksək qızdırma ilə müşayiət olunur. 20% xəstələrdə qara ciyərin böyüməsi müşahidə edilir. Öpüş xəstəliyi insanda 7-8 gün 39-39,5 qızdırma ilə müşahidə edilir. Xəstəliyin əlamətləri isə heç bir antibiotik vasitəsilə aradan qalxmır. "Öpüş xəstəliyi" ağır gedişə malik olan xəstəliklərdən hesab edildiyinə görə diaqnozun təsdiq edildiyi şəxsi ən azı 15 gün ətrafdakılardan tədric eləmək lazımdır. Xəstəlik zamanı dalağın və qara ciyərin böyüməsinı nəzərə alaraq mütləq həkimə müraciət etmək və xəstənin istifadə etdiyi bütün əşyaları ayırmaq lazımdır.(oxu)


BiG.Az Telegramda izləyin instagramda izləyin
Maraqlı   Baxılıb: 1728   Tarix: 14 dekabr 2019  

Şikayətiniz varsa Whatsapp: 051 7028255

Facebookda Paylaş
Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

"Son qəpiyimi də sənə xərcləmişəm": Valideylərin uşaqlardan imtahan gözləntisi - ARAŞDIRMA

Hər ilin mart və iyun ayları 9-11-ci sinif şagirdlərinin həyatında ən gərgin vaxtdır. Bu zaman onlar gələcək yollarını müəyyən edən buraxılış və blok imtahanlarının həyəcanını yaşayırlar. Təəssüf ki, hər şagird bu böyük stressin öhdəsindən gələ bilmir. Mövzu ilə bağlı "Kaspi" qəzeti məqal

14.04.2024 392
.

Endirimi kassaya qədər olan mağazalar - ARAŞDIRMA + VİDEO

Endirim, yoxsa müştəri cəlb etmək üsulu?. xəbər verir ki, əksər mağazalarda endirim adı altında qoyulan məhsullar elə endirimsiz qiymətinə satılır. Belə hallarla rastlaşan sakinlərin sözlərinə görə, çox vaxt kassada bununla bağlı problem yaşayırlar. Ekspertlər də təsdiqləyir, xüsusilə paytaxt Bakıd

14.04.2024 473
.

Nübarlıq alça çıxdı: qiyməti təəccübləndirdi

Bir neçə gündür nübarlıq alça və çiyələk artıq bazar və dükanlarda satışa çıxıb. BİG.AZ -a istinadən xəbər verir ki, istixanada yetişdirilən alçanın 4 ədədinin qiyməti 10 manatdır. Yəni bir kiçik alça 2,5 manat. Gilasın isə kilosu 10 manatdan başlayır

07.04.2024 703
.

Yatmadan əvvəl 11 zeytun yeyin

Zeytunun insan sağlamlığına, o cümlədən toxumlarına və yarpaqlarına olan faydaları inanılmazdır. Xüsusilə Aralıq dənizi bölgəsində yetişən və ləzzətli dadı olan zeytunu səhərlər deyil, yatmazdan əvvəl istehlak etmək tövsiyə olunur. Bunun həm iman, həm də sağlamlıq baxımından faydaları var. Gənc qızları

18.04.2024 456
.

Davamlı gecə yuxusunun inanılmaz FAYDALARI

Davamlı gecə yuxusu təkcə rifahınıza deyil, həm də özünüqavramanıza da faydalı təsir göstərir. Bununla bağlı aparılan araşdırmanın nəticələri "Proceedings of the Royal Society" jurnalında dərc olunub. İsveçin Karolinska İnstitutunun alimləri Leoni Balter və Con Akselsson həyata keçirdiklər

06.04.2024 456
.

"WhatsApp"da yeni qaydalarla razılaşmayanların hesabları bloklanacaq – Bu tarixdən

Yazışmalarınıza və hesabınıza girişi saxlamaq üçün yeni şərtlərlə razılaşmalısınız. xarici mediaya istinadla bildirir ki, dünyanın ən məşhur mesajlaşma proqramı WhatsApp məxfilik siyasətini və xidmət şərtlərini yeniləyir. İstifadəçilər aprelin 11-dək yeni qaydalarla razılaşmalıdırlar, əks halda onları

31.03.2024 589
.

Şokolad və ondan hazırlanan şirniyyatların qiymətləri bahalaşır - SƏBƏB

Bu il iki dəfə bahalaşan kakaonun qiymətində hələ də yüksələn dinamika müşahidə edilir. Kakaonun bir tonunun qiyməti 10 min dolları keçib. Bu bahalaşma nəticəsində 2024-cü il ərzində və gələn il şokoladın qiymətinin də artacağı gözlənilir. 2023-2024-cü il mövsümündə əvvəlki 12 aya nisbətən kakao istehsalınd

14.04.2024 172
.

İstanbulda seçici məntəqədə özü ilə gətirdiyi toyuqla səs verib

Türkiyənin İstanbul şəhərində 60-65 yaşlı vətəndaş bələdiyyə seçkilərində səs vermək üçün məntəqəyə çiynində toyuqla birlikdə gəlib. Bu barədə "Report" "Haber Global"a istinadən xəbər verir. Onun məntəqəyə gəlişi seçicilərin marağı və gülüşünə səbəb olub. Qeyri-adi seçici toyuğu

31.03.2024 373
.

Ağcaqanadları evinizdən didərgin salacaq asan üsul

Ağcaqanad pestisidləri tənəffüs orqanlarının sağlamlığına son dərəcə zərərlidir. Buna görə də onlara qarşı təbii tədbirlər görmək daha yaxşı olardı. Bu barədə türkiyəli mütəxəssislər bildiriblər. Ekspertlərin sözlərinə görə, problemin ən sağlam həll yollarından biri efir yağlarıdır. "Limon, portağal

07.04.2024 422