Hələ də hər şey kəşf edilməyib: Qırmızı dənizdə 4 yeni ada tapıldı

Hələ də hər şey kəşf edilməyib: Qırmızı dənizdə 4 yeni ada tapıldı
Rusiyanın Qara dəniz donanmasına məxsus "Donuzlav" hidroqraf gəmisinin ekipajı Qırmızı dənizdə dörd naməlum quru parçasını aşkar edib.

BiG.AZ Sputnik Azərbaycan-a istinadən xəbər verir ki, bu barədə məlumat Rusiyanın Cənub Hərbi Dairəsinin saytında yerləşdirilib.

Adaların kəşfi 99 günlük ekspedisiya çərçivəsində baş tutub. Ekspedisiya zamanı dənizçilər 5,5 min dəniz milindən çox məsafəni qət ediblər, eləcə də Qara, Aralıq və Qırmızı dənizlərdə sahəsi təxminən 7 min kvadrat kilometr olan akvatoriyanı tədqiq ediblər.

Yeni coğrafi obyektləri kəşf etməklə yanaşı, hidroqraflar üç mərcan adasını da tədqiq ediblər. Bundan əvvəlki tədqiqat 1911-ci ildə baş tutub.

BiG.AZ
Şikayətiniz varsa Whatsapp: 077 7125666

Telegramda izləyin
f Paylaş
Bölmə: Maraqlı Oxunub: 594 Tarix: 14.12.2019
Şərh yazmaq üçün Qeydiyyatdan Keç və ya Sayta daxil ol